"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

‘Müxalifət iğtişaşlara ciddi hazırlıq görür’ – araşdırmaçı jurnalist iddialarında israr edir

06 Sentyabr 2016 - 12:09
in XƏBƏR LENTİ
FacebookVatsap

'Müxalifət iğtişaşlara ciddi hazırlıq görür' -  araşdırmaçı jurnalist iddialarında israr edir

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Eynulla Fətullayev: “Bunu edən də Əli Kərimli və onun tərəfdarlarıdır…”

Sentyabrın 1-də haqqın.az və virtualaz.org saytlarında araşdırmaçı jurnalist Eynulla Fətullayevin imzası ilə “Üç səfirlik Bakıda sabitliyi pozmağa hazırlaşır” məqalə dərc edilib. Məqalə ciddi iddiaların müşayiəti ilə ölkəmizdəki Böyük Britaniya, Amerika və Fransa səfirlikləri barədə bir neçə ciddi iddianı özündə əks etdirir. Yazı müəllifi son günlər adı çəkilən səfirliklərdə müxalifət liderləri və ictimai fəallarla görüşlərin baş tutduğunu, bunun iğtişaşa hazırlıqla bağlı olduğunu iddia edib.
E.Fətullayev musavat.com-a müsahibəsində sözügedən iddialarla bağlı yeni nüanslar açıqlayıb.
-Yazınızda bildirmisiz ki, Azərbaycanda iğtişaş təhlükəsi var. Nədən qaynaqlanır bu fikriniz? 
 – Belə bir təhlükə var və həmişə olub. Xüsusilə son illərdə buna cəhdlər ediblər. Xüsusən də 2013-cü ildə məşhur Milyarderlər İttifaqının yaradılması, Rüstəm İbrahimbəyovun yer aldığı ssenari və eyni zamanda NİDA Hərəkatının – əslində bu, yarıməxfi bir təşkilatdır – fəaliyyəti sayəsində, Ukraynadan, Maydandan öncə ilk cəhd Azərbaycanda olmuşdu. Amma hökumətin gördüyü tədbirlər nəticəsində bunun qarşısı o zaman alındı. Ona görə də təbii ki, cəhdlər var, olacaq. Hazırkı hökumətin beynəlxalq və regional siyasəti əlbəttə ki, bir çox siyasi mərkəzləri qane etmir. Zaman-zaman Azərbaycan hökumətinin həmin siyasi mərkəzlərlə maraqları toqquşandan sonra əlbəttə ki, cəhdlər olunub ki, daxili situasiya dəyişsin. Məncə referenduma edilən dəyişikliklər – əslində bu, Azərbaycanda siyasi varislik konsepsiyasının gerçəkləşməsi və möhkəmlənməsinə yönələn addımdır; eyni zamanda, bu konsepsiya gələcəkdə status kvonun  pozulmasına yönələn cəhdlərin qarşısını almaq üçün həyata keçirilən bir mexanizmdir –  o ssenari müəlliflərini narahat edir. Diqqət edin, söhbət avqustun ortalarından başlayaq, Azərbaycan müxalifətinin bəzi dairələrini canlandırmaq və meydanlara çıxarmaq təşəbbüslərindən gedir. Burda həm də maliyyə dəstəyi məsələsi var. Maliyyə resursu siyasi fəaliyyətin əsas şərtidir. Məndə olan məlumata görə, müxalifətin bəzi QHT-lər vasitəsilə maliyyələşdirilməsi məsələsi də olubdur.
-Məlumatınız varmı , söhbət hansı məbləğdə maliyyə vəsaitindən gedir?  Çünki yazınızda bu barədə heç bir məlumat yox idi… 
-Konkret məbləğdən danışmaq tezdir. Hələlik maliyyələşmə mexanizmi müzakirə olunur. Amma bir sual da var: uzun illərdir bu müxalifət liderləri heç yerdə işləmirlər, iş yerləri yoxdur, maliyyə sistemləri şəffaf deyil. Haradan maliyyələşdikləri maraqlıdır. Sual oluna bilər ki, məsələn, Əli Kərimli dəbdəbəli həyat tərzi sürür. Övladı Londondan Vaşinqtona, Vaşinqtondan Londona gedir, cangüdənlər, bahalı maşınlar, siyasi partiya… Bunların hamısı hardan maliyyələşir, bu insanlar necə yaşayır? Biz bir ay işləməsək, bu, bizim gündəlik həyatımızda öz əksini göstərir. Amma bu insanlar uzun müddətdir ki, işləmirlər, siyasi mübarizə ilə məşğul olsalar da, həyat tərzlərində mənfiyə doğru heç bir dəyişiklik baş verməyib. Onların kənardan, xarici ölkələr vasitəsi ilə maliyyələşməsi onsuz da var idi. Əvvəllər  sxem belə olub ki, bu maliyyələşmə Azərbaycanda fəaliyyət göstərən fondlar, QHT-lər vasitəsilə aparılırdı…
-Sizin iddianıza görə, bu maliyyələşmə bir missiyanın qarşılığında edilir? O zaman bu missiya niyə uğurla nəticələnməyib, niyə dediyiniz heç bir şey baş verməyib? 
-Mən bir dəfə hesablamışdım. Azərbaycana 10 ildə ayrılan pul Ukraynaya ayrılandan 10 dəfə çox olub. 100 milyon dollardan gedirdi söhbət. Ukraynada bu pulları neylədilər? Ukraynada bir sistem yarandı. Bu maliyyə resursları səmərəli şəkildə istifadə olunması üçün demokratik institutlara yönəldildi. Əlbəttə ki, ən azı, 10 ildə iki inqilab oldu.
-Bəs bizdə? Deyirsiz ki, böyük pullar ayrıldı. Nəyə sərf olundu? 
-Bizdə isə ictimai sektorda, vətəndaş cəmiyyəti institutunda baş verən yeyintilər heç də korrupsiyaya bulaşmış dövlət orqanlarından az deyil, miqyasına görə. Biz də neçə illərdir, vətəndaş cəmiyyəti institutunun üzvləri ilə ünsiyyətdəyik. Mən bu günə qədər görməmişəm ki, Ukraynada vətəndaş cəmiyyəti institutunun rəhbəri bahalı, dəbdəbəli, 60-70 min dollarlıq “CİP” markalı maşında gəzsin. Bizdə siz QHT rəhbərlərinə baxın. Məsələn, Emin Hüseynov. Onun ağ rəngli, böyük bir CİP maşını vardı. Mən bir dəfə ona bu sualı ünvanladım ki, səndə bu maşın hardandır? Anar Məmmədli də həmçinin… Hardandır bunlarda bu pul ki, belə lüks içində gəzirlər? Qəzet redaktorunda ola bilər. Onlar bizneslə məşğuldur. Amma bu QHT rəhbərləri biznesmen deyillər axı. Onlara bu pullar konkret məqsədlər üçün verilmişdi… Doğrudur, bu cür iddiaları da hamıya şamil etmək olmaz – bu sektorda da vicdanlı, saf insanlar var. Amma əsasən bu pullar dağıdılıb, ünvanına çatmayıb.
-Faktlarla konkretləşdirə bilərsiz? Məsələn, hansı partiya hansı QHT vasitəsilə maliyyələşdirilib? 
 
