"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Namus üstündə törədilən qətl…

12 Avqust 2014 - 17:50
in Kateqoriyasız
FacebookVatsap

Ona təcavüzə qalxan çobanı öldürən Şəhla Muxtarovanın qohumları ölkə rəhbərliyindən köməkimg1617189 istəyir

Bunu da oxuyun

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Kiçik, alaqaranlıq evdən dörd uşaq boylanır. Böyüklər sakit dayanıb, ayaqları yalın və torpaqlı balacalar isə yerdə oturub əllərindəki kiçik təkərin üstündə mübahisə edirlər… Bu iki nimdaş geyimli oğlan altı və dörd yaşlarındadır. Böyüklərsə 11 və 13 yaşlarında qızlardır.

Oynayan balacalardan biri su istəyir. Uşaqlardan böyüyü iri su qabının dibindən stəkana su töküb ona, sonra eyni stəkanda digərlərinə verir. Sonra da deyir ki, evdə su yoxdur artıq, tez su gətirmək lazımdır. Altı yaşlı oğlan su gətirməyə razılaşır, ona tapşırırlar ki, ehtiyatlı olsun,  hava istidir, yol da uzaq, yolda ilan, əqrəb ola bilər…
Uşaqların atası içəri girir və evin bir küncünə qoyulan köhnə divanda oturub siqaret yandırır. Uşaqların anası isə iki ilə yaxındır ki, həbsdədir və onlar intizarla analarını, həm də məhbəsdə doğulan kiçik qardaşlarını gözləyirlər…
Bir azdan yaşlı və xəstəhal nənə də gəlib çıxır və balalarının acınacaqlı taleyi barədə kövrələrək danışır. Yaxınlarının danışdığı həyat hekayətində Göygöl rayonunun Murovdağ qəsəbəsində, qaçqınlar şəhərciyində yaşayan Muxtarova Şəhla Qabil qızının başına gələnlər bütün dəhşəti ilə ortaya çıxır.
 
