"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Məmurlarımızın və balalarının bahalı saat sevdası… (FAKTLAR)

27 İyun 2019 - 17:55
in CƏMİYYƏT
FacebookVatsap

Xəbər verildiyi kimi, İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt-sterlinqliq dəyərində saatı oğurlanıb.
Belə ki, 22 yaşlı Azərbaycanlı turist soyğunçuluğa məruz qalıb. Məlumatda bildirilir ki, adadakı sahillərdən birində yaxın dostu ilə gəzintiyə çıxmış həmin gəncin qarşısını kəsən quldur onu döyərək, qolundakı təxminən 2.5 milyon manatlıq olan “Mille 50-03 McLaren F1” markalı saatını əlindən alaraq qaçıb. Azərbaycanlı hadisə ilə bağlı polisə müraciət edib.
Bütün dünya mediası hazırda bu 22 yaşlın 1 milyon funt-sterlinq dəyərində saat taxmasından yazır. 
Bəzi iddialara görə, həmin şəxs Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlidir.  

Bunu da oxuyun

İtmiş şəhərlərin axtarışında

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Qaynarinfo-nun araşdırmasına görə, məmurların və onların ailə üzvlərinin bahalı saatlarla bağlı qalmaqalları indiyədək müxtəlif ölkələrdə dəfələrlə yaşanıb. Məsələn, 2015-ci ilin yayında Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov və keçmiş olimpiya çempionu, fiqurlu konkisürən Tatyana Navkanın Soçi şəhərində çox dəbdəbəli toy məclisi olub. Lakin rusların internetdə diqqətini çəkən nə toyun özü, nə də buradakı qonaqların VİP siyahısı idi. Bütün nəzərlər Peskovun biləyindəki saata zillənib. 
Onun qolundakı 18 karat əyarlı qızıl “Richard Mille” saatının qiymətinin 600 min dollar olması çoxlarını heyrətə salıb. Müxalif siyasətçi Aleksey Navalnı həmin günlərdə öz bloqunda yazıb ki, rəsminin qolundakı saatın qiyməti Peskovun kimi bir dövlət qulluqçusunun məvacibindən qat-qat çoxdur. Sitat: “Prezident sözçüsü öz illik maaşından 4 dəfə baha olan saatı necə ala bilib?”.

Peskov isə özünü belə müdafiə edib ki, bu saat onun arvadından hədiyyədir. Bəs arvadı həmin saata o qədər pulu necə ödəyib? Bu sual cavabsız qalıb. 
Elə həmin il Nigeriya prezident Muhammadu Buharinin xanımı Ayşanın yayılan fotosunda qolundakı 18 karat əyarlı qızıldan “Cartier Baignoire Folle” markalı saat ölkəni bir-birinə vurub. Həmin saatın qiyməti təxminən 50 min dollar kimi qiymətləndirib. 

Özünü “xalqın adamı” kimi təqdim edən prezidentin arvadının belə bahalı saatı necə alması suallar doğurub. Hakimiyyətin dəstəkçiləri isə bunu onun “uğurlu biznes qadını olması və və özünə belə bir saat almağa haqqı çatması” ilə əsaslandırırdılar.
2012-ci ilin yayında Çinin hökumət rəsmilərindən biri Yanq Dasayın Şanxayda avtobus qəzasının baş verdiyi yerdə gülən şəkli peyda olmuşdu. Onun faciə yerində belə “şən sayğısızlığı”ndan qəzəblənən “Sina Weibo” adlı populyar şəbəkənin istifadəçiləri bu məmurun başqa fotolarının axtarışına başladılar. Onlar fotolara baxdıqca Dasayın qolunda bir-birindən bahalı lüks saatlar görürdülər.
Bu saatların qiyməti minlərlə dollara bərabər idi. Çinlilər Dasayın bir o qədər də yüksək olmayan maaşı ilə bu qədər dəbdəbəli saatları necə almasını sual edirdilər. İctimaiyyətin hiddəti o həddə çatdı ki, Dasayla bağlı ciddi korrupsiya ittihamları ortaya çıxdı və həbsxanaya göndərildi… 
2012-ci ildə jurnalistlər Polşanın o vaxtkı Nəqliyyat naziri Slavomir Novakın qolunda bahalı saat görmüşdülər. Məlum olmuşdu ki, nazir dəyəri 17 min zlotı (təqibən 5 min dollar) olan saatı barədə gəlir deklarasiyasında heç nə qeyd etməyib. Yerli qanunlara görə isə polşalı məmurlar qiyməti 10 min zlotıdan baha olan varidatları barədə deklarasiyada məlumat verməlidilər.   