-AXCP-nin yanında Demokratiya İnkişaf Fondu vardı. O fond vasitəsilə milyonlarla dollar qrantlar alınmışdı. O qrantlar vasitəsilə bu partiya maliyyələşirdi. Hər bir müxalifət partiyası yanında bir neçə QHT saxlayır. Məsələn, hər zaman şərti olaraq deyirdilər ki, bu, AXCP-yə yaxın QHT-lərdir, o biri Müsavata yaxın QHT-lərdir və sair. Qərb, xüsusi ilə Amerika hər bir ölkə ilə dialoqda demokratiyanı tərəfdaşlığın əsas şərtlərindən biri hesab edir və bütün ölkələrdə vətəndaş cəmiyyətini maliyyələşdirir. Əfsuslar olsun ki, bir çox ölkələrdə vətəndaş cəmiyyətinin maliyyələşməsi adı ilə müxalifət də maliyyələşir. Çünki birbaşa müxalifəti maliyyələşdirsə, ölkənin daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilər…
-Bəs, iddia etdiyiniz son görüşlər zamanı hansı maliyyədən və direktivlərdən söhbət gedib? 
– Azərbaycan hökuməti o mexanizmi dağıtdı. Bir çoxları cinayət məsuliyyətinə cəlb olundu. Və həqiqətən də orda yeyintilər var idi – bu, faktdır. Məsələn, Natiq Cəfərlinin, Azər Qasımlının hesablarına pullar daxil olub, son vaxtlarda. Özü də bu, Bakı şəhərində yox, digər məkanlarda çıxarılıb. Mən hələlik bunun detallarına varmaq istəmirəm. Xaricdən maliyyələşmə olub. Onlar o hesabları Azərbaycandan kənarda, başqa şəhərlərdə açıblar. Sonradan o pullar Azərbaycana daşınıb.
-Natiq Cəfərlinin həbsi ilə bu dedikləriniz arasında bir əlaqə varmı? 
-Ola bilər ki, həbsin arxasında bu, dayanır. Bunu istisna etmirəm. Eləcə də AXCP və digər siyasi qüvvələrdə də bu tendensiya var. Hesab açırlar, sonra bu hesaba xaricdən maliyyə daxil olur. Biz 2013-cü ildə Əli Kərimlinin hesabları ilə bağlı bir yazı dərc etmişdik. Orda onun hesablarına daxil olan vəsaitlər qeyd olunmuşdu. O zaman Əli Kərimli bununla bağlı heç bir izahat vermədi. Ona görə də düşünürəm ki, indi artıq QHT-lər vasitəsilə bu, mümkün deyil. Odur ki, partiyanın ayrı-ayrı funksionerlərinin  adına hesablar açılır, Azərbaycandan qonşuluqda olan ölkələrdə. Onlar o pulları nəğdləşdirib, nəğd şəkildə daşıyırlar. Türkiyədə də bu, olmuşdu. Orda Fətullahçılara yaxın şəxslər Bakıya pullar gətirmişdi. Demirəm ki, o şəxslər Gülənin siyasi təşkilatına üzvdürlər; amma onlara yaxındılar. Yaxşı, bəs necə olur ki, uzun müddət idi ki, səfirliklər müxalifətlə məsafə saxlayırdı, görüşmürdü…
-Niyə ki? Səfirliklərin bütün tədbirlərində müxalifət nümayəndələrini görmək mümkündür. 
-Tədbirlərdə iştirak edə bilərlər. Amma siz fikir verin, bu görüşlər necə intensivləşdi. Bu, nə zaman oldu? O zaman ki, Əli Kərimli və digərləri öz tərəfdarlarını səfərbər etmək, hökuməti devirməklə hədələyir.  Bunlar açıq-aşkar öz çıxışlarında xalqa müraciət edirlər ki, monarxiya devrilməli və respublika qurulmalıdır. Bu, anti konstitusion çağırışdır. Bu, ölkədə mövcud konstitusion əsasların dağıdılmasına yönələn ekstremist çağırışlardır. Avqustda bu görüşlər intensivləşib. Bilirəm ki, 11 sentyabrda və referendum ərəfəsində Azərbaycanda toqquşmalar, çaxnaşmalar hazırlanır.
-Sizdəki məlumata görə, bu, hansı formada olacaq? 
-Plan insanların maksimal şəkildə şəhərin mərkəzinə toplaşmasını təmin etməkdir. Və sonradan siyasi situasiyanın gərginləşməsidir.
-Yazınızda da, indi də yetərincə ciddi iddialar səsləndirirsiz. Amma biz də soruşaq, səfirliklərdəki bu görüşlərin saatı, dəqiqəsinə qədər dəqiq yazmanız çoxlarında şübhə oyatdı. Bu məlumatların xüsusi xidmət orqanları tərəfindən sizə ötürülməsi iddiasını səsləndirdilər…. 
– Bu şəxslər axı, səfirliyə məxfi şəkildə getməyiblər. Məgər onlar zamanında Emin Hüseynovun etdiyi kimi, sifətlərini qrimləyib giriblər? Halbuki Emin Hüseynov o vaxt, o vəziyyətdə səfirliyə girəndə də mətbuat bundan xəbər tutmuşdu. Amma  bu insanlar səfirliklərə açıq şəkildə gedir, orada qeydiyyatdan keçir, görüşlərini keçirib, sonra açıq şəkildə oranı tərk edirlər.  Bunu hamı görür axı…
-Onda belə çıxır ki, sizin hər bir səfirliyin qarşısında monitorinq keçirən əməkdaşlarınız var. Saatına, dəqiqəsinə qədər görüşlərin zamanını yazdığınıza görə təbii ki… 
 
