Azərbaycanda narkomoniyanı təbliğ edən daha bir meyxanaçı həbs edilib.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon sakinlərinin haqlı narazılığına və etirazına səbəb olan, narkomaniyanın təbliğinə həsr olunmuş musiqili meyxanalar ifa edən, rayonun Sarov kənd sakini, 25 yaşlı İlkin Hüseynli saxlanılıb.
Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Tərtər Rayon Məhkəməsinə göndərilib, İ.Hüseynli İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilib.
FHN-in Cənub Regional Mərkəzi təlim keçirib – FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Regional "ASAN Xidmət" mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda...





















Son şərhlər