"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Natalya Varley: “Zorlayıb, öldürəcəm”

01 Mart 2015 - 10:05
in MƏDƏNİYYƏT
FacebookVatsap

“İdmançı, komsomolçu və nəhayət, gözəllər gözəli!”…publika.az14248836837592

Bunu da oxuyun

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

 

“Qafqaz əsiri” filmindən Nina kimi tanıdığımız Natalya Varley tamaşaçıların xatirəsində belə qaldı. Deyilənlərə görə, “Viy” filmində Pannoçka obrazından sonra onun başına qorxulu hadisələr gəldi. Məhz bu “mistik hadisələrdən” sonra Natalya imana qayıtdı. Aktrisanı pravoslav kilsəsinə nə cəlb edirdi? Bu barədə yazı boyu danışacağıq.

 

Publika.az sovet kinosunun gözəl aktrisalarından biri olan Natalya Varleyin həyat hekayəsini təqdim edir.

 

Rusiyanın fəxri aktrisası (1989), SSRİ dövlət mükafatçısı (1983), rusiyalı teatr və kino aktrisası Natalya Varley 1947-ci il iyunun 22-də Rumıniyanın Konstansa şəhərində dünyaya gəlib. Varley əslində Uels soyadıdır. Çünki bugünkü qəhrəmanımızın əcdadları İngiltərədən Rusiyaya gəlib. Bu hadisə XIX əsrdə baş verib. Rusiyaya gələn bir musiqiçi özü ilə iki atını da gətirmişdi. Atına isə Varley qardaşları qulluq edirdi. Sonra isə Varley qardaşları rus gözəlləri ilə ailə həyatı quraraq tamamilə assimilyasiya oldular.

 

Natalya Varleyin uşaqlığı soyuq Murmansk şəhərində keçib (atası gəmi kapitanı olduğu üçün ailə yerini tez-tez dəyişərdi). O, gənc yaşlarından şeir yazar, musiqi və rəsmlə maraqlanardı.

 

1950-ci illərdə Varley ailəsi Moskvaya köçdü. Günlərin birində anası balaca Nataşanın əlindən tutaraq,  onu sirkə apardı. Ana-bala tamaşa vaxtından tez gəlmişdi, bu vaxt isə çöldə güclü yağış başladı. Nataşa anası ilə sirkin otaqlarının birinə sığındılar. Bu zaman Nataşa otaqda belə bir elana rast gəldi: sirk studiyası üçün 11-13 yaşlı uşaqlar lazımdır. Elə səhəri gün Natalya valideynlərindən xəbərsiz elanda göstərilmiş ünvana getdi. Natalyanın çevikliyi, cəldliyi yoxlandıqdan sonra o, sirkə qəbul olundu. Özü həmin günləri belə xatırlayır:

 

“Yadımdadır, biz “Qəpik rublu qoruyur” rəqsi altında sirkin arenasına qaçıb qışqırardıq: “Qəpik!”. Beləcə, tamaşaçılardan pul yığardıq”.

 

Tədricən Varley sirkdə məşhur təlxək Leonid Yengibarovla çıxış etdi, mahnılar ifa etməyə başladı.  Elə Yengibarovun sayəsində Natalya kino dünyasına düşdü. Hadisə isə belə olmuşdu: Yengibarov bir neçə il idi filmlərdə çəkilirdi. Onun kino aləmində çoxsaylı dostları vardı. Günlərin bir günü rejissor dostu Georgi Xilkeviç sirkdə tamaşaya baxmağa gəldi. Elə bu zaman Georgi səhnədə Nataşanı gördü. Qız o qədər xoşuna gəldi ki, hətta onu kinoda çəkilməyə dəvət etdi. Natalya “Göy qurşağının formulası” filmində kiçikcik bir rol aldı.

 

Təəssüf ki, filmdə nöqsan tapıldığından, o, ekranlara buraxılmadı. Lakin məyus olmağa dəyməzdi, çünki rejissor Leonid Qayday həmin vaxtlar “Qafqaz əsiri” filminin çəkilişlərinə hazırlaşırdı. Natalyanı Qaydayın köməkçisi “kəşf etmişdi”. Natalya Nina obrazı üçün sınaqlara dəvət olundu.

