Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Yels Stoltenberq Dağlıq Qarabağ probleminin həll edilməməsinin NATO-da narahatçılıq yaratdığını bildirib və eskalasiyadan qaçmağa çağırıb.
Alyansın baş katibi deyib: “Həll edilməyən Dağlıq Qarabağ problemi narahatçılığa səbəb olur. Məlumdur ki, münaqişənin hərbi həll yolu yoxdur və NATO burada birbaşa rol oynamır”.
Stoltenberq qeyd edib ki, alyans Minsk qrupu həmsədrlərinin işini dəstəkləyir və Azərbaycan ilə Ermənistan prezidentləri arasında danışıqların bərpa edilməsindən şaddır: “Biz sizi problemi danışıqları yolu ilə həll etmək yolu ilə getməyi davam etdirməyə səsləyirik. Yeni hərbi toqquşmalardan qaçmaq lazımdır”.