"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

“Nadzor”un üzünü güldürən generallar…

19 Noyabr 2015 - 17:04
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Nadzor”un üzünü güldürən generallar...

 
Düz bir aydır ölkəmizdə növbəti dəfə tutatut başlayıb. Amma bu dəfə müxalifətçiləri, gənclər təşkilatlarının üzvlərini, jurnalistləri deyil, MTN generallarını, polkovniklərini, digər nazirliklərin rəhbər şəxslərini qandallayırlar. Bunlar elə həmin şəxslərdir ki, uzun illər xalqa, sahibkarlara, xüsusilə demokratik düşərgəyə, jurnalistlərə qənim kəsilmişdilər. İndi həmin iri ranqlı, yüksək rütbəli məmurlar əndazəni aşdıqlarına, belə desək, cızıqdan çıxdıqlarına, özlərini hakimi-mütləq kimi apardıqlarına, dövləti təhdid etdiklərinə görə həbs olunublar. 
Bir sıra məmurlara zamanında “dur” deyilməyəndə həmin vəzifəli şəxsi qandalla, həbslə saxlamaq olur. Düzdür, biz şahidi olmaqdayıq ki, belələrini enində-sonunda damlayırlar. Amma buna qədər o məxluqatlar yüzlərlə insanın evini yıxır, dövlətə ağır zərbələr vururlar.
Odur ki, heç olmasa bu gündən sonra idarəetmə siyasəti dəyişməlidir: ictimai nəzarətin güclənməsinə, mətbuat azadlığına imkan verilməlidir, məmurlardan edilən şikayətlər ciddi araşdırılmalıdır, vəzifə təyinatı meyarları kökündən dəyişməlidir, vəzifəli şəxslərin bizneslə məşğul olması cinayət əməli sayılmalıdır, dərhal işdən azad edilməlidir. Ən əsası, məhkəmələrin tam müstəqilliyinə nail olunmalıdır. Bunlar olmayınca Akif Çovdarovu tutacaqlar, üstündən bir neçə il keçəcək, ortaya növbəti akifçovdarovkimilər çıxacaq. Necə ki, 2005-ci ildə banda başçısı Hacı Məmmədovu tutdular, daha sonra ortaya daha təhlükəli banda – akifkimilər, eldarkimilər çıxdı. Özü daha ciddi təhlükəli mütəşəkkil cinayətkar şəbəkə halında…
 
Əlbəttə, bu xəmir hələ çox su aparacaq, istintaq müddətində, məhkəmə zamanı, hətta ondan sonralar da tükürpədən faktlar ortaya çıxacaq. Hər kəs bundan şoka düşəcək, bir çoxları isə necə salamat qaldığına görə Allaha şükür edəcək…
 
