NATO qarşıdan gələn Vilnüs sammitində yeni regional müdafiə planlarını təsdiq edəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın alyansın Brüsseldəki qərargahındakı daimi nümayəndəsi Culian Smit bildirib.
“Bu, əhəmiyyətlidir, çünki bizim NATO ərazisinin hər qarışını müdafiə etmək planlarımız olacaq. Bundan əlavə, bunların kiberməkan kimi bir çox sahələrə aid planlar olması vacibdir”, – deyə daimi nümayəndə bildirib. O qeyd edib ki, alyans həmçinin yeni komanda-nəzarət strukturunu da inkişaf etdirəcək.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin daxil olması perspektivlərini dəyərləndirib. O bildirib ki, hazırda NATO-nun Vilnüsdə keçirilən sammitinin Ukraynanın təşkilata üzvlüyü məsələsi ilə bağlı yekunları barədə danışmaq tezdir. Eyni zamanda, baş katib vurğulayıb ki, alyansın bütün ölkələri Ukraynanın Şimali Atlantika blokunun üzvü olacağı ilə razılaşır.
Havar Şəfiyeva