Nanə Ağamalıyeva şəhid qardaşından danışdı: "6 əsgərlə birlikdə..."

🗓 02.08.2014 08:13 ✍️ "Elçi" qəzeti

Aparıcı Nanə Ağamalıyeva şəhid olan qardaşından danışıb. 61984_d36bb90cab17874aa4bd268782ef5dd0

Aİlem.az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu gün 9 əsgərin şəhid olması xəbərindən kədərlənən aparıcı şəhid qardaşını xatırlayıb:

“Heç bir söz bu ağrını, bu acını ifadə edə bilməz. Mənim qardaşım şəhid olanda bir gündə 6 əsgərlə birlikdə həlak olmuşdu. Şərəfli ölüm qisməti olan oğullarımız, Allah sizə rəhmət eləsin. Mənimlə ölənədək sağalmayan yaram... Allah heç bir ataya, anaya, bacıya, qardaşa bu dərdi göstərməsin... Məsciddə öz əlləriylə oğlunun cənazəsini yuyan atamın kaş belə xatirəsi olmasaydı. Ağrının, acının ən pik həddi...”

Bənzər yazılar