Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Ukraynanın əks-hücumunun aşkar uğursuzluğunu açıqlayıb.
Elchi.az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.
“Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı açıq-aydın iflasa uğrayıb… Nasist ideyalı Kiyevin davamçıları və onların okeanlararası kuratorları uğursuzluqlarına görə pis hava şəraitini və ya döyüş meydanındakı sıx bitki örtüyünü günahlandırırlar”, – deyə Narışkin bildirib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri döyüş işlərini davam etdirir və Ukrayna silahlı qüvvələrinin hərbi texnikasını məhv edirlər.
Yeganə