Yunanıstan döyüş təyyarələrinin Egeydə uçmasının qarşısını almaq cəhdindən sonra NATO açıqlama verib.
Elchi.az bu barədə NTV.com.tr-yə istinadən məlumat verib.
NATO rəsmisi Türkiyə və Yunanıstanın dəyərli müttəfiqlər olduğunu xatırladıb. O, iki ölkənin NATO-da hər gün birgə fəaliyyət göstərdiyini, qüvvələrinin NATO təlimlərində birgə iştirak etdiyini də xatırladıb.
NATO rəsmisi sözlərinə belə davam edib:
“Yunanıstan və Türkiyənin Egeydəki fikir ayrılıqlarını diplomatik yollarla və müttəfiq əməkdaşlıq ruhunda həll etməyə çağırırıq. NATO, Türkiyə və Yunanıstan Şərqi Aralıq dənizində insident riskini azaltmağa çalışacaq bir ayırma mexanizmi qurdu. Rusiyanın Ukraynada müharibəsi Avropada sülhün pozulduğu bir vaxtda müttəfiqlərin bir yerdə qalması daha vacibdir”.
Yeganə