 

““Qafqaz əsiri” filmindəki Nina obrazına SSRİ-nin ilk seks-simvolu adını qoymaları mənim xətrimə dəyir. Məgər Ninaya belə ad qoymaq olar? Məncə, Nina ilə dost olmaq istədikləri üçün onu belə sevirlər. Nina gözəllik, cazibədarlıq rəmzidir”. 

 

Tələbə-komsomol Nina roluna 500-dən çox namizəd vardı. Namizədlər arasınd sovet filminin ən məşhur aktrisaları da vardı. Bununla belə, Qayday öz seçimini heç kimin tanımadığı 19 yaşlı sirk artisti üzərində saxladı. Və o, seçimində də yanılmadı…

 

60-cı illərdə Natalya Varley kurs yoldaşı Vladimir Tixonova (Vyaçeslav  Tixonovun oğlu) ərə getdi. Natalya evlilik tarixini belə təsvir edir:

 

“Volodya “Qafqaz əsiri” filmini gördükdən sonra mənə vurulmuşdu. O, gənc, güclü və möhkəm idi. Məni görmək üçün 4 il çardaqda yatmalı oldu. Lakin ailə həyatı qurduqdan sonra məni hər işıq dirəyinə belə qısqanırdı.  Volodyaya “mən onunla yatmışam” deyən insanlar tapıldı. Beləcə, münasibətlər sona çatdı”.

 

““Viy” filmində Pannoçka obrazından sonra “sarı” mətbuat mənim başıma bəla gəlməsi haqda yazırdı. Guya bundan sonra mən imana qayıtdım. Bu, düz deyil. Gənc vaxtlarımda kilsəyə gedəndə günah işlətdiyimi düşünürdüm, çünki Pannoçka cadugər idi. Sonra bunun yalnız rol olması ilə özümə təsəlli verdim. Film Qoqolun povesti əsasında çəkilib. Əlbəttə, filmdə belə rola görə keşişdən icazə almaq lazımdır. Mən heç xaç suyuna da çəkilməmişdim də. Bu vaxtlarda teatrda işləyirdim, evdə isə oğlum böyüyürdü. Qəfildən xaç suyuna salınmadığımı xatırladım. İnsan dinə necə gəlir? Ya onu uşaqlıqda xaç suyuna salırlar, ya da yetkinlik yaşında onun özü Allah axtarışına çıxır. Həyatımda baş verən qara zolağa görə xaç suyuna salındım, “Viy” filminin buraya heç bir aidiyyəti yoxdur.

 

Kiçik oğlum Saşaya hamilə idim. Hamiləlik ağır keçirdi. Hələ 7 aylıq idi, lakin ağrıdan səhər universitetə gedə bilmədim. Evdə tək olduğumdan, taksiyə minib doğum evinə yollandım. Xəstəxanada həkimlər kiminsə ad gününü qeyd edirdi və mənim hamilə olmağıma diqqət edən də yox idi. “Hələ tezdir” deyirdilər. Özüm doğum şöbəsinə yollandım, arxamca mamaça gəlirdi. O, doğulan uşağı vaxtında tuta bildi. Elə bu an həkimlər həyəcan təbili çaldılar: “Ah, çox erkən doğulub! Ah, mənfi rezus! Ah, uşaq qışqırmadı! Tez eləyin, bütün həkimləri buraya yığın!”. Xoşbəxtlikdən uşağımı Aleksey Qraçev xilas etdi. Bütün körpələr analarına təhvil verilirdi. Mənə isə öz oğlumu göstərmədilər. Döşəməyə yıxılıb hönkür-hönkür ağlayırdım. Gənc həkim yaxınlaşıb əlimdən tutdu: “Niyə ağlayırsan?”. O, məni intensiv terapiya palatasına apardı. Palatada qoyulmuş inkubatorun içində ağzında boru və keçiricilər olan göy rəngli naməlum varlıq uzanmışdı.  O, mənim oğlum idi. “Bax, görürsən? O gülümsəyir bax. Güldüyünü görürsən?”. Və mən doğrudan da, ağız və burnuna borular yerləşdirilmiş oğlumun gülümsədiyini gördüm. “O bizə kömək edir. Sən isə ağlayaraq ona mane olursan. Əvvəlcə sən dua etməlisən, ikincisi isə hər şey yaxşı olduqdan sonra onu xaç suyuna salmalısan”. Allah mənim və oğlumun yanına mələklərini göndərmişdi. İlahi qüvvələr onun yaşamasına kömək etdi.

