"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Müxalifətin diktatorları…

01 Dekabr 2014 - 11:23
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Bəzən adam oturub düşünür ki, bunlar bizdən nə istəyirlər? Bir qəzetə, onun qurucusuna, sahibinə bu axmaq qəzəbin, nifrətin və tələbkarlığın səbəbi nədir? img1636728

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Axı əslində qəzəbli və tələbkar biz olmalıyıq. Bu hakimiyyəti iqtidar edən indiki müxalifət, onun rəhbərləridir. 21 ildir iqtidara gələ bilməyən, hətta müxalifətdə normal qalmağı bacarmayan, narazı elektoratı boşuna ovunduran, aldadan, məğlubiyyətdən-məğlubiyyətə aparan bunlardır. Heydər Əliyevə, İlham Əliyevə uduzan, “mənəvi qələbə”lərilə xalqı özlərindən uzaqlaşdıran da gözəlim müxalifətdir. O zaman niyə bizi söyürsünüz, niyə bizdən az qala bütün məsələlərə görə sorumluluq tələb edirsiniz, hörmətli müxalifət rəhbərləri və onların ətrafındakılar?!

Yuxarıda sadaladıqlarımda  – iqtidarı YAP-a verməkdən tutmuş, hakimiyyətə gələ bilməməkdə – “Yeni Müsavat”ın nə kimi rolu olub və ya var? 25 illik tarixində “Yeni Müsavat” daim müxalifətin yanında olub. 1993-2013-cü illər arasında keçirilmiş bütün növ seçkilərdə “Yeni Müsavat” müxalifətin ən ciddi, etibarlı müttəfiqi rolunu könüllü olaraq öz üzərinə götürüb. Bəzi hallarda müxalifətin yerinə vuruşub rejimlə. Bir sözlə, tam dəstək verib. Hər seçkidən sonra da bunun altını çəkmişik. Bu dəstəyə görə Rauf Arifoğlu iki dəfə türməyə düşüb, illərlə təqib olunub, əməkdaşları fiziki işgəncələrə məruz qalıb, ölkədən gedib (8 əməkdaş), redaksiyasına dəfələrlə basqın edilib, ofisi əlindən alınıb. Ölkənin ən qüdrətli nazirləri tərəfindən məhkəməyə verilib. Cəlal Əliyevlə, Ziya Məmmədovun oğlu ilə məhkəmə çəkişməmiz bu gün də davam edir. Buna baxmayaraq müxalifətə dəstəyi davam etdirir, geri çəkilmir, arxa çevirmir bu düşərgəyə. 
R.Arifoğlu həm də sahibkardı. Qəzet, sayt onun biznesidi. O, öz biznesini təhlükəyə soxaraq bu gün də müxalifətin yanındadır. İstəsə, olmaz, bunun üçün onun əbədi öhdəliyi də yoxdu. İndiyədək müxalifətin içindən çıxmış başqa qəzet redaktorları kimi, o da qapını çırpıb gedər. Getmir, qalır, davam edir. Bu fədakarlığa görə təqdir olunmaq, təşəkkür almaq əvəzinə söyülür, təhqir olunur, cümlə-günahların baiskarı elan edilir. Hazırkı şəraitdə hakimiyyət perspektivi olmayan, iqtidarın ciddi basqısı altında inləyən, heç bir  seçkili orqanda təmsiliyyətinə imkan verilməyən, pulsuz, kasıb, ruhdan düşmüş, yorğun siyasi düşərgəyə hələ də dəstəyini əsirgəməyən bir baş redaktor elə müxalifət tərəfindən hər gün, az qala 7/24 təhqirə, böhtana məruz qalır. Hər addımını təftiş edirlər.
Bu cür naşükür, yaxşılığa yamanlığı həyat tərzinə çevirmiş bir siyasi orqanizm düçar olduğu xəstəlikdən – uğursuzluqdan, perspektivsizlikdən xilas ola bilərmi? Mümkün deyil! Mümkün olmayacaq! Hakimiyyətə gəlmək üçün ağıl, strateji düşünmək bacarığı lazımdır. Boş-boş danışmaqla, facebookda pafos püskürməklə iqtidar olunmaz. Ən işıqlı, vicdanlı adamlara “satqınsan”, ən uğurlu layihəyə “hökumətə işləyir” çamuru atmaqla heç olunmaz. Bizim müxalifət isə özünün ən uğurlu, güclü layihəsini təpikləməklə məşğuldur. Biz hər gün müxalifətdən “yediyimiz” “təpiklərin” izini üstümüzdən silə-silə qəzet çıxarırıq. Bu azmış kimi, onları iqtidarın təpiyindən müdafiə də edirik. 
Tutulan müxalifətçiləri unutmuruq, onların türmədən gələn hər bir xahişini, bəzən isə tələbini anındaca icra edirik. Ailələrinə həssasiyyətimiz də öz yerində. Siyasi məhbusların ailələrinin bir sözü iki ola bilməz “Yeni Müsavat”ın redaksiyasında. Amma bəzən görürsən ki, məşhur bir siyasi məhbusun yaxın dostu, onun hüquqlarını müdafiə komitəsinin sədri haqqımızda elə şeylər yazır, söyləyir, adam söz tapmır özünə təsəlli verməyə. Fikirləşirsən ki, axı son ilyarımda bu adamın bizdən etdiyi bütün xahişləri yüksək səviyyədə, anındaca yerinə yetirmişik. Belə deməyə, yazmağa əsası, haqqı yoxdur. Amma edir, yazır, pislik püskürür üstümüzə hər fürsətdə… Bu, artıq adı elmə məlum olmayan xəstəlik növüdür. Məncə, psixoterapevtlər bu istiqamətdə ciddi araşdırmalar aparsalar, yəqin, yeni kəşflərə imza ata bilərlər…
