"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Namiq Əsgərov prezidentin sərəncamını dəyərləndirdi

16 Fevral 2017 - 21:11
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Azərbaycan Respublikası Baş prokurorunun müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Namiq Əsgərov Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə bağlı Azərtac-a müsahibə verib.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamının əhəmiyyətini və onunla bağlı prokurorluq orqanlarının üzərinə düşən vəzifələri şərh edən Namiq Əsgərov deyib:

-Dünyada və regionda ölkələrin inkişafına neqativ təsirə malik faktorların mövcudluğuna baxmayaraq, respublikamızın dayanıqlı tərəqqisi Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik dövlət siyasətinin, hərtərəfli və genişmiqyaslı mühüm islahatların nəticəsində mümkün olub. Təsadüfi deyil ki, bu islahatlar ölkə həyatının bütün sahələrini, dövlət idarəetməsini, hüquq sistemini, normativ tənzimetməni və sair məsələləri əhatə etməklə daha intensiv şəkildə həyata keçirilir. Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı vaxtında qəbul edilmiş, mühüm məsələləri əhatə etməklə onların həlli yollarını müəyyənləşdirən proqram xarakterli çox aktual bir sənəd olmaqla, ölkədə ardıcıl həyata keçirilən sistemli hüquqi islahatların növbəti mərhələsinin əsasını qoyub. Sərəncamın məzmunundan və mahiyyətindən də göründüyü kimi bu mühüm sənədin əhəmiyyəti qeyd olunanlarla məhdudlaşmır.

Sərəncam ölkənin hüquq sistemin müasir dövrün ən yüksək tələbləri səviyyəsində yenilənməsinin və təkmilləşdirilməsinin strateji istiqamətlərini müəyyən edən, bu sahədə yol xəritəsi əhəmiyyətinə malik dövlət sənədidir. Burada dövlətimizin həyata keçirdiyi sosialyönümlü siyasətə tam uyğun olaraq insan və vətəndaşın əmin-amanlığına və mənafeyinə xüsusi önəm verilir. Sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, yəni cinayət hesab edilməyərək həmin əməlləri törədən şəxslər barədə daha yüngül məsuliyyət növlərinin tətbiqi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların tam aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü olan bu Sərəncamın əsas tələbi ondan ibarətdir ki, cinayət təqibi və cəzaların icrası prosesində cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan vasitələrindən daha çox istifadə edilməklə həbslə bağlı tədbirlərin tətbiqi məhdudlaşdırılsın.

Sərəncamda nəzərdə tutulan bir sıra mühüm məsələlər prokurorluq orqanlarının fəaliyyəti ilə bilavasitə bağlı olduğundan qarşımızda çox ciddi vəzifələr müəyyən edilib. Belə ki, Sərəncamın 10-cu bəndində prokurorluq orqanlarına digər müvafiq dövlət orqanları ilə yanaşı, cinayətlərin, xüsusi ilə iqtisadi cinayətlərin dekriminallaşması, cinayətlərin törədilməsinə görə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların tətbiqi əsaslarının genişləndirilməsi, cinayət zamanı vurulmuş ziyan tam ödənilirsə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması, habelə həbsə alternativ qətimkan tədbirlərinin tətbiq edilməsi əsaslarının genişləndirilməsi, cinayətlərin ağır olmayan növlərinə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılmasına, digər məsələlərə dair qısa müddət ərzində qanun layihələrinin hazırlanıb təqdim olunması tapşırılıb.

Azərbaycan Respublikası Ali Məhkəməsi və Ədliyyə Nazirliyi ilə birlikdə üzərimizə düşən, Sərəncamdan irəli gələn bu vəzifələrin icrası ilə bağlı Baş prokurorun və həmin orqanların rəhbərlərinin imzaladığı birgə əmrlə geniş tərkibdə birgə işçi qrupu yaradılaraq fəaliyyətə başlayıb.

Sərəncamın 12-ci bəndində həbs qətimkan tədbirinin seçilməsi hallarının məhdudlaşdırılması ilə bağlı prokurorluq orqanlarına xüsusi tövsiyə edilib ki, onlardan irəli gələn mühüm vəzifələrin icrası istiqamətində səmərəli tədbirlər həyata keçirilməklə Baş Prokurorluq üzrə müvafiq əmrlərə bir sıra dəyişikliklər və əlavələr hazırlansın.

Bu vəzifələrin icrasının təmin edilməsi üçün Baş prokuror Zakir Qaralovun 2017-ci il 10 fevral tarixli müvafiq Sərəncamı ilə mənim rəhbərliyimlə işçi qrupu yaradılaraq konkret tapşırıqlar verilməklə 20 gün ərzində müvafiq qanun layihələrinin hazırlanması həvalə edilib.

Bununla yanaşı, Prezidentin qeyd olunan Sərəncamından irəli gələn vəzifələrin daha səmərəli yerinə yetirilməsi yollarının və mexanizminin müəyyən edilməsi ilə bağlı prokurorluqda müvafiq vəzifəli şəxslərin iştirakı ilə bir-neçə əməliyyat müşavirələri keçirilib. Həmçinin fevralın 16-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Ali Məhkəmənin, Ədliyyə Nazirliyinin, digər hüquq mühafizə orqanlarının, onların istintaq qurumlarının nümayəndələrinin iştirakı ilə geniş iclas olub. İclasda Baş prokuror tərəfindən istintaq qurumlarına cinayət işlərinin istintaqı zamanı ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün nəzərdən keçirilməsi və yalnız bu mümkün olmadıqda və qanuni əsaslar olduqda həbs qətimkan tədbirinin seçilməsinə, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin müstəsna hallarda seçilməsinə dair konkret göstərişlər verilib.

Sərəncamın icrası ilə bağlı görülən işləri qısa şəkildə qeyd etməklə demək istərdim ki, bu mühüm əhəmiyyətə malik dövlət sənədinin bütün tələblərinin tam və dəqiq icrasının təmin olunması istiqamətində intensiv tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Previous Post

Namiq Əsgərov prezidentin sərəncamını dəyərləndirdi

Next Post

Azərbaycanın neft gəlirləri 21% artıb

Bənzər yazılar

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmlərinin 51 %-nə nəzarət etdiyi Özbəkistanın "Davr Bank"ının rəhbərliyi yenidən formalaşdırılıb. Elchi.az Özbəkistan mətbuatına istinadən...

Next Post

Azərbaycanın neft gəlirləri 21% artıb

Azərbaycanın neft gəlirləri 21% artıb

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.