"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

‘Mənim üçün Avropa Parlamentinin qətnaməsi kağız parçasından artıq deyil’- Prezident

16 Sentyabr 2015 - 08:58
in MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

A A A
“Azərbaycan Parlamentinin dünənki qərarının səbəblərini yəqin ki, siz bilirsiniz. Bir neçə gün əvvəl Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Deyə bilərəm ki, bu qətnamə tamamilə əsassızdır, yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş bir siyasi təxribatdır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zeman ilə Bakıda keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Prezident İlham Əliyev daha sonra bildirib: “Biz bilirik ki, bunun arxasında hansı qüvvələr dayanır. Bu qüvvələr bundan əvvəl dəfələrlə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüblər, bizi şantaj ediblər. Onların yeganə məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant, multikulturalizmin vətəni olan Azərbaycanı ləkələsinlər, gözdən salsınlar və Avropada Azərbaycan haqqında yanlış, tamamilə həqiqətəzidd bir rəy yaratsınlar. Burada əlbəttə ki, erməni lobbisinin rolunu da görürük və hesab edirəm ki, Avropanın müvafiq hüquq-mühafizə orqanları Avropa Parlamentinin bəzi üzvləri ilə erməni lobbiçiləri arasındakı gizli əlaqələri də araşdırsalar, pis olmaz”.

İlham Əliyev qeyd edib ki, Azərbaycana qarşı bu çirkin əməllərdə fəal iştirak edən deputatların bəziləri bu vaxta qədər dəfələrlə qanunsuz olaraq işğal edilmiş, Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa səfərlər ediblər və beləliklə, Azərbaycan qanunlarını kobudcasına pozublar: “Eyni zamanda bir də demək istəyirəm ki, bu gün əfsuslar olsun ki, Avropa məkanında, xüsusilə Avropa Parlamentində antiazərbaycan qruplaşması yaranıb və bu qruplaşma əlindən gələni etməyə çalışır ki, Azərbaycanı gözdən salsın, Azərbaycanın imicini ləkələsin. Bizim üçün, mənim üçün bir Prezident kimi Avropa Parlamenti tərəfindən qəbul edilmiş qətnamə kağız parçasından artıq deyil. Mən buna əhəmiyyət vermirəm və əlbəttə ki, bunu pisləyirəm. Ancaq bu qətnamə bizim iradəmizə heç bir təsir etməyəcək, bizim tutduğumuz mövqeyə heç bir təsir etməyəcək. Azərbaycanı özünə ram etmək istəyən xarici dairələrə də sözüm ondan ibarətdir ki, sizin bütün səyləriniz əbəsdir. Azərbaycanın müstəqil, milli maraqlar üzərində formalaşmış siyasətinə heç bir kənar qüvvə şantaj, böhtan yolu ilə təsir edə bilməz. O ki qaldı Azərbaycan Parlamentinin reaksiyasına, hesab edirəm ki, bu reaksiya gözlənilən idi. Çünki Azərbaycan Parlamenti müstəqil qurum kimi öz rəyini ifadə etdi, deputatların çoxu çıxışlarında öz fikirlərini söylədilər və onların sözündə həqiqətdən başqa heç nə yox idi. Birincisi, kimisə ittiham etməzdən əvvəl sən bir güzgüyə bax. Bu gün bütün dünyanın gözü qarşısında Yaxın Şərqdən Avropaya pənah aparan qaçqınların taleyi göz qabağındadır, bu insanlar xarici müdaxilənin qurbanlarıdır, bu insanların ölkələri dağıdılıb, yerlə yeksan edilib. Bunu kim edib? Xarici qüvvələr bu ölkələri dağıdıb, ölkələrin ərazi bütövlüyünü pozub, yüz minlərlə insanı məhv edib, milyonlarla insan öz yaxınlarını itirib və ondan sonra bu dözülməz şəraitə dözməyən insanlar artıq Avropaya gəlməyə başlayıblar. Və görün bunları Avropada nələr gözləyir? İslamofobiya, irqçilik, ksenofobiya. Budurmu Avropa dəyərləri? Avropa Parlamenti bu məsələlərlə məşğul olsa, daha yaxşı olar”.