 

Bu yerdə atamı xatırladım. O, bütün həyatı boyu ateist kimi yaşayıb. 18 yaşında müharibədə olarkən beyni silkələnmişdi. Həkimlər onu psixiatrik klinikaya yerləşdirmək istəyirdilər. Lakin atam bizimlə qaldı. O, unutqan idi, gah da tez özündən çıxırdı”.

 

Varley çox filmə çəkilməyib, amma tamaşaçılar onu zərif Nina kimi xatırlayaraq hələ də sevirlər. Lakin bu sevgi müxtəlif yerlərdə müxtəlif cür təzahür edib.

 

Natalya Varley maraqlı bir hadisəni xatırlayır:

“Çəkiliş üçün Kislovodska uçdum. Nəyə görəsə hava limanında məni heç kim qarşılamadı. Yolu tapmaq üçün qarşıma ilk çıxan polisə yaxınlaşdım. Onun yanında isə qara “Volqa” dayanmışdı. Nəzarət gözətçisi sürücüyə dedi: “Valer, mehmanxanaya apararsan?”. “Əlbəttə”, – sürücü cavab verdi. Biz getdik. Pəncərədən şəhərin qurtardığını gördüm, lakin hələ də təyin olunmuş yerə çatmırdıq.  Ürəyimə pis fikirlər gəldi:  maşında  cani ilə təkbətəkəm. Pul kisəmdə keçən çəkilişlərdən qazandığım pullar vardı. Fikrən pullarla vidalaşırdım və birdən sürücü dedi: “İndi isə səninlə istədiyimi edəcəyəm. Zorlayacağam, sonra isə öldürəcəyəm”. ”Ölsəm belə, itirəcəyim heç nə yoxdur” deyə öz-özümə düşündüm. Lakin sonadək müqavimət göstərmək istəyirdim. Sürücü əvvəlcə çantamı açdı, pullara baxdı, pasportu tapıb vərəqlədi. Bu zaman o, yaralı heyvan kimi üzümə baxıb dedi: “Nataşa, mən sizi tanımadım, siz mənim ən sevdiyim aktrisasınız. Xahiş edirəm, bağışlayın, bu, axmaq bir zarafat idi”.

 

Tərcümə: Nərmin

Previous Post

Natalya Varley: “Zorlayıb, öldürəcəm”

Next Post

Müdafiə Nazirliyi itki xəbərləri ilə bağlı deyilənləri təkzib etdi…

Bənzər yazılar

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

28 Sentyabr 2026 - 17:36

Milli Kitabxana “Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanalarında müasir kitabxana işinin təşkili: innovativ yanaşmalar və inkişaf perspektivləri” mövzusunda onlayn görüş...

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

Sənət inciləri” adlı mühazirə-konsertlər təşkil olunub – FOTO

23 Sentyabr 2026 - 12:27

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-30 sentyabr tarixlərində Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı keçirilir. Nazirlikdən Elchi.az-a...

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub – FOTO

18 Sentyabr 2026 - 18:53

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA xəbər verir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı...

Dərbənddə bu teatra Maqomayevin adı verildi

Dərbənddə bu teatra Maqomayevin adı verildi

18 Sentyabr 2026 - 17:39

Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib. Elchi.az APA-ya istinadla xəbər verir ki, Dağıstan Respublikasının rəhbəri vəzifəsini icra edən Fyodor...

Next Post

Müdafiə Nazirliyi itki xəbərləri ilə bağlı deyilənləri təkzib etdi...

Müdafiə Nazirliyi itki xəbərləri ilə bağlı deyilənləri təkzib etdi...

Son xəbərlər

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.