"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Natiq Cəfərlini ABŞ səfiri həbsdən qurtarıb

30 Sentyabr 2016 - 09:20
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Bu il 89 uşaq övladlığa verilib

Natiq Cəfərlini ABŞ səfiri həbsdən qurtarıbREAL-ın icra katibi: “Səfir bildirdi ki, mənim həbsimin ilk günündən sonuna qədər hökumət dairələri ilə çox ciddi müzakirələr aparıblar”

Sentyabrın 28-də REAL Hərəkatının icra katibi Natiq Cəfərli ABŞ-ın Azərbaycandakı səfirliyində olub. O, səfir Robert Sekuta, səfirin siyasi işlər üzrə müşaviri xanım Susan Çesley ilə görüşüb. 
REAL-dan verilən xəbərə görə, görüşdə ictimai-siyasi vəziyyət, hərəkatın həbsdə olan lideri İlqar Məmmədovun məsələsi, konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri və bunun ölkənin gələcək inkişafına təsiri müzakirə edilib. Məlumatlar var ki, REAL-a xüsusi diqqəti nəzərdən qaçmayan ABŞ səfiri Natiq Cəfərlinin gözlənilmədən həbsdən azad edilməsində ciddi səy göstərib.
Natiq Cəfərli də “Yeni Müsavat”a açıqlamasında bunu inkar etməyib. O, həbsdə olduğu müddətdə ABŞ səfirliyinin bu məsələdə həssas davrandığını vurğulayıb.
Qəzetimizə açıqlamasında görüşün detallarından  danışan Natiq Cəfərli bildirib ki, əsasən  ölkədə referendumdan sonrakı vəziyyət müzakirə edilib: 
“Görüşün  əsas məqsədi həm referendum öncəsi vəziyyətin dəyərləndirilməsi , həm də referendumdan sonra hansı proseslərin ola bilməsi ilə bağlı fikir mübadiləsi idi. Ölkədə referendumdan sonra yaşanacaq proseslərin analizini aparmağa çalışdıq. Referendumla bağlı ölkədə vəziyyətin bundan sonra getdikcə ağırlaşacağını müzakirə etdik, səsverməyə çıxarılan maddələr haqqında öncədən səsləndirdiyim fikirləri orada da dedim. Düşünürəm ki, əsas məsələ hakimiyyəti daha da möhkəmləndirməkdir. Bununla bağlı fikirlərimi səfirə də bildirdim”
 
N.Cəfərlinin sözlərinə görə, görüşdə ABŞ səfiri ilə REAL Hərəkatının hazırkı durumu və İlqar Məmmədovun həbsdə saxlanılması ilə bağlı müzakirələr də aparılıb: “Mən danışıq əsnasında  İlqar Məmmədovun işi ilə bağlı məsələni də qaldırdım və Robert Sekuta ümid etdiyini bildirdi ki, bu məsələ də tezliklə həll olunacaq. Bildirdi ki, Qərb institutları Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının yerinə yetirilməsini gözləyir. Səfir yaxın gələcəkdə İlqar Məmmədovla bağlı müsbət qərarların olmasına ümid etdiyini bildirdi”.
Həbsdən azadlığa buraxılmasında ABŞ səfirliyinin rolunu yüksək dəyərləndirən Natiq Cəfərli bunun hökumətə təsir etdiyini də istisna etmədi: “Mən ABŞ Dövlət Departamentinin bizimlə bağlı mövqeyinə görə səfirə təşəkkürümü bildirdim. Səfirin  də cavabı ondan ibarət oldu ki, ilk gündən  çox ciddi şəkildə bu həbs  məsələsi ilə məşğul olublar və mənim tezliklə azad olunmağım üçün əllərindən gələni ediblər. Səfir bu prosesin detalları haqqında mənə heç bir məlumat vermədi. Sadəcə, ABŞ səfirliyinin narahatçılığının çox sərt şəkildə büruzə verildiyini dedi. Səfirin dediklərində həqiqət var ki, mənim həbsimin ilk günündən sonuna qədər hökumət dairələri ilə çox ciddi müzakirələr aparıblar”.
N.Cəfərli ümid edir ki, hökumət İlqar Məmmədovla bağlı da ABŞ Dövlət Departamentinin mövqeyini nəzərə alacaq və REAL sədri azadlığa buraxılacaq: “İlqar Məmmədovla bağlı ABŞ, Avropa Birliyi, Avropanın müxtəlif ölkələrinin dəfələrlə bəyanatı olub. Bu yaxınlarda bununla bağlı  ABŞ Dövlət Departamentinin 6-cı qərarı çıxdı. Ümid edirik ki, bu qərarların yaxın gələcəkdə bir bəhrəsi olacaq və İlqar Məmmədovun 3 il 8 aydır ki, qeyr-qanuni həbsdə saxlanılmasına  son veriləcək. ABŞ  səfiri də mənimlə görüşündə bununla bağlı ümidli olduğunu bildirdi”.
Xatırladaq ki, REAL Hərəkatının icra katibi  bu il avqustun 12-də qanunsuz sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə də ittiham edilərək həbs olunmuşdu. Sonradan sentyabrın 9-da o,  Bakıdan çıxışına yasaq qoyulmaq şərti ilə azadlığa buraxılıb.
Previous Post