***
Heydər Əliyevi hakimiyyətə gətirənlər, az qala yalvarıb Bakıya çağırıb kreslosunu ona təqdim edənlər, bir debil polkovnikin qorxusundan qadın paltarı geyib Bakıdan qaçanlar, illərlə ortalıqda görünməyənlər, sonra da gəlib 10 il parlamentdə deputat qismində təmsil olunanlar bu gün Rauf Arifoğlunu hakimiyyətə işləməkdə suçlayır. Xalq, ölkə və tarix qarşısında cinayətə bərabər əmələ imza atanlar bu işin fakturasını bir qəzet redaktorunun üstünə yükləmək istəyirlər. Müqavimət göstərəndə də daha betər həyasızlıqla üzləşirik.
***
Əli Kərimlini hardasa başa düşürük. Adam ruh xəstəsidir. Manyakdı. Normal əxlaqa, tərbiyəyə sahib olsaydı, zombilərinə bizim yaşlı valideynlərimizi söydürməzdi. Bu azmış kimi son günlər redaksiyaya zəng vurdurub bizi təhqir etdirir. Halbuki, iqtidar bunun özünü, ailə üzvlərini televiziyaların efirindən təhqirlərə məruz qoyanda, cinsi azlıqları Əli Kərimlinin müdafiəçiləri kimi cəmiyyətə təqdim edəndə AXCP sədrini müdafiə etmişik. Bunun yolverilməz olduğu haqda müdafiə məqalələri, köşələr yazmışıq. Həmçinin rəhbərlik və nəzarət etdiyi qəzetin rəhbərlərinin məişət pozğunluğunun ört-basdır edilməsi üçün bizdən dəstək istəyəndə əsirgəməmişik. 
Amma Ə.Kərimlinin bu manyaklığının arxasında duran hiyləgər və abdal plan da var. O, müxalifətin iqtidarı olmaq istəyir – nə qədər gülməli səslənsə də, yeganə olaraq belədir. Amma bu məqsədinə varmaq üçün qarşısında “Yeni Müsavat”ı və Rauf Arifoğlunu maneə görür. Düşünür ki, qəzet və onun rəhbəri olmasa, Müsavatı, köhnə və yeni başqanını sözün siyasi mənasında yeyib bitirər, sıradan çıxarıb müxalifətdəki iqtidarını bərqərar edər. Bu ssenarinin ardı da var: Əli Kərimli düşünür ki, müxalifətin şəriksiz lideri olduqdan sonra hakimiyyət onunla danışıqlara getmək, masa arxasında əyləşmək məcburiyyətində qalar. Bu ağılsızca planını həyata keçirmək üçün də bizə qarşı savaş açıb. “Yeni Müsavat”ı, R.Arifoğlunu facebookda qurduğu söyüşcül və əxlaqsız şəbəkə vasitəsilə ictimai qınaq hədəfinə çevirmək, insanların beyninə Rauf bəyin iqtidara satıldığını yeritmək, bununla onu və “Yeni Müsavat”ı müxalifətçi yarlığından məhrum etmək, İsa Qəmbərin, Müsavatın hakimiyyətə satılmış qəzetin ümidinə qaldığı rəyi yaratmaq, axırda da öz qəzetini, onun rəhbərliyini “Yeni Müsavat”ın və R.Arifoğlunun ictimai rəydəki boşalan yerinə gətirməklə həyatının layihəsini yekunlaşdırmağı hədəfləyir.
Bu işdə ona bəzən müəyyən müsavatçılar da dəstək verir. Kərimli cəbhəsindən bizə tərəf atəş açan bir sıra partiyadaşımızın bu hərəkətlərini üzülərək seyr etməkdəyik. Dərd burasındadır ki, Ə.Kərimlinin bu məkrli planına ara-sıra partiya rəhbərliyində təmsil olunanlar da qoşulur – bilərəkdən, amma istəməyərək. Özləri ilə psixoloji müharibə apara-apara bir də görürsən ki, kürəyimizə dost bıçağı sapladılar. Anlamırlar ki, “Yeni Müsavat” kənara çəkilsə Ə.Kərimli və onun “apaçiləri” ilə üz-üzə qalacaqlar. Və bu döyüşdə son qələbə kimin olacaq, zatən məlum…
***
Bu günün müxalifəti sabahın iqtidarıdı – adətən belə deyirlər. Amma bu ölkənin sabahının necə olacağı sual altındadır. Çünki bir məmləkətin sabahını aydınladacağını iddia edənlərin özlərinin ruhu qaranlıq içində itib-batır. Onları iqtidardan fərqləndirəcək keyfiyyətlər sürətlə yoxa çıxır. Hakimiyyət perspektivi azaldıqca demokratlıqları da nəhəng dağ arxasında batmaqda olan Günəş kimi saralıb-solur. Diktatora çevrilir müxalifət rəhbərləri. Müxalifətin diktatorlarının əhatəsində və əlində qalmışıq. Təkcə biz yox – cəmiyyətin və müxalifət düşərgəsinin bütün ağlı başında olan, abırlı kəsimi bu dərddədir.  
***
Şair Əli Kərimin məşhur şeiri var: “Sən mənim qədrimi biləsən deyə, bu cavan yaşımda ölümmü indi…”
Hətta, iraq olsun, bu yolda özümüzü öldürsək də, bəzi müxalifətçilər, QHT-çilər deyəcək ki, iqtidara işləmək üçün özlərini öldürdülər. Vəziyyət bu qədər gülməli və ağlamalıdı…
Yazar :
Previous Post

