Kolizeydən daha böyük olan bu krater, iki il əvvəl baş vermiş, lakin o vaxt diqqətdən yayınmış güclü toqquşma nəticəsində yaranıb.
Elchi.az xəbər verir ki, Alimlər Ayda – Roma Kolizeyindən daha böyük olan – iki il əvvəl baş vermiş, lakin ilkin mərhələdə aşkar edilməmiş güclü toqquşma nəticəsində yaranmış bir krater aşkar ediblər.
Eni təxminən 7222 metr, dərinliyi isə 43 metr olan bu dik yamaclı çökəklik, Günəş sistemində son dövrlərdə yaranmış ən böyük toqquşma krateri olması ilə fərqlənir.
Tədqiqatçılar qeyd ediblər ki, bu miqyasda bir hadisənin hər 132 ildə yalnız bir dəfə baş verdiyi təxmin edilir; onlar bu kəşfi, NASA-nın astronavtlar üçün Ay bazası yaratmağa hazırlaşdığı bir dövrdə əsl məlumat xəzinəsi kimi qiymətləndiriblər.
Çərşənbə günü “Science Advances” jurnalında mövzu ilə bağlı dərc edilmiş iki tədqiqatdan birində alimlər belə yazıblar: “Bu hadisə statistik baxımdan nadir, faktiki olaraq ömürdə bir dəfə rast gəlinən müşahidədir.”
Şayəstə





















