Ukrayna ərazisində NATO hərbi bazaları 5-7 ildən sonra yerləşdirilə bilər.
Elchi.az oxu.az-a istinadən bildirir ki, bunu “112 Ukraina” telekanalının efirində Ali Radanın milli təhlükəsizlik və müdafiə məsələləri üzrə komitəsinin katibi İvan Vinnik bəyan edib.
O qeyd edib ki, hələlik bu məsələ rəsmən müzakirə olunmayıb.
Sentyabrın 3-də Ukrayna prezidenti Pyotr Poroşenko parlamentə konstitusiyaya dəyişikliklərin edilməsi haqqında qanun layihəsini təqdim edib. Layihədə Ukraynanın Avropa İttifaqı və NATO-ya inteqrasiyası kursunun dönməz xarakter daşıdığı əks olunub.