“Direktor işə düzəltməyə rüşvət istədi, biz də çobanlıq etməyə məcbur olduq”
Həyat hekayətindən məlum olur ki, 2011-ci ilin sonlarında otuz yaşlı Şəhla Muxtarova və həyat yoldaşı otuz beş yaşlı Mübariz Muxtarov dörd uşağı ilə Murovdağda məskunlaşıb. Əslən Kəlbəcər rayonundan olan ailənin dolanışığı ağır olduğundan, ailə çıxış yolunu Yevlax rayonunda imkanlı şəxsin fermasında işləməkdə görür. “Şəhlanın ali təhsili vardı, ibtidai sinif müəlliməsi idi. Ancaq işə düzəldə bilmədim, Kəlbəcər məktəbində məndən işə düzəltmək üçün 5 min manat rüşvət istədilər. Bu səbəbdən fermaya çobanlığa getdik. Bizə ayda iki yüz manat pul və bir kisə un söz vermişdilər, amma dörd ay heç nə vermədilər. Sahibkardan pulumuzu istəyəndə o, ikimizə cəmi 150 manatdan pul verdi. Axırı da belə…” deyə, ailənin başçısı Mübariz Muxtarov dillənir.
Təcavüz üstündə öldürülən çobanın dosyesi – dörd dəfə həbs
Qohumların sözlərindən məlum olur ki, ailə bir ilə yaxın həmin fermada işləyib. Günlərin birində isə həmin olay, ailənin bütün düzənini pozan qətl hadisəsi baş verir.
“Hadisə 2012-ci ilin mayında baş verib, səhər tezdən. Şəhla qoyunların yerləşdiyi tövləyə gedəndə oradakı çobanlardan biri ona söz atır. Adı Ələddin olub, Ələddin Məhərrəmov. O, Şəhlaya təcavüz etmək istəyib, gəlin də özünü müdafiə məqsədi ilə qoyun qırxmaq üçün olan qayçı ilə onu vurub. Həmin qayçı Ələddinin cibində imiş. Sonra Ələddinlə bir yerdə yaşayan  qadın səsə gəlib və qayçını onun bədənindən çıxarıb. Qayçı qabırğanın altında girmişdi, çıxan kimi də qan açılıb və heç xəstəxanaya çatmadan ölüb” deyə, yaxınları bildirirlər.
Xəbər Şəhlanın həyat yoldaşına və digər qohumlarına çatır, onlar özləri polis çağırıb vəziyyəti izah edirlər və Şəhla həbs edilir. Hamı gözləyir və ümid edir ki, qadının özünü qorumaq üçün atdığı addım hakim və qanunlar tərəfindən nəzərə alınacaq. Amma…
“Prokuror Fuad Musayev bizdən 20 min manat istədi”
Yaxınları deyir ki, iş Yevlax rayon Məhkəməsindən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib: “Şəkidə prokuror Fuad Musayev isə başımıza açmadığı oyun qalmadı. Onun ailədən istədiyi pulu verə bilmədiyimizdən, Şəhlanı həbsdən qurtarmaq mümkün olmadı. O, əvvəlcə bizə söz dedi ki, gedin ölü sahibini razı salın, sonra da mənimlə danışın. Biz də gedib Ələddin Məhərrəmovun qohumlarını axtardıq. Bir qardaşı vardı, ailəsi, övladı yox idi. Məlum oldu ki, o, dörd dəfə həbsdə olub, hətta təcavüz üstündə də  türmədə yatıb. Üst-üstə 25 ildən çox həbsdə olmuşdu.  Bir neçə dəfə evlənib-boşanmış adam idi, sonuncu dəfə 58 yaşlı kişi 24 yaşlı qadınla kəbinsiz yaşayırdı. Biz bir neçə dəfə onun yasında olduq. Sonda onun qardaşı dedi ki, 12 min manat verin, sizdən şikayətçi olmayım. O, qardaşının alçaqlığını bilə-bilə bizdən pul istədi. Sonra ferma müdirinin vasitəçiliyi ilə qiyməti endirmək mümkün oldu və biz ölənin qardaşına 8 min manat pul verdik. Bundan sonra da prokuror özü 20 min manat istədi, bizim pulumuz yox idi, verə bilmədik. Buna görə acığa düşdü”.
“Pul çatmayan prokuror acığa düşüb iş iştədi: 14 il 6 ay 7 saat”
Qohumlar danışırlar ki, Yevlax rayon Məhkəməsi Şəhla Muxtarovanı hamilə olduğu üçün zaminə buraxıb. Ancaq Şəkinin prokuroru Fuad Musayev onunla ədavət apararaq həbsinə nail olub: “Fuad Musayevə pul çatmadığı üçün prinsipə düşdü. İnanırsınızmı, o, hakimdən Şəhlaya 14 il 6 ay 7 saat iş istəmişdi. Hakim Elxan Süleymanov isə 8 il iş verdi. Prokurora pul çatmaması necə təsir etmişdisə, iş istəyəndə ən yüksək həddi götürdü. O, hadisənin özünü müdafiə məqsədilə törədildiyini, ilk hadisə olduğunu, qadının dörd uşağının olmasını və hamilə olduğunu və sair yüngülləşdirici səbəblərin heç birini nəzərə almadı. Prosesdə hakimlə prokuror bir-biri ilə dalaşırdı. Onlar elə bilirdilər ki, birinə pul verilib, o birinə yox. Əslində heç birinə pul verə bilməmişdik. 2012-ci ilin dekabrın 25-də ona iş kəsdilər və apardılar türməyə. Üstündən iki gün keçdikdən sonra, ayın 27-də isə  Şəhlanın beşinci uşağı doğuldu”.
