NATO Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasına qarşı çıxıb.
NATO Baş katibi “Journal de Dimanche-ə verdiyi müsahibədə Rusiyanın məlum ideya ilə bağlı təklifini NATO üçün geri addım adlandırıb: “Böyük dövlətlərin qonşularının nə edə və ya edə bilməyəcəyinə nəzarət edə biləcəyi təsir zonalarını yenidən müzakirə edəcəyimiz yeni konfransın keçirilməsi ideyası bizim üçün geri addım olardı və bu, yəqin ki, yanlış istiqamətdir”.
Əvəzində NATO-nun baş katibi Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl Stoltenberq Ukraynanın NATO-ya üzvlüyü perspektivlərinin müzakirəsi kontekstində Rusiyanın özünün “təsir dairəsi”nə hüququnun olmadığını söyləmişdi.
Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb
Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın məlumatına görə, sənədlər oktyabrın...





















Son şərhlər