2013-cü ilin sonlarında Polşa prokurorluğu yalan ifadə verdiyinə görə Novaka ittiham elan etmişdi. Məhkəmə keçmiş naziri təqsirli bilsə də, növbəti instansiyada cinayət işinə xitam verilmişdi.
Xarici ölkələrdəki “bahalı saat” qalmaqalları barədə bu qədər. Qayıdaq ölkəmizə… 
Qaynarinfo-nun araşdırması onu da göstərib ki, Azərbaycanlı məmur oğlunun İspaniyada oğurlanan bahalı saatı ilə bağlı qalmaqal bizim vəzifəli şəxslərlə və ya onların ailə üzvləri ilə bağlı ortaya çıxan ilk hay-küylü hadisə deyil. 
Məsələn, ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının ovaxtkı rəhbəri Rüfət Aslanlının internetdə əlçatan bütün rəsmi şəkillərdə ümumi dəyəri milyonlarla dollarla ölçülən bahalı saatlar olduğu ortaya çıxmışdı.
Məsələn, CBS telekanalına müsahibələrinin birində bu məmur kamera qarşısına “Parmigiani Fleurier Kalpa”nın qiyməti 50-150 min dollar arasında dəyişən saatı ilə çıxıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının iclasından çəkilmlş başqa şəkildə Rüfət Aslanlının qolunda “Tourbillon”un 200 min dollar dəyəri olan saatını görmək olar.

Rüfət Aslanlı şəxsi iş kabinetində kamera qarşısında “Patek Philippe Nautilus”un 53 min dollar dəyəri olan daha bir unikal saatını göstərir. 

Rüfət Aslanlının “Vacheron Constantin Perpertual”dan olan başqa bahalı saatının qiyməti isə 88 min dollardır…

2012-ci ildə isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli modelyer Barbaros Şansala bahalı saat bağışladığı ortaya çıxmışdı. Bunu modelyer Türkiyənin “Star” kanalında yayımlanan “Alişan və Sevcan” verilişində özü demişdi.
Həmin verilişə qonaq çağırılan başqa bir türk sənətçisi İden Çelikerin qolundakı bahalı saat aparıcıların diqqətini çəkib. Çelikər isə bildirib ki, saat ona məxsus deyil. O, saatını taxmağı unutduğunu, bu saatı isə səhnə arxasında Barbaros Şansaldan aldığını bildirib. Daha sonra səhnəyə çıxan Barbaros Şansal saat barədə danışıb. O bildirib ki, bu saatı ona Azərbaycanın Xarici İşlər naziri hədiyyə edib.

Xarici İşlər Nazirliyinin o vaxtkı mətbuat katibi Elman Abdullayev isə E.Məmmədyarovun modelyerə bahalı saat hədiyyə etməsi barədə səslənən fikirləri, nə qədər qəribə olsa da, “cəfəngiyyat” adlandırmışdı. Baxmayaraq ki ortada fakt – verilişin videokadrları vardı… 
Azərbaycanla bağlı daha bir maraqlı “bahalı saat” hadisəsinə keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov imza atıb: iddialara görə, vaxtilə ABŞ-da lobbi fəaliyyətini həyata keçirən sabiq nazir oğlu Azərbaycan-Amerika İttifaqı təşkilatının başçısı olaraq, məşhur senator Con Makkeynlə (ötən il dünyasını dəyişib – red.) görüşməli imiş. Dəbdəbəyə həvəsli olan, o cümlədən, çox bahalı saatlara sevgisi ilə məşhur olan A.Məmmədova bu görüşdən əvvəl öz bahalı saatını çıxarmağı və ucuz saat taxmağı məsləhət görürlər. Bunu isə Makkeynin cah-cəlal nümayişinə ikrahı ilə əsaslandırırlar. Üstəlik, həmin şəxs hansısa ölkənin yüksək çinli və adı korrupsiya faktlarında hallanan məmurunun oğludursa… 

