"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Nəsillər necə dəyişir?

21 Yanvar 2015 - 11:37
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Nərmin Kamal 159b3a24bc60379b5be89155cfa28b66

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

 

Azərbaycanda xarici dili öyrətməyə “Sənin adın nədir”, “Mənim adım filankəsdir” cümlələrilə başlayırlar.

 

Ancaq real həyatda, Azərbaycanın sərhədini keçəndən sonra, tanımadığınız əcnəbilərlə bir damın, bir buludun altında üz-üzə gələndə dialoq heç zaman o cümləylə başlamır. Dialoq bax bu cümləylə başlanır: “Hansı ölkədənsən?” İstər ölkəni sev, istər sevmə, istər onunla fəxr et, istər utan, istərsə də özünün təklikdə dünya vətəndaşı olduğuna-ola biləcəyinə inan, bunların fərqi yoxdur, o an cavab verirsən: “Azərbaycandanam”… Bu, sənin adın kimi bir şeydir. Adının nə olduğunu isə təsadüfi tanışlar ya axırda soruşacaqlar, ya da heç soruşmayacaqlar.

 

Adam buna görə özünü özəl adı olmayan, yalnız növünə görə tanınan bir botanik varlıq kimi hiss edir. Bu sualın birinci gəlməsində həm ədalət yoxdur, həm də var. Deyəsən, öz aramızda bir-birimizə çox fərqli görünürük, uzaqdan baxanlarsa elə də böyük fərq görmürlər. Biz özümüz də başqalarını belə tanıyırıq, “İngilis kirayənişin gəldi, indi yuxarıdadır, koreyalı bu saat çıxdı qapıdan”.

 

Gözləyirsən ki, özün olaraq söhbətə girəsən, amma sənin yanına dərhal bizi də qoşurlar, biz – bütün azərbaycanlıların Azərbaycanda indiyəcən etdikləri, etmədikləri də gəlib sənin yanında dayanır o an. Odur ki, “Bizim millət belədi də”, “Heç nə dəyişməyəcək”, “Bizim camaat düzəlməz” deyən, qapını çırpıb uzaqlara gedən əziz dost, biz də səninlə gəlirik.

 

Tale – Dövlətmiş

 

Yayda bir xəbər yayıldı: Azərbaycanda ərzağın zənginləşdirilməsi qanunu üzərində iş gedir. Bu qanuna əsasən camaatın istifadə etdiyi un, şəkər, süd kimi məhsulların tərkibinə xüsusi maddələr qatılacaq.

 

Dadından hiss olunmayacaq, çünki söhbət bir tona bir neçə qram vitaminin, mineralın qatılmasından gedir, ancaq əhalinin inkişafında əhəmiyyətli irəliləyiş baş verəcək.

 

Həm şəkər, ürək, qanazlığı və s. xəstəliklərin qarşısı alınacaq, həm də millətin boyu hündürləşəcək, sifəti göyçəkləşəcək. Bunun üçün UNICEF ilə birgə tədqiqat aparılıb, 500 azərbaycanlıdan qan götürülüb, qan müayinə olunub, məlum olub ki, biz azərbaycanlılarda ümumən hansı vitamin, mineral, metallar lazım olduğundan azdır və bu hansı xəstəliklərə, yaxud eybəcərliklərə gətirir.

 

Onları tapıb əlavə edəcəklər qidamıza.

 

Bu qanun üzərində iş getməyən zamanlarda, hələ əhalinin dükandan alıb işlətdiyi unun, şəkərin, südün tərkibi belə innovativ şəkildə zənginləşdirilməyən vaxtlarda yaşamış çoxlu-çoxlu insanların ayrı-ayrılıqda həyat hekayəsini gözlərinizin qarşısına gətirə bilərsinizmi?

 

Deməli, bir kənd başdan ayağa zob xəstəsi, bir ailə nəsillikcə şəkər xəstəsi olub, cavan-cavan oğlanlar, qızlar balacaboy olduqlarını özlərinə böyük dərd ediblər, buna görə şəxsi həyatları, iş həyatları uğursuz gətirib, böyük-böyük şəcərələrin bütün üzvləri 40 yaşa çatmamış ölüb gediblər… Hər insan bir yorğan altında ağlayıb.

 

Onlar buna görə Taleyi, Qisməti lənətləyiblər. Halbuki, budur, Hadı Rəcəbli kimi bir millət vəkili qələmi götürüb kağıza imza atdı, məsələ xeyli dərəcədə həll olundu.

