Nalbandyan həmsədrlərə gileylənib
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iyulun 22-də Belçikanın paytaxtı Brüsseldə ATƏT-in Minsk
qrupunun həmsədrləri İqor Popov, Ceyms Uorlik, Pyer Andriyo və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə bir araya gəlib.

“Media forum” saytı xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesi müzakirə olunub.
Nalbandyan həmsədrlərlə söhbətində Azərbaycanın ən yüksək səviyyədə savaş bəyanatları verdiyini, cəbhə bölgəsində atəşkəsi kobud şəkildə pozduğunu, insan ölümünə səbəb olan diversiya törətdiyini iddia edib: “Azərbaycan həmsədr ölkələrin rəhbərlərinin sülh çağırışlarına zidd olan təxribatçı addımlar atmaqla vəziyyəti kəskinləşdirir, beynəlxalq ictimaiyyətin çağırışına baxmayaraq sülh və barışıq uğrunda mübarizə aparan azərbaycanlıları təhdid və həbs etməklə destruktiv siyasətini davam etdirir. Bu da danışıqlar prosesinin müsbət məcrada inkişafını əngəlləyir”.