– Səfirliklərdə də çox adam çalışır. Peşəkar jurnalistin  hər yerdə mənbəyi olmalıdır. Yenə də təkrar edirəm: 10 gündə bu qədər intensivlikdə görüşlər diqqət çəkir. Axı, heç zaman bu cür intensivlikdə görüşlər olmamışdı. Ona görə  də bu məlumatı əldə etmək çətin deyil.
-Amerika səfirliyinin bu iddianıza cavab olaraq bizim qəzetə yolladığı mətni xatırlayırsız yəqin ki. Cavabda qeyd olunmuşdu ki, “diplomatik fəaliyyət göstərdiyi zaman ABŞ-ın Azərbaycandakı Səfirliyinin əməkdaşları müntəzəm olaraq hökumət nümayəndələri və digər şəxslər ilə görüşlər keçirir. Ölkədə olaylar cərəyan edən hər bir zaman siyasi, sosial və iqtisadi vəziyyəti daha yaxşı başa düşməyə çalışdığımız üçün sözügedən görüşlərin sayının artması normaldır”.
-Burda bir sual yarana bilər. 2 il öncə Nyu Yorkda, Çikaqoda Amerikada “Occupy Wall Street” hərəkatı geniş yayılmışdı. Hətta bir neçə konqresmen həmin aksiyalarda iştirak edib, həbs olunmuşdu. Zənn edin ki, bizim Amerikadakı səfirimiz Emin Süleymanov bu insanlarla görüşür. Ordunun açdığı atəş nəticəsində həlak olan insanlarla, birbaşa polis dəyənəyi görmüş, silahdan yaralanan insanlarla görüşür… Amerika hökumətinin buna reaksiyasının normal olacağını düşünmürəm.
-Hiss edirsiz ki, fakt olmadığı üçün dediklərinizin də inandırıcılıq gücü azdır? Məsələn, görüş ola bilər və tərəflər də bunu inkar etmir. Ən azı, səfirliklərdən birindən gələn cavabda bu, təkzib olunmur. Amma görüşdə məhz dediyiniz məsələlərin müzakirəsi, orda bu məqsədin qoyulması ilə bağlı əlinizdə fakt yoxdur. 
 
