NATO-dan Yaxın Şərq və müharibə çağırışı!

🗓 19.04.2024 20:02 ✍️ "Elçi" qəzeti
NATO-dan Yaxın Şərq və müharibə çağırışı!

NATO-nun baş katibi Yens Stoltenberq Yaxın Şərqdəki gərginliyin nəzarətdən çıxmamalı olduğunu bəyan edib və bütün tərəfləri mülayim olmağa çağırıb. Stoltenberq: “Yaxın Şərqdə yeni müharibə heç kimin marağında deyil”,- deyib. Elchi.az xəbər verir ki, Stoltenberq NATO-Ukrayna Şurası Toplantısından sonra verdiyi açıqlamada İsrailin İran və Suriyaya hücum etdiyi iddialarına toxunub. G7 ölkələrinin çağırışı ilə razılaşdığını bildirən Stoltenberq: “Yaxın Şərqdə yeni müharibə heç kimin xeyrinə deyil. Münaqişənin nəzarətdən çıxmaması son dərəcə vacibdir. Ona görə də bütün tərəfləri mülayim olmağa çağırırıq”- deyib. G7-nin xarici işlər nazirləri iki günlük görüşlərinin sonunda qəbul etdikləri birgə bəyanatda İran və İsraili gərginliyin daha da artmasının qarşısını almaq üçün işləməyə çağırıb, eyni zamanda İsrailin beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa tam riayət etməli olduğunu vurğulayıblar. Nuranə Məmmədova

Bənzər yazılar