Lakin sabiq “nəqliyyat şefi”nin oğlu bu tövsiyəni nəzərə almır. Nəticədə A.Məmmədovun Makkeynlə görüşü çıx qısa çəkir, ən əsası isə, məşhur senator köməkçilərinə ona bir daha randevu verilməməsini tapşırır. 
Yeri gəlmişkən: Bakının mərkəzindəki bəzi butiklərdə dəyəri təxminən 50 min dollar civarında olan və İsveçrənin qızıl-zinət əşyaları istehsal edən şirkətlərinə məxsus saatlar satılır. Həmin saatların alıcılarının kim olduğu üzərində isə yəqin ki, uzun-uzadı baş sındırmağa dəyməz… 

Previous Post

Məmurlarımızın və balalarının bahalı saat sevdası… (FAKTLAR)

Next Post

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Bənzər yazılar

İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53

 Xəzərin suları altında qalan “Şəhri-Gürgan”dan yeni tapıntılar – AZTV-nin eksklüziv reportajı Xəzərin suları altında qalan qədim Şəhri-Gürgan şəhərinin izlərinin araşdırılması...

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40

Biləsuvar və Cəlilabad rayonlarının bəzi ərazilərində sabah elektrik enerjisinin verilişində fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb 110 kV-luq...

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23

2030-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) illik dəyərinin 169,1 milyard manata, o cümlədən qeyri-neft-qaz ÜDM-nin illik dəyərinin 138,6 milyard manata çatacağı proqnozlaşdırılır. Elchi.az...

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58

Konqo Demokratik Respublikasının İturi əyalətinin ən çox zərər çəkmiş rayonlarında Ebola virusunun yayılması yavaşlasa da, epidemiyanın başa çatmasına hələ çox...

Next Post
Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Gürcüstana anasını ziyarətə gedən azərbaycanlı qətlə yetirilib

Son xəbərlər

İtmiş şəhərlərin axtarışında

İtmiş şəhərlərin axtarışında

16 Sentyabr 2026 - 22:53
Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

Ölkəmizdə bu ərazilərdə işıq kəsiləcək

16 Sentyabr 2026 - 22:40
Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31
Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

Azərbaycan mənzil və kommunal təsərrüfatı xərclərini cüzi artırır

16 Sentyabr 2026 - 22:28
Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

Gələn il Azərbaycanın dövlət borcunun 29 milyard manata yaxınlaşacağı gözlənilir

16 Sentyabr 2026 - 22:25
Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

Yaxın 4 ildə Azərbaycanda ÜDM-də qeyri-neft-qaz sektorunun payının 82 % olacağı gözlənilir

16 Sentyabr 2026 - 22:23
Tariximizin qəhrəmanlıq səhifəsi

Tariximizin qəhrəmanlıq səhifəsi

16 Sentyabr 2026 - 21:57
Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

Qum fırtınası Türkiyədə zəncirvari qəzaya səbəb olub

16 Sentyabr 2026 - 21:07
ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

ÜST: Konqoda Ebola epidemiyasının başa çatmasına hələ çox var

16 Sentyabr 2026 - 20:58
Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

Azərbaycanda gələn il üçün inflyasiya proqnozu açıqlanıb

16 Sentyabr 2026 - 20:55
Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

Azərbaycanda gələn il də manatın məzənnəsi sabit qalacaq

16 Sentyabr 2026 - 20:51
Əli Nağıyev Qazaxıstana səfər edib

Əli Nağıyev Qazaxıstana səfər edib

16 Sentyabr 2026 - 20:45
Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

Nepalda torpaq sürüşməsi qurbanlarının sayı 1 403-ə çatıb

16 Sentyabr 2026 - 20:25
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının Sabunçu və Xətai rayonlarının qazla təchizatında qısamüddətli fasilə olacaq

16 Sentyabr 2026 - 19:26
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında birgə saziş bağlanıb

2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinə təqdim edilib

16 Sentyabr 2026 - 19:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.