Azərbaycan faktiki olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesini demək olar ki, tam başa çatdırıb. Elchi.az News.am-a istinadən bildirir ki, bunu oktyabrın 27-də Ermənistan Milli Assambleyasında ənənəvi brifinqlər zamanı müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Tiqran Abramyan deyib.
Üstəlik, onun sözlərinə görə, mövcud vəziyyət gələcəkdə Ermənistan üçün yeni problemlər yaradacaq. “Azərbaycan Ermənistan ərazisinin elə ərazilərinə girib və elə ərazilərdə möhkəmlənib ki, bir neçə onilliklər ərzində öz əsas problemini praktiki olaraq həll edib”, – deyə müxalifətçi bildirib.
Sevilay Həzi