Müxalifətin diktatorları…

Next Post

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

Son xəbərlər

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

Livan Prezidenti Türkiyədə rəsmi səfərdədir

30 İyul 2026 - 20:15
İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

İran Bolqarıstanı ABŞ hərbi aviasiyasının yerləşdirilməsindən imtina etməyə çağırıb

30 İyul 2026 - 20:12
Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

Sabah Bakının üç ərazisində qaz təchizatında fasilə yaranacaq

30 İyul 2026 - 20:08
Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

Türkiyədə SOCAR-ın strateji layihələri və enerji təhlükəsizliyi məsələləri müzakirə edilib

30 İyul 2026 - 20:05
Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

Sülh Şurası: Razılaşma icra edildikdən sonra HƏMAS Qəzzada inzibati rol oynamayacaq

30 İyul 2026 - 20:01
Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

30 İyul 2026 - 19:57
Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Qolf Klubun açılışında iştirak edib

30 İyul 2026 - 19:33
Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

Beynəlxalq axtarışda olan şəxs Ukraynadan Azərbaycana ekstradisiya olunur

30 İyul 2026 - 19:30
Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

Sumqayıtda və Yasamalda oğurluq edən şəxslər saxlanıldı

30 İyul 2026 - 19:27
Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

Ərdoğan: Cozef Aunla İsrailin Livana hücumlarını müzakirə etdik

30 İyul 2026 - 19:25
İran Küveytdəki ABŞ bazasına hücum edib

İran Küveytdəki ABŞ bazasına hücum edib

30 İyul 2026 - 19:20
“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

“Zirə” – “Payde” matçının start heyətləri açıqlandı

30 İyul 2026 - 19:15
Mingəçevirdə 12 yaşlı qızın bədəninə armatur batdı

Mingəçevirdə 12 yaşlı qızın bədəninə armatur batdı

30 İyul 2026 - 19:12
Polşada Zelenskini öldürməyə çağırış edən şəxs saxlanılıb

Polşada Zelenskini öldürməyə çağırış edən şəxs saxlanılıb

30 İyul 2026 - 19:08
50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

50 milyon manat məbləğində ipoteka istiqrazları yerləşdirilib

30 İyul 2026 - 19:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.