Fransada “Nant” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununun təyinatları bəlli olub.
Elchi.az xəbər verir ki, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.
Baş hakim Yakob Kehletə Lars Hummelqard və Viktor Skite laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Yorgen Burçard yerinə yetirəcək. VAR hakimi niderlandlı Yeroen Manskot, onun köməkçisi Rob Diperinkdir.
Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib
Futbol üzrə İspaniya yığmasının və Fransanın PSJ klubunun futbolçusu Ferran Torres milli komandanın düşərgəsini tərk edib. Elchi.az xəbər verir ki,...






















Son şərhlər