"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Nəyinsə xətrinə hətta Kürdəmiri də erməniyə verdilər…”

12 May 2016 - 09:36
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

 “Bəziləri naşılıqdan, digərləri sensasiya xətrinə, çox az qismi isə hissiyyata qapılaraq elə xəbərlər yayırlar ki, düşmən tərəf göydə axtarır”


“Müharibə aparan ölkə düşmənlə yalnız səngərlərdə üz-üzə dayanmır. Bundan da qorxulusu informasiya müharibəsidir. Çünki bu müharibədə qalib tərəf rəqibini küncə sıxışdırır, döyüş əhval-ruhiyyasini əlindən alır, bir növ sözlə tərksilah edir”.
Bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşova məxsusdur. O, bu sözləri  son zamanlar sosial şəbəkələrdə və bəzi saytlarda Azərbaycanın əleyhinə gedən təbliğat materiallarını, eyni zamanda Qarabağ cəbhəsində baş verənlərlə bağlı bəzi yeni yaradılan, bir sıra hallarda sahibi və ünvanı bəlli olmayan saytların İP toplamaq üçün yeni qələbələr qazandığımız, rayonları azad etdiyimiz barədə yazdığı yazıları şərh edərkən söylədi.
Hətta rəsmi qurumlar da dəfələrlə bəyan ediblər ki, özlərini azərbaycanlı kimi təqdim edən bəzi sosial şəbəkə istifadəçilərinin əslində azərbaycanlı adlarından yararlanan ermənilər olduğu aydınlaşıb. Bu mənada informasiyaların yayılması zamanı ehtiyatlı olmaq, düşmən tələsinə düşməmək tövsiyə edilir. Bu mənada informasiya savaşı aparmaqla yanaşı, düşmənin toruna düşməmək, yaydığı saxta məlumatlara aldanmamaq da önəmli məsələdir.
Ə.Amaşovun sözlərinə görə, qarşı tərəfin sözlə tərksilah edilməsi hər iki tərəfdən bir-birinə qarşı tətbiq olunur. Ancaq onun fikrincə, bu vəziyyət elə də qorxulu deyil: “Qorxulu odur ki, rəqibə daxilimizdən rəvac verənlər tapılsın. Bəziləri naşılıqdan, digərləri sensasiya xətrinə, çox az qismi isə hissiyyata qapılaraq elə xəbərlər yayırlar ki, düşmən tərəf göydə axtarır. Söhbət daim hədəfdə olan ordu rəhbərliyindən, strateji nöqtələrdən, cəbhəyanı bolgələrdəki insanların psixoloji durumundan və digər məqamlardan gedir. Bu sayaq informasiyaların istər-istəməz müəyyən qismi insanlara təsir edir. Bunun özü də mənəvi itkidir. Deməli, belə fəsadlara qarşı bütün qurumlar, hər bir vətəndaş, oxucular, ən əsası qələm sahiblərimiz barışmaz mübarizə aparmalıdırlar”.
Mətbuat Şurasının ayrı-ayrı saytlarla bağlı hansı tədbir görəcəklərinə gəldikdə, Ə.Amaşov dedi ki, aparılan mübarizə tədbirlərinə kompleks formatla dəstək verməlidir: “Yəni söhbət jurnalistlərimizin prosesə daimi aktiv yanaşmalarından, hadisələrinin arxasınca getməmələrindən, ən etibarli informasiya mənbəyi kimi Müdafiə Nazirliyi ilə əlaqələrini sıxlaşdirilmasından gedir. Zənnimizcə, bu, real, həyatın tələbindən doğan tövsiyələrimizə məsuliyyətsiz yanaşanların adlarının da açıqlanmasının da vaxtı yetişib”.
Qeyd edək ki, Azərbaycan ordusunun uğurlu aprel döyüşlərindən sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun hərbi əməliyyatlar zamanı taktiki səhvlərə yol verdiyi üçün tutduğu vəzifədən azad edilməsi barədə məlumat yayıb. Bu barədə saxta məlumatın dövriyyəyə buraxılması da suallar doğurdu. Əksər ekspertlər düşmən ölkədə məmnunluqla qarşılanan bu məlumatın əslində məqsədli şəkildə yayıldığını güman edirlər. Bəlkə də hansısa saytlar ciddi araşdırma aparmadan xəbəri yayıb. Ancaq ilkin mənbənin hansı məqsədlər güddüyü araşdırma tələb edir. Qeyd edək ki, artıq məsələ ilə bağlı Müdafiə Nazirliyin mətbuat xidmətindən sərt reaksiya verilib. Deyilib ki, bu tip xəbərlər böhtan xarakterlidir…
Milli təhlükəsizlik xidmətinin sabiq əməkdaşı Arzu Nağıyev də hesab edir ki, müşahidə olunanlar gedən müharibənin tərkib hissəsidir: “Yəni müharibə tək səngərlərdə getmir, eyni zamanda savaş xüsusi xidmət orqanlarının kabinetlərində hazırlanan əməliyyat tədbirlərindən də ibarətdir. Bura təxribatlar, yüksək vəzifəli hərbçilər haqqında nüfuzdan salan və ifşaedici materialların toplanması və ictimaiyyətə çatdırılmasından gedir. Təbii ki, bu məlumatları da yaymaq üçün öz inhisarlarında və nəzarətində olan kütləvi informasiya vasitələrindən, sosial şəbəkələrdən də istifadə edilir. Bu gün elə saytlar var ki, sensasiya xətrinə hətta Kürdəmiri də erməniyə verdilər. Deyərdim ki, bunların çoxu bilərəkdən belə edir, lakin gündəmdə qalmaq üçün edənlər də var. Düşünürəm ki, ermənilər də adekvat cavablar almalıdırlar və bu istiqamətdə işlər gedir”.
A.Nağıyev deyir ki, bu kimi internet media resursları ilə mübarizə yollarından ən başlıcası belə saytların yazılarına ümumiyyətlə reaksiya verməməkdir: “Digər tərəfdən əsas məsələ məhz Müdafiə Nazirliyinin və ya digər cavabdeh qurumların mətbuat xidmətlərinin informasiya işini daha çevik qurmasıdır. Son zamanlar istər Müdafiə Nazirliyinin, istərsə də Xarici İşlər nazirliklərinin mətbuat xidmətləri bu istiqamətdə mühüm irəliləyişlər edib. Yəni rəsmi məlumatlar gecikməyəndə artıq sensasiya xətrinə məlumatların oxunmasına ehtiyac qalmır. Bundan başqa yalan informasiya yayan qurumlar haqqında mütəmadi olaraq profilaktik tədbirlər və ictimai qınaq mexanizmi həyata keçirilməli, ifşa edilməlidirlər”.(“Yeni Müsavat”)
Previous Post