 

Deyir, suya yod qatdıq, – yüzillərin zob xəstəliyi kənddən əl çəkdi. Təsəvvür etdiyimizdən xeyli sadəymiş, dövlətin əlinə necə bir qüdrətli açar varmış. İnsan taleyi dediyiniz şeydə Dövlətin nə böyük rolu varmış!

 

Yeri gəlmişkən, o gün diş həkiminin qəbulunda bir jurnal vərəqləyirdim, rastıma çıxdı, əvvəllər yaponlar çinlilərdən hündür olublar, yapon dilində xüsusi ayama da var ki, “balacaboy çinli” mənasını verir. Ancaq son illərdə Çin hökuməti məktəblərdə uşaqlara pulsuz süd paylanması haqda sərt proqram həyata keçirməkdədir. “Mənim bir arzum var”, – Çinin keçmiş baş naziri Wen Jiabao deyib, “hər bir çinli uşağı hər gün yarım litr südlə təmin edə bilək”.

 

Nəticədə son statistikaya görə, çinlilərin yeni nəslinin boyu yaponları üstələyib. İndi yapon dilindəki həmin o ayamanı çinlilər işlətməyə başlayırlar yaponlara qarşı.

 

Millətin xəstəlikləri, boyu, ömür həddi kimi, intellekti, yaradıcılıq səviyyəsi, mənəvi keyfiyyətləri də dəyişilə və dəyişdirilə bilir.

Birdəfəlik verilib eyni cür qalan bir şey deyil.

 

Sürpriz yoxdur

 

Osmanlılar, Romanovlar, Pəhləvilər – qonşu ölkələrin bu hakim nəsillərinin indiki gen xələfləri haradadırlar. Dünənki seçilmişlik iddiaları hanı, onların hər birinin xələfləri Qərb ölkələrində yarı-assimilyasiya halındadır. Sülalələr düşdükləri tarixi şəraitə uyğun olaraq dəyişilir, dünənki passionarini itirir, bugünkü sadə vətəndaşlara çevrilirlər. Aristokratlıq – təbiət, yoxsa cəmiyyət hadisəsidir, mübahisəli məsələ olaraq qalır. Millətlər də şəcərələr kimi.

 

Zəiflər güclülərə, güclülər zəiflərə çevrilir. Əbədi dəyişiklikdən başqa heç nə sabit qalmır.

 

Hər millətin yeni nəsli hansı yola doğru getməyi qarşısına məqsəd qoyursa, ora da gedir. Bəzi millətlər bu qaydayla enirlər, bəziləri yüksəlirlər. Yaponiyada son onillərdə gedən sosial-mədəni dəyişikliyi göstərən yaxşı sənədli filmlər dəbdədir. Döyüşkən, kişimərkəzçi, samuray yapon mədəniyyətinin xələflərində son onillərdə İnfantilizm eşqi yaranıb. Yaşından, cinsindən asılı olmayaraq, 11-12 yaşındaymış kimi davranmaq – gözəl, cazibədar olmaq sayılır indi. Bir kult öz yerini başqa bir kulta verib.

Rəvan, tədrici dəyişiklik etnopsixologiyanı A nöqtəsindən götürüb daban-dabana zidd nöqtəyə çatdırır. Bir şey dəqiqdir ki, tədrici dəyişiklik hər gün gedir və idarəolunandır! Dəyişikliyin nəticəsi bizə sürpriz kimi görünsə də, buna gətirən prosesə baxanda heç nəyin sürpriz etmədiyini görürsən.

 

Una nə qatıblarsa, o nəticəni də görüblər. Doğrudan da, bugünümüz keçmişdə elədiklərimizin nəticəsidir, gələcəyimiz də bu gün etdiklərimizin nəticəsi olacaq.

 

Millət – şifoner deyil ki, harda qoyub getdinsə, qayıdıb orda da görəsən. Görəsən ki, budur, küncdə eyni hündürlükdə, eyni endə və eyni rəngdə durub. Uzun sözün qısası, bizim millət “belə”, yaxud “elə” deyil. Dəyişdirsək, hər şey dəyişiləcək.

Previous Post

Nəsillər necə dəyişir?

Next Post

Türkiyədən Yaponiyaya dəstək

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Türkiyədən Yaponiyaya dəstək

Türkiyədən Yaponiyaya dəstək

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.