NATO-dan Qara dəniz addımı!Ukraynaya göndəriləcək!

🗓 15.02.2024 21:35 ✍️ "Elçi" qəzeti
NATO-dan Qara dəniz addımı!Ukraynaya göndəriləcək!

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO müttəfiqləri Ukraynaya 1 milyon pilotsuz uçuş aparatı (PUA) göndərməyə razılaşıblar. Elchi.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən Müdafiə Nazirləri və NATO-Ukrayna Şurası iclaslarından sonra mətbuata açıqlama verib. Bir qrup müttəfiq Ukraynaya 1 milyon PUA çatdırmaq məqsədi ilə bir araya gəlir. 20 NATO müttəfiqi də minalardan təmizləmə koalisiyası yaratmaq qərarına gəlib", - baş katib bildirib. Stoltenberq Polşada yeni NATO-Ukrayna müştərək təhlil və təlim mərkəzinin yaradılmasına qərar verildiyini də açıqlayıb və əlavə edib ki, bu strukturun məqsədi müttəfiqlərin təcrübələri və dərsləri mübadiləsi yolu ilə Ukrayna ordusuna təcrübə verməkdir. Nuranə Məmmədova  

Bənzər yazılar