Bundan sonra isə Şəki Apelyasiya Məhkəməsi işi 7 ilə endirir: “Bir il işi azaltmağa görə 3 min manat xərcimiz çıxdı”. Hadisə barədə danışan qohumlar prokuror F.Musayevin adını xüsusi vurğulayaraq bildirirlər ki, o, özü və tanış prokurorlar vasitəsi ilə Şəhlanın işində 4-5 dəfə protest verərək işi ağırlaşdırmağa çalışıb.
Borc içində yaşayan ümidsiz ailə…
Bu qətl ailəyə həm də bütün həyatlarının dağılması, durumlarının düzəlməyəcək həddə çatması hesabına başa gəlib. “Türməyə yanına gedəndə oradakılar deyirlər ki, necə adamsınız, gənc qadını buradan çıxarmırsınız? Türmədən çıxarmaq üçün 20 min manat lazım olduğunu bildirirlər. Ailə yeməyə çörək tapmır. Kənddəki dükanların hamısına borcları var. Hadisədən sonra bir neçə ailə mal-qarasını satdı. Şəhlanın əri evini satıb ölənin qardaşına pul çatdırdı. 20 min manata dəyən evi tələm-tələsik 8300 manata satdı”.
Evini satan ailə aylarla çadırda qalıb: “Çadır qurub yaşayırdılar. Yeddi ay bu vəziyyətdə yaşadılar. Sonra qardaşı, qonşular köməklik edib bu boş yerdə bir otaq qaraladılar ki, uşaqlar qışdan çıxa bilsinlər. Xəstələnmişdilər, kiçiyin vəziyyəti lap ağır idi. Həkimə aparmağa da pul yoxdu. Camaat uşaqları yığdı evə.
Ailə borc içindədir. Bir neçə bankdan borc alıblar”.
Ailə başçısı özü də deyir ki, uşaqları evdə tək qoyub işləyə bilmir: “Anam qoca və xəstə adamdır, uşaqlara baxa bilmir. Üstəlik, atam da infarkt keçirib, yataq xəstəsidir. Bu işlə bağlı o qədər borca girmişik ki… Atamın, qardaşımın köməyi ilə kredit ödəyirik. Bu işdə bir neçə nəfər də bizi aldatdı. Qayınanamın qohumu ondan 10 min manat aldı ki, hakimə verəcək ki, işi az istəsin, ancaq etmədi. Sonra pulu da vermədi. Sonra daha üç nəfər aldatdı və 7500 manatımız batdı. Onlardan biri ölüb, digər ikisini də Səbael polisi axtarır. Bu pulların hamısını borc-xərc tapmışdıq. Hazırda külli-miqdarda borc içindəyik. Heç artıq sosial yardım da vermirlər. Ötən il cəmi 127 manat verirdilər. demişdilər ki, bir az çox yazaq, yarı-yarıya hesablayaq. Mən razı olmadım, buna görə az yazdılar. İndi heç onu da vermirlər ki, bankda adına kredit var. Deyirəm, krediti kefimdən götürməmişəm ki”.
Türmədə doğulan Ümid və intihar etmək istəyən ana…
Türmədə doğulan Ümid isə artıq 1 yaş 8 aylıqdır. Ananın da artıq 33 yaşı var. Nənə Ümidin şəkillərinə baxıb kövrəlir. Deyir ki, imkanı olsa, ona da özü baxmaq istəyərdi: “Yazıq uşaq, o da türmə çəkir. Bu, Allaha da xoş getmir”. Yoldaşı isə deyir ki, uşaq 2 aylıq olanda, Şəhla onu ailəsinə vermək istəyib: “Biz götürmədik. O, özünü öldürmək istəyirdi. Heç olmasa, uşaq başını qatır”.
Ailənin Muxtarovanın yanına getmək imkanı da yoxdur: “Hərdən gedirəm. İki aydır ki, heç gedə bilməmişəm. O gün yoldaşım zəng edib deyir ki, uşağın yeməyi yoxdur, dükandan nisyə qatıq almışam, bilmirəm necə edim”. Ailənin aidiyyəti qurumlara yazdığı şikayət məktublarına isə heç bir cavab verilməyib. Uşaqların nənəsi bildirir ki, son ümid yeri kimi dövlət başçısına və xanımına müraciət edəcəklər: “Bizə köməklik etsinlər, bu, namus üstündə törədilən qətldir. Gəlinim günahsızdır, o, özünü qorumaq üçün bu addımı atıb. Öldürülən alçaq birisi idi, bunu onun kəndində hamı təsdiq edir. Xahiş edirəm, balalarımı, nəvələrimi belə çarəsiz vəziyyətdən qurtarsınlar, haqq yerini tapsın”.
Son olaraq qeyd edək ki, bir qrup hüquq müdafiəçisi həmin ailə ilə görüşüb və hadisənin təfərrüatlarını prokurorluq orqanlarına göndərərək işin araşdırılmasına yardımçı olmağa çalışırlar.
Mövzunu diqqətdə saxlayacağıq.
Röya RƏFİYEVA
Fotolar müəllifindir





