Müsavat Partiyasının qurultayı başlayır!

🗓 27.09.2014 10:21 ✍️ "Elçi" qəzeti
Qeydiyyat başlanıb, yüzdən artıq qurultay üzvü artıq qeydiyyatdan keçibimg1642819
Bu gün- sentyabrın 27-də Müsavat Partiyası VIII Qurultayını keçirəcək. Musavat.com-un əməkdaşının verdiyi xəbərə görə, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində keçiriləcək qurultaya artıq qeydiyyat başlanıb. 587 qurultay üzvündən yüzdən artığı artıq qeydiyyatdan keçib.
Qurultay saat 11.00-da başlanacaq. Bu qurultayın bir özəlliyi ondadır ki, partiya yeni başqanını seçəcək. Başqanlığa isə dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur.

Bənzər yazılar