"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Nərmin itkin düşən gün bacısını da oğurlamaq istəyiblər

17 İyun 2022 - 21:45
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı… – Rəsmi

Deputatdan sənədsiz evlərlə bağlı açıqlama

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Elchi.az Trend-ə istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə kənd sakinlərinin və Nərminin nənəsi Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib.

Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18:00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini, nə də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu görüb.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib.

M. İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb:

“Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə, bir müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”.

M. İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:

“Hazırda qızım mənimlə küsülüdür. Mən bu məsələ ilə bağlı telekanallarda danışanda onun qayını Lətifdən şübhələndiyimi dediyim üçün qızım məndən küsüb. Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm. Hadisə baş verən gün Qovlar qəsəbəsində işdə idim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gəlib ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

M. İsmayılovanın iş materiallarında daha bir ifadəsi elan edilib. Şahid həmin ifadəsində isə bildirib ki, hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib.

“Həmin vaxt qorxuya düşən Aynurə mənə zəng edib iş yerinə çağırdı. Mən taksi ilə qızımın iş yerinə getdim. Ora gedəndə yolda Şərif Quliyevi görüb çağırsam da, mənə əhəmiyyət vermədi. Aynurəni iş yerindən götürüb, birlikdə polis şöbəsinə getdik, orada ərinin Aynurə İsmayılovanın başına gətirdiklərini danışdıq. Bir neçə gün sonra yenidən polis şöbəsinə gedəndə Aynurə əri ilə barışdığını bildirdi”, – şahid deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə təqsirləndirilib.

O Nərmin Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə günahlandırılır.

Previous Post

Nərmin itkin düşən gün bacısını da oğurlamaq istəyiblər

Next Post

Putin Ukrayna ilə kifayətlənməyəcək – BAYDEN

Bənzər yazılar

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı… – Rəsmi

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı… – Rəsmi

27 Noyabr 2026 - 14:45

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası...

Deputatdan sənədsiz evlərlə bağlı açıqlama

Deputatdan sənədsiz evlərlə bağlı açıqlama

27 Noyabr 2026 - 14:30

Ölkədə mərhələli əmlak amnistiyasına və sənədsiz evlərlə bağlı bütün qeydiyyat məlumatlarını birləşdirən vahid dövlət proqramına ehtiyac var. Elchi.az xəbər verir...

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

27 Noyabr 2026 - 14:07

Horadiz–Ağbənd dəmir yolu xətti üzrə 8 stansiyanın tikintisi planlaşdırılır. Elchi.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat...

Vilyam Hacıyev azadlığa buraxılıb

Vilyam Hacıyev azadlığa buraxılıb

27 Noyabr 2026 - 14:06

İmişlinin həbsdə olan sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb. Elchi.az xəbər verir ki, bununla bağlı Xəzər rayon məhkəməsi qərar...

Next Post
Putin Ukrayna ilə kifayətlənməyəcək – BAYDEN

Putin Ukrayna ilə kifayətlənməyəcək - BAYDEN

Putin Ukrayna ilə kifayətlənməyəcək – BAYDEN

Putin Ukrayna ilə kifayətlənməyəcək - BAYDEN

Son xəbərlər

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı… – Rəsmi

İki psixiatriya xəstəxanasında həkim çatışmazlığı… – Rəsmi

27 Noyabr 2026 - 14:45
Putin G20 sammitinə gələ bilər – Tramp

Putin G20 sammitinə gələ bilər – Tramp

27 Noyabr 2026 - 14:36
Deputatdan sənədsiz evlərlə bağlı açıqlama

Deputatdan sənədsiz evlərlə bağlı açıqlama

27 Noyabr 2026 - 14:30
Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

Prezident İlham Əliyevə verdiyimiz sözü yerinə yetirdik – Nazir

27 Noyabr 2026 - 14:14
Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

Horadiz-Ağbənd yolunda yeni stansiyalar tikiləcək

27 Noyabr 2026 - 14:07
Vilyam Hacıyev azadlığa buraxılıb

Vilyam Hacıyev azadlığa buraxılıb

27 Noyabr 2026 - 14:06
Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

Aİ sammiti pozulmaq təhlükəsi qarşısındadır

27 Noyabr 2026 - 14:00
Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

Bayramda neçə gün evdə olacayıq? – Tarixlər

27 Noyabr 2026 - 13:52
Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

Azərbaycan ATƏT-ə sədrlik edə bilər – Ceyhun Bayramov

27 Noyabr 2026 - 13:43
İlin sonunda əfv olacaq?

İlin sonunda əfv olacaq?

27 Noyabr 2026 - 13:30
200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

200-ə yaxın azərbaycanlı tələbə Estoniyada təhsil alır

27 Noyabr 2026 - 13:18
Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

Alimentin universiteti bitirənədək ödənilməsi təklif olunur

27 Noyabr 2026 - 13:09
Orban istefasından sonra iş tapıb

Orban istefasından sonra iş tapıb

27 Noyabr 2026 - 13:00
Mətbuat Şurası bəyanat yaydı

Mətbuat Şurası bəyanat yaydı

27 Noyabr 2026 - 12:51
Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

Duman olacaq, külək əsəcək – SABAHIN HAVASI

27 Noyabr 2026 - 12:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.