Myanma Rusiya ilə imzaladıqları müdafiə müqaviləsi çərçivəsində 2 ədəd “Su-30” döyüş təyyarəsi aldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Myanmanın sənaye naziri Çarli Tan Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadiyyatı Forumunda Rusiyanın RİA xəbər agentliyinə açıqlama verib.
Rusiya ilə 2022-ci ildə 6 ədəd Su-30 döyüş təyyarəsi almaq üçün müqavilə imzaladıqlarını bildirən Tan, “Bu çərçivədə 2 təyyarə aldıq”,-deyə bildirib.
Onlar daha sonra qeyd ediblər ki, qalan təyyarələrin nə vaxt alınacağı ilə bağlı onlarda məlumat yoxdur.
Nuranə Məmmədova