Dövlət başçısı deyib ki, bu gün Avropa dəyərlərinin sarsıdılması prosesi gedir: “Avropa həmişə bizim bölgədə mütərəqqi, müasir, tolerant bir məkan kimi bizə görünürdü. Ancaq əfsuslar olsun ki, bu gün biz bunu çox nadir hallarda görürük. Aqressiv, başqa ölkələrin işinə müdaxilə edən, tolerantlığı, demək olar ki, itirən dairələr bu gün əfsuslar olsun ki, Avropa Parlamentində və bəzi digər qurumlarda hökmranlıq edirlər. Ona görə bir də demək istəyirəm ki, Azərbaycan Parlamentinin qərarı tam əsaslıdır. “Avronest”, bildiyiniz kimi, Avropa Parlamenti ilə “Şərq tərəfdaşlığı” ölkələri arasındakı parlament assambleyası kimi bir qurum olaraq nəzərdə tutulmuşdu. Və əgər hansısa bir ölkə ilə bağlı suallar varsa, “Avronest” çərçivəsində bu suallara baxıla bilərdi. Amma “Avronest” faktiki olaraq bir amorf qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Belə olan halda təbii ki, Azərbaycan Parlamenti “Avronest”dəki fəaliyyətini dayandırır. Bu, Azərbaycan Parlamentinin suveren hüququdur, eyni zamanda yəqin ki, siz onu da bilirsiniz ki, Avropa Parlamenti ilə Azərbaycan Parlamenti arasındakı əməkdaşlıq da artıq dayandırılıb. Bax budur bizə qarşı aparılan çirkin kampaniyaların nəticələri. Azərbaycan bizə qarşı atılan hər bir addıma adekvat cavab verir və bundan sonra da verəcək”.

Previous Post

‘Mənim üçün Avropa Parlamentinin qətnaməsi kağız parçasından artıq deyil’- Prezident

Next Post

İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir

Bənzər yazılar

Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43

ABŞ Prezidenti Donald Tramp İrana iqtisadi təzyiqin işə yaradığını bildirərək əlavə edib ki, "İranın nüvə silahı olmayacaq". Elchi.az xəbər verir ki, Fox...

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

İrandan ABŞ-a sərt təhdid: “Qorxu və dəhşətlə gözləyin”

31 Avqust 2026 - 10:13

İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi ABŞ-ın İranın Lark adasına hücumundan sonra qisasla hədələyib. Əzizi...

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

Bakıda, Abşeronda və bölgələrdə küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

30 Avqust 2026 - 19:54

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

BDYPİ leysan yağışları ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib

30 Avqust 2026 - 19:53

Bakı və Abşeron yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində gözlənilən yağışlı və küləkli hava şəraiti ilə əlaqədar Baş Dövlət...

Next Post

İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir

İran Urmiya hövzəsinə Van gölündən su gətirmək niyyətindədir

Son xəbərlər

Azad edilmiş ərazilərdə ötən ay 481 mina, 1621 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

31 Avqust 2026 - 12:28
Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

Üç şüar və bir köhnə refleks: Bakı – Moskva münasibətləri yeni sınaqda

31 Avqust 2026 - 12:20
“Qarabağ” Dani Boltla yollarını ayırdı

“Qarabağ” Dani Boltla yollarını ayırdı

31 Avqust 2026 - 12:12
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın

31 Avqust 2026 - 12:09
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı

31 Avqust 2026 - 11:55
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Prezident İlham Əliyev Qırğızıstana işgüzar səfərə gəlib

31 Avqust 2026 - 11:47
Trampdan Tehrana sərt xəbərdarlıq: “Bir saatdan az vaxta körpülərini dağıda bilərəm”

Tramp: “İran nüvə silahına sahib olmayacaq”

31 Avqust 2026 - 11:43
Bazar günü Bakıya yağış yağacaq – XƏBƏRDARLIQ

Sentyabrda aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq – PROQNOZ

31 Avqust 2026 - 11:31
NİİM valideynlərə müraciət edib

DYP yağışlı havada sürət həddi ilə bağlı müraciət edib

31 Avqust 2026 - 11:23
İlham Əliyev İsveçin Kralına təbrik məktubu ünvanladı

Azərbaycan lideri Trinidad və Tobaqo Prezidentini təbrik edib

31 Avqust 2026 - 11:17
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 794-ə çatıb

31 Avqust 2026 - 11:14
İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

Prezident İlham Əliyev Malayziya Kralını təbrik edib

31 Avqust 2026 - 11:10
Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

31 Avqust 2026 - 11:06
Sumqayıtda sexdə yanğın oldu – VİDEO

FHN: Ötən həftə 751 yanğına çıxış olub, 43 nəfər xilas edilib – VİDEO

31 Avqust 2026 - 11:00
İran ABŞ PUA-sını vurduğunu açıqladı

İran ABŞ PUA-sını vurduğunu açıqladı

31 Avqust 2026 - 10:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.