Əlbəttə, xalqı çapıb-talayan, dövlətin içində cinayətkar şəbəkə yaradan bu quldurların həbsi hər kəsi sevindirir. Hətta hakimiyyətə münasibətdə ən sərt mövqedə olan adamlar belə ölkə başçısının həyata keçirdiyi bu təmizləmə işlərinə görə ona minnətdarlıq edirlər. 
Uzun illər ərzində talançılıq hesabına milyonçu olmuş bu kəslərin tutulmasına sevinməmək mümkünsüzdür. İndi onların topladıqları sərvətləri, mülkləri, biznesləri qeyri-rəsmi və daha sonra müsadirə olunmaq yolu ilə əllərindən alacaqlar, banklarda, seyflərdə saxladıqları nağd pulları isə təcridxana yollarında – “nadzor”lara, müstəntiqlərə, vəkillərə, hüquqi nümayəndələrə xərclənəcək.
Həbsxana qaydalarına bələd olan bir dostumuz deyir ki, müxalifətçilərin, kasıbların həbsi “nadzor”ların, vəkillərin, bəzi müstəntiqlərin ürəyincə deyil. Kasıbın nəyi var ki, yoluğa da verə? Amma generallar, xalqı çapıb-talayıb həbsə düşənlər onların “gözünün işığıdır”. Çünki həmin adamları “qaz kimi” yolmaq olur. Məsələn, heç bir vəkil sidq ürəklə, az pulla belələrini müdafiə etməz, gərək vəkilə azı 20 min ödəsinlər ki, bunların işinə çıxmağa razı olsunlar…
Həmçinin, heç şübhəsiz ki, bir vaxtlar Akifi görəndə rəngi qaçan “nadzor”lar təcridxanada onu gəzinti zamanı açıq havada 10 dəqiqə artıq saxlamaq üçün “hesab” alacaqlar. Və əcəb edəcəklər. Bu adamlar çoxlarına qan uddurublar. Sahibkarların başına torba keçirib zirzəmidə ac-susuz, havasız saxlayanda bu günü düşünmürdülərsə, indi real olaraq yaşasınlar, görsünlər əzab nədir. Qoy hava almaq üçün “qussunlar”.
Müstəntiq də istintaqın sonunda işə qanunun imkan verdiyi “yüngülləşdirici halları” əlavə etmək üçün güman ki, bu talançıların taladıqlarından bir az “yüngülləşdirəcək”. 
Daha sonra həmin generallar, digər vəzifəlilər “zona” gedəcək, komediya ondan sonra başlayacaq… Beləcə, onlar qaşıq-qaşıq yığdıqlarını çömçə ilə paylayacaqlar. Onlardan alınanlar isə halal sayılır, “oğrudan oğruya halaldır” prinsipi hələ də işlək vəziyyətdədir…
Necə deyərlər, hayla gələn, küylə gedər…
Adam gərək özünü itirməyə, özünü itirdisə, adamlıqdan çıxdısa, İlahi ədalət mütləq öz yerini tutacaq…
Previous Post

“Nadzor”un üzünü güldürən generallar…

Next Post

Yaxınınızın dəfni üçün pul alacaqsınız

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Yaxınınızın dəfni üçün pul alacaqsınız

Yaxınınızın dəfni üçün pul alacaqsınız

Son xəbərlər

Peskov: Paşinyanın Rusiyaya səfəri üçün hələ dəqiq tarix yoxdur

Peskov: Paşinyanın Rusiyaya səfəri üçün hələ dəqiq tarix yoxdur

08 Oktyabr 2026 - 11:26
Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

Google Xəritələrdə canlı yanacaq qiymətləri dövrü başladı

08 Oktyabr 2026 - 11:13
Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

Buzlaqlar ərimə təhlükəsi ilə üz-üzədir

08 Oktyabr 2026 - 10:59
Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

Nüvə raketi sınağı səbəbindən Rusiya və Fransa arasında gərginlik

08 Oktyabr 2026 - 10:47
Alimlər tamamilə yeni növ saat icad ediblər

Alimlər tamamilə yeni növ saat icad ediblər

08 Oktyabr 2026 - 10:35
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir, Prezident tədbirdə çıxış edib – YENİLƏNİB

08 Oktyabr 2026 - 10:30
Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

Bakıda yanğın təhlükəli hotelin fəaliyyəti dayandırılıb – VİDEO

08 Oktyabr 2026 - 10:23
Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

Prezident Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib

08 Oktyabr 2026 - 10:12

IEA üzvləri fövqəladə neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirəcək

08 Oktyabr 2026 - 09:57
Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

Astara gömrük postunda külli miqdarda heroin və “metadon” həbləri aşkar edilib

08 Oktyabr 2026 - 09:48
Dünya bazarlarında neftin qiyməti artıb

Dünya bazarlarında neftin qiyməti artıb

08 Oktyabr 2026 - 09:36
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

08 Oktyabr 2026 - 09:24
Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Paytaxtın üç rayonunun bəzi ərazilərində elektrik enerjisi olmayacaq

08 Oktyabr 2026 - 09:13
İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.