Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, Ukrayna münaqişəsi ilə bağlı Avropa ölkələrində vahid mövqe yoxdur.
Elchi.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, Narişkin qeyd edib ki, bunu Donbasın müdafiəçiləri sıralarında Fransadan olan könüllülərin olması da təsdiqləyir.
Narışkin Rusiya Federasiyası ilə Avropada Vaşinqtonun siyasəti və Qərbin İkinci Dünya Müharibəsi tarixini yenidən yazmaq cəhdləri ilə razılaşmayanlar arasında təmasların dəstəklənməsinin vacibliyini vurğulayıb.
Bu cür təmaslara misal olaraq general Şarl de Qollun nəvəsi, ictimai xadim Pyer de Qollun Moskvaya səfərini və dəyirmi masada iştirakını göstərmək olar.
Yeganə