"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Nərminin paltarları eyni vaxtda iki fərqli qurumda necə ola bilərdi?” – İlkin Süleymanovun məhkəməsi

30 Mart 2023 - 19:17
in CƏMİYYƏT
FacebookVatsap

Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Bunu da oxuyun

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Elchi.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən budəfəki iclasda hadisə yerindən tapılmış paltarlarla bağlı rəy vermiş Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin eksperti Aysel Cavadova dindirilib.

Ekspertin ifadəsində bir sıra ziddiyyətli hallar ortaya çıxıb. Aysel Cavadova istintaqa ifadəsində bildirib ki, yanğın yerindən tapılan materiallar 2020-ci il yanvarın 17-dən fevralın 17-nə qədər tədqiq edilmək üçün onda olub. Səhiyyə Nazirliyinin Ekspertiza Mərkəzinin rəyində isə sözügedən materialların 13 yanvar 2020-ci ildən 21 fevral 2020-ci ildə qədər həmin qurumda olduğu qeyd olunub.

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev şahiddən bu məsələyə aydınlıq gətirməsini istəyib:

“Səhiyyə Nazirliyinin ekspertləri göstərir ki, ayın 13-dən o materiallar onlarda olub, yanvarın 24-nə qədər tədqiqat aparıblar. Fevralın 21-nə qədər rəy hazırlayıblar. Sonra isə prokurorluğa təhvil veriblər. Belə olan halda, həmin materiallar yanvarın 17-də sizdə necə ola bilərdi?”

Ekspert materialların onda olduğunu və onların üzərində tədqiqat apardığını bildirib.

Aysel Cavadovanın ifadəsində mübahisə doğuran başqa bir məsələ üzərində qan ləkəsi olan qırmızı rəngli əski parçasıyla bağlı olub. Vəkillər deyiblər ki, hadisə yerindən belə bir parçanın tapılması haqda sübut yoxdur, sonradan İlkin Süleymanovun evində axtarış zamanı qırmızı yorğan üzlüyü götürülüb.

Aysel Cavadova isə qeyd edib ki, paltarlar arasından tapılan əski parçasıyla İlkin Süleymanovun evindən götürülən yorğan üzlüyü eyni parçadandır.

Vəkillər ekspertə hadisə yerindən tapılmayan materialların ekspertizaya necə gəlib çıxması ilə bağlı sual veriblər. Müdafiəçilər bildiriblər ki, həmin predmetlər hadisə yerində olsaydı, müstəntiq onları görərdi.
Aysel Cavadova isə onlara cavab olaraq “Mən 5 nömrəli kisəni açdım, onun içindən tapdım”, deyib.

Vəkillər isə 5 nömrəli kisənin şəklinin cinayət işində olduğunu, onun içində heç nə olmadığının vurğulayıblar. Müdafiəçilər əlavə ediblər ki, Aysel Cavadova ilə yanaşı, Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzində Zemfira adlı ekspert də həmin bağlamada tədqiqat aparıb, əgər orada əlavə predmetlər olsaydı, o da öz rəyində göstərərdi.

Vəkil Zabil Qəhrəmanov deyib ki, bağlamalar arasından həmin yorğan üzlüyü çıxarılanda məlum olub ki, onun bir hissəsi kəsilib:

“Yandırılmış əski parçasına uyğun ölçüdə kəsilib. Niyə? Bu da düşünməyə əsas verir ki, kəsilib, yandırılıb, sonradan əlavə olunub. O əski parçası əvvəldən var idisə, niyə hadisə yerindən tapılmamışdı? Yorğan üzü götürüləndə onun ölçüsü, forması – hər şey protokollaşdırılmalıdır. Niyə olunmayıb? Maddi sübuta toxunmağa, onu kəsməyə kimin nə ixtiyarı var?”

Qeyd edilib ki, cinayət işinin materiallarında İlkin Süleymanovun azyaşlının başına daşla vurmaqla onu qətlə yetirdiyi, başına isə qan axdığına görə qırmızı əski parçası qoyduğu bildirilib.

Proses aprelin 5-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib. İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb. İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

Previous Post

“Nərminin paltarları eyni vaxtda iki fərqli qurumda necə ola bilərdi?” – İlkin Süleymanovun məhkəməsi

Next Post

“İftar menyuları 85 yox, 200 manatdan başlasın” – Baba Vəziroğlu

Bənzər yazılar

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27

Tiranada tarixçi və Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynovun "Qafqaz Albaniyasının qısa tarixi" adlı kitabının təqdimatı keçirilib. Elchi.az xəbər verir...

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

Next Post
“İftar menyuları 85 yox, 200 manatdan başlasın” – Baba Vəziroğlu

“İftar menyuları 85 yox, 200 manatdan başlasın” - Baba Vəziroğlu

“İftar menyuları 85 yox, 200 manatdan başlasın” – Baba Vəziroğlu

“İftar menyuları 85 yox, 200 manatdan başlasın” - Baba Vəziroğlu

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.