Tags: HADİSƏ MANŞET
Previous Post

Namus üstündə törədilən qətl…

Next Post

Özünü öldürən gənc qızın məktubu! – Fotolar

Bənzər yazılar

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 11:15

2026–2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılıb. Elchi.az xəbər verir ki, valideynlər 11:00-dan...

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

21 İyul 2026 - 11:12

Litva Müdafiə Naziri kritik infrastruktur mühafizəsinin gücləndirildiyini açıqladı. Elchi.az xəbər verir ki, Litva təhlükəsizlik orqanları ölkənin kritik infrastrukturunun mühafizəsini gücləndirib. Litva Müdafiə...

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

21 İyul 2026 - 11:11

22 İyul – Milli Mətbuat Günü ərəfəsində Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin Vətəni Zərdab rayonunda tanınmış ziyalıların, mədəniyyət...

Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10

Prezident İlham Əliyev Belçikalıların Kralı Filipə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Belçika Krallığının milli bayramı münasibətilə...

Next Post

Özünü öldürən gənc qızın məktubu! - Fotolar

Özünü öldürən gənc qızın məktubu! - Fotolar

Son xəbərlər

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb

21 İyul 2026 - 11:15
Litva kritik infrastruktur mühafizəsini gücləndirir

Litva kritik infrastruktur mühafizəsini gücləndirir

21 İyul 2026 - 11:12
Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

Milli Mətbuat Günü ərəfəsində Həsən bəy Zərdabinin Vətənində ziyalılar bir araya gəliblər

21 İyul 2026 - 11:11
Nümayəndə heyətlərinin xaricə səfərləri Prezidentlə razılaşdırılacaq

Prezident Belçika Kralını təbrik edib

21 İyul 2026 - 11:10
Yeni təmayül tədris modelinin pilot qaydada tətbiqinə başlanılıb – SİYAHI

Yeni təmayül tədris modelinə qeydiyyatın vaxtı uzadılıb

21 İyul 2026 - 11:03
Messi Argentina millisi ilə vidalaşıb

Messi Argentina millisi ilə vidalaşıb

21 İyul 2026 - 10:55
Trampa İranla yeni bir barışıq təklif olunub

Trampa İranla yeni bir barışıq təklif olunub

21 İyul 2026 - 10:50
Kolumbiya Prezidenti Petro “İsrail” vədinə reaksiya verdi

Kolumbiya Prezidenti Petro “İsrail” vədinə reaksiya verdi

21 İyul 2026 - 10:42
Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

Azərbaycanda nikah və boşanmaların sayı açıqlanıb

21 İyul 2026 - 10:37
Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub

Bu ilin ilk 5 ayında 1184 əkiz, 48 üçəm doğulub

21 İyul 2026 - 10:31
Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

21 İyul 2026 - 10:29
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək

21 İyul 2026 - 10:20
Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

Küveyt və Bəhreyn hava hücumundan müdafiə sistemlərini aktivləşdirir

21 İyul 2026 - 10:14
CENTCOM: İrana qarşı yeni hücum dalğası başlatdıq

CENTCOM: İrana qarşı yeni hücum dalğası başlatdıq

21 İyul 2026 - 10:04
Prezident İlham Əliyev ötənilki dövlət büdcəsini təsdiqlədi

Prezident Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

21 İyul 2026 - 09:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.