Natiq Cəfərlini ABŞ səfiri həbsdən qurtarıb

Next Post

Bu gün güclü yağış yağacaq

Bənzər yazılar

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43

"Bank of America"nın vitse-prezidenti Erin Pyaçenti Nyu-Yorkun Tayms meydanında bıçaqlı hücum nəticəsində həyatını itirib. Elchi.az -ın xəbərinə görə, bu barədə...

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanın Rusiya ilə münasibətlərin daha da dərinləşdirilməsində və inkişafında maraqlı olduğunu bildirib, lakin onun fikrincə,...

Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58

Azərbaycanda 2026-cı ilin ötən dövründə 89 uşaq övladlığa verilib. Elchi.az  xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi...

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55

Bakıda 13 il əvvəl qəsdən adam öldürülmə cinayətini təşkil etməkdə təqsirləndirilən şəxs barəsində cinayəti işi məhkəməyə göndərilib. Bu barədə Elchi.az...

Next Post

Bu gün güclü yağış yağacaq

Bu sürücülər turistlərin daşınması ilə məşğul ola bilməyəcək

Son xəbərlər

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

“Bank of America”nın vitse-prezidenti Nyu-Yorkda bıçaqlı hücum nəticəsində ölüb

01 Sentyabr 2026 - 22:43
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

Paşinyan: Ermənistanın Rusiya ilə münasibətlərinə “yeni baxış” lazımdır

01 Sentyabr 2026 - 22:20
“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

“Xatəm əl-Ənbiya” ABŞ-ni cavab zərbəsi ilə hədələyib

01 Sentyabr 2026 - 22:14
Bu il 89 uşaq övladlığa verilib

Bu il 89 uşaq övladlığa verilib

01 Sentyabr 2026 - 21:58
Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Vüsal Şilderin qətlinin sifarişində təqsirləndirilən şəxsin məhkəməsi başlayır

01 Sentyabr 2026 - 21:55
Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

Azərbaycanlı jurnalistlər İsraildə 7 oktyabr faciəsinin baş verdiyi məkanı ziyarət ediblər

01 Sentyabr 2026 - 21:51
Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

Sentyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar məlum olub

01 Sentyabr 2026 - 21:48
Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

Almaniya Rusiyanın Bonndakı baş konsulluğunu bağlayacaq

01 Sentyabr 2026 - 21:47
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb

01 Sentyabr 2026 - 19:26
Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

Azərbaycanın Fransadakı səfiri Paris meriyasının ittihamlarına cavab verib

01 Sentyabr 2026 - 19:10
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü

01 Sentyabr 2026 - 18:55
Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

Azərbaycanla Çin arasında enerji layihələri müzakirə olundu

01 Sentyabr 2026 - 18:47
Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə görüşünə dair paylaşım edildi

01 Sentyabr 2026 - 18:43
Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu küçələrində sıxlıq var – SİYAHI/YENİLƏNDİ

01 Sentyabr 2026 - 18:38
Qabriel Jezus “Barselona”da – RƏSMİ

Qabriel Jezus “Barselona”da – RƏSMİ

01 Sentyabr 2026 - 18:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.