-Referendum qabağı situasiyanın müzakirəsi və müxalifətin maliyyələşməsi… Bunlar müzakirə olunub.
-Sübutunuz varmı? Hər halda görüşlər ölkədəki sosial-siyasi, iqtisadi vəziyyətlə bağlı da ola bilər. 
-Bilirsiz, biz məhkəmədə deyilik. Mən məlumatı əldə edib, dərc etdim. Kimsə inana bilər, kimsə yox. Biz açıq cəmiyyətdə yaşayırıq, məlumatı əldə etmək və onu paylaşmaq hüququmuzdan istifadə edirik.
-Sizcə iğtişaş ehtimalı realdır? 
-Realdır və müxalifətdə buna ciddi hazırlıq gedir. Görəcəksiz. Bu iğtişaşlara cəhdlər olacaq. Bunu hazırlayan da Əli Kərimli və onun tərəfdarlarıdır. Çünki onlar üçün bu, sonuncu şansdır. Anlayırlar ki, bu referendumdan sonra status kvonu və ölkədəki siyasi situasiyanı dəyişmək mümkün olmayacaq.
Previous Post

‘Müxalifət iğtişaşlara ciddi hazırlıq görür’ – araşdırmaçı jurnalist iddialarında israr edir

Next Post

Deputat baş həkimə etiraz etdi: `Bu, doğru addım deyil`

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Deputat baş həkimə etiraz etdi: `Bu, doğru addım deyil`

Deputat baş həkimə etiraz etdi: `Bu, doğru addım deyil`

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.