NATO-dan Ukraynaya dəstək mesajı

90

Ukraynaya hərbi dəstəyi davam etdirəcəklərini bildirən NATO-nun baş katibi Yens Stoltenberq, “Hücumla bağlı operativ qərarlar ukraynalılar tərəfindən veriləcək. Biz ukraynalıların torpaqlarını xilas etmə prosesində dəstəkləyirik.
Elchi.az xəbər verir ki, Rusiyada “xarici agent” siyahısına düşən və girişi bloklanan müxalif “Dojd” (Yağmur) televiziya kanalına müsahibə verən Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
NATO Ölkələrinin Ukraynaya silah və sursat göndərdiyini qeyd edən Stoltenberq Böyük Britaniyanın Ukraynaya uzaqmənzilli qanadlı raketlər göndərməyi planlaşdırdığını bildirib.
Stoltenberq “Ukraynanın Putinin (Rusiya prezidenti) təcavüzünə müqavimət göstərmək üçün daha çox silah və sursata ehtiyacı var”- ifadəsini işlədib.

Nuranə Məmmədova