“Nəyinsə xətrinə hətta Kürdəmiri də erməniyə verdilər…”

Next Post

Neft sürətlə bahalaşır

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post

Neft sürətlə bahalaşır

Neft sürətlə bahalaşır

Son xəbərlər

Dövlət qurumu adı ilə zəng edib pulları ələ keçirirlər – DİN-dən xəbərdarlıq

DİN-in yeni vəzifəsi müəyyənləşib

09 Sentyabr 2026 - 19:26
Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

Fransa FİFA prezidentliyinə İnfantinonu dəstəkləməyəcək

09 Sentyabr 2026 - 19:12
Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib

09 Sentyabr 2026 - 18:52
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

09 Sentyabr 2026 - 18:44
Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

Konqoda dəhşətli statistika: Ebola epidemiyasında ölüm faizi 48%-ə çatdı

09 Sentyabr 2026 - 18:32
Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

Azərbaycanda kök hüceyrə köçürülməsinə başlanılır – Tibb müəssisələrinin rəsmi siyahısı yeniləndi

09 Sentyabr 2026 - 18:27
“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

“Mançester Yunayted”in baş məşqçisi: “Sabah”ın necə oynadığını bilirik”

09 Sentyabr 2026 - 18:13
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi

09 Sentyabr 2026 - 17:59
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

Bakıda Mərakeş İrsi Günləri keçiriləcək

09 Sentyabr 2026 - 17:45
Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38
Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

Mərhum jurnalist Nəcəf Nəcəfovun məzarındakı barelyefi oğurlayan şəxs tutulub

09 Sentyabr 2026 - 17:26
The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

The Economist: Ukraynanın “Patriot” raket ehtiyatları tükənir

09 Sentyabr 2026 - 17:19
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında özəl bağçalara uşaqların qeydiyyatı başlayır – VİDEO

09 Sentyabr 2026 - 17:10
Suraxanıda növbəti səyyar görüşlər keçirildi

Suraxanıda növbəti səyyar görüşlər keçirildi

09 Sentyabr 2026 - 16:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.