"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nabran çimərlikləri mövsümə hazırdırmı?

17 May 2017 - 15:27
in CƏMİYYƏT
FacebookVatsap
Nabran çimərliyi

Xəzər dənizi sahilində yerləşən Nabranı ilə məşhur olan Xaçmazda yay istirahət turizm mövsümünə ciddi hazırlıq işləri görülür. Bu barədə rayon Turizm İnformasiya Mərkəzinin rəhbəri Vasif Əhmədov İstiPress-in şimal bürosuna açıqlama verib. Onun sözlərinə görə, Xaçmazda ümumilikdə meşə, dəniz, rayon mərkəzində 59 istirahət mərkəzi var ki, onlardan 20-si Nabran-Müqtədir zonasında yerləşir. Vasif Əhmədovun sözlərinə görə, may ayının 27-28-də Nabranda yay istirahət mövsümünün açılışı olacaq. Bütün turizm mərkəzləri mövsümə hazırlıq işlərini davam etdirirlər.

Bunu da oxuyun

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Ümumən Xaçmazda istirahət güşələrində qiymətlər 1 nəfər üçün 30 manatdan 150 manatadək dəyişir ki, bunlar da obyektin standartına, xidmət səviyyəsinə görə tənzimlənir. Nabranda cəmi 1 ədəd 4 ulduzlu hotel-istirahət mərkəzi fəaliyyət göstərir ki, burada qiymət ən yüksək xidmətə görə təyin edilir. Nabranda turizmdən söz düşəndə əsas çimərlik turizmi göz önünə gəlir. Prezident İlham Əliyevin də xüsusi diqqət yetirdiyi, sərəncam imzaladığı çimərlik turizmi, etiraf edək ki, günün  tələbləri səviyyəsində deyil. Məşhur Nabranda çimərlik boyu primitiv sahil zolaqları, iaşə obyektləri çoxluq təşkil edir. Müəyyən yenilənmə müşahidə edilsə də, hələ də bəsit çimərlik zonaları gözə dəyir. Zibilliklər, natəmizlik, mal-qara sürüsü də Nabran çimərliklərində turistlərə tanış olan mənzərədir.

İstiPress olaraq mövsümə hazırlıq ərəfəsində Nabran sahillərini yenə heyvan sürüləri ilə dolu gördük. Düzdür, indi Nabranda təmizlik işlərinə yerli qurumlar xüsusi önəm versələr də, bu qaydalara tam riayət olunmur. Xaçmaz İcra hakimiyyəti başçısının Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İskəndərova qısa vaxt ərzində Nabranın bütün çimərlik boyu təmiz və mal-qarasız olmasına söz verdi. Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzindən isə bildirildi ki, bütün nümayəndəliklərə və bələdiyyələrə çimərlik zolaqlarında təmizlik – gigiyenik qaydalara xüsusi diqqət yetirmələri üçün xəbərdarlıq məktubu göndərilib.

Qeyd edək ki, rayonda prezidentin çimərlik turizmi ilə bağlı imzaladığı sərəncamdan irəli gələn vəzifələri icra etmək üçün Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi yerli icra hakimiyyəti ilə birgə işlərə başlayıb. Mədəniyyət naziri Əbülfəs Qarayevin aidiyyatı qurum rəsmiləri ilə keçirdiyi görüşdə Xaçmazda 2 özəl, 2 ictimai çimərliyin yaradılması nəzərdə tutulub. Bu məqsədlə Xaçmaz icra hakimiyyəti də yerli qurumlarla birgə məsləhətləşmələr aparılacaq. Çimərliklərdə qiymətlərlə bağlı Xaçmaz Turizm -İnformasiya mərkəzinin rəhbəri Vasif Əhmədov məlumat verdi ki, özəl çimərliklərdə dənizdə çimməyə görə pul alınmır, özəl sahillərdə göstərilən iaşə xidmətinə – çay, dondurma yemək sifarişinə görə xidmət haqqı alınır. Çimərlik mövsümünün iyunun 15-də açılmasını nəzərə alsaq, hələ bu qiymətlər tam tənzimlənməyib. Xaçmaza, xüsusən Nabrana ölkə vətəndaşlarından başqa, hansı xarici ölkələrdən turist gözləyirsiniz? – sualına Xaçmaz Turizm-İnformasiya Mərkəzinin direktoru Vasif Əhmədov orijinal  bir cavab verdi: “Ermənistandan başqa, bütün ölkələrdən turist gözləyirik. Təkcə düşmən ölkənin nümayəndəsinin ayağı dəyməsin torpağımıza”. Vasif Əhmədov Sovetlər Birliyindən məşhur olan Nabranın əvvəlki şöhrətini tam qaytarmaq üçün rayonda təxirəsalınmaz işlərə start verildiyini dedi.

Previous Post

Nabran çimərlikləri mövsümə hazırdırmı?

Next Post

Azərbaycanın bir kəndi sel altında qaldı

Bənzər yazılar

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26

Azərbaycanda cari ilin ilk 9 ayı ərzində 60819 uşağın doğumu qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən...

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04

TƏBİB və Səhiyyə Nazirliyinin mütəxəssisləri Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında stasionar müalicə alan 11 uşaqda müşahidə olunan dərman allergiyası...

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

Bakıda beynəlxalq tədbirə hazırlıqla bağlı bəzi yollarda nəqliyyatın hərəkətinin təlimi keçiriləcək

09 Oktyabr 2026 - 18:48

15 oktyabr tarixində Bakıda keçiriləcək beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə nəqliyyat...

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

Sumqayıtda növbəti səyyar qəbul keçirilib

09 Oktyabr 2026 - 16:08

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun sakinlərlə növbəti səyyar qəbulu keçirilib. İcra Hakimiyyətindən Elchi.az-a verilən məlumata görə, şəhərin 1-ci...

Next Post

Azərbaycanın bir kəndi sel altında qaldı

Azərbaycanın bir kəndi sel altında qaldı

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.