Myanma hakimiyyəti fövqəladə vəziyyətin müddətini daha 6 ay uzadıb.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, “Myawady” telekanalının məlumatına görə, fövqəladə vəziyyət rejiminin uzadılması Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasında qəbul edilib.
Fövqəladə vəziyyət əvvəlcə 2021-ci ilin fevralında, hərbçilər Aunq San Suu Kyi hökumətini devirəndə tətbiq edilmişdi. Ölkə Konstitusiyasına görə, fövqəladə vəziyyət bir il müddətinə elan edilə bilər və adətən maksimum iki semestr müddətinə uzadıla bilər.
Bununla belə, bu ilin yanvarında xuntanın rəhbəri Min Aunq Khlainq fövqəladə vəziyyətin müddətini üçüncü dəfə uzadıb. Konstitusiyaya görə, fövqəladə vəziyyətin ləğvindən sonra altı ay ərzində seçkilər keçirilməlidir.
Xatırladaq ki, 2021-ci ildən Myanmada hakimiyyətin ələ keçirilməsindən bəri ölkədə xunta ilə genişmiqyaslı silahlı müqavimət arasında silahlı toqquşmalar baş verir.
Yeganə