"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Müsavat başqanı Arif Hacılının ilk müsahibəsi

29 Sentyabr 2014 - 13:21
in GÜNDƏM
FacebookVatsap

img1641306Müsavat Partiyasının başqanı: “AXCP-dən olan tərəfdarlarımın və əleyhdarlarımın sayı barədə məlumata malik deyiləm”

Bunu da oxuyun

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Bakıda NATO-nun təlim kursu keçirilir

Müsavat Partiyasının 8-ci qurultayında ən ciddi hadisə, sözsüz ki, partiyanın başında 22 ildir dayanan İsa Qəmbərin öz postundan getməsi və aparıcı müxalifət partiyasının başına yeni şəxsin gəlməsi oldu. Yeni başqan Arif Hacılı bu statusda ilk müsahibəsini “Yeni Müsavat”a verdi və seçkinin nəticələri, partiyanın qarşısında duran vəzifələrlə bağlı suallarımızı cavablandırdı.

– Arif bəy, Müsavat Partiyasının başqanı olaraq ötən 1 gün ərzindəki təəssüratlarınız, keçirdiyiniz hisslər və müşahidələriniz necədir?   

– Təbii ki, mən bunu özüm üçün siyasi uğur hesab edirəm. Ancaq bu seçkidə qələbə hər hansı möhtəşəm siyasi uğur kimi dəyərləndirilməməlidir. Çünki seçkilərdə opponentlərim də Müsavat Partiyasının kifayət qədər tanınmış üzvləri idi və düşünürəm ki, əgər qələbə çalmasaydım belə, bu, Müsavat Partiyası və Azərbaycan cəmiyyəti üçün böyük itki olmayacaqdı. Əsas keçirdiyim hiss məsuliyyət hissidir. Heç şübhəsiz ki, Müsavat Partiyasına görə, Azərbaycan demokratik düşərgəsinin bundan sonrakı fəaliyyətinə görə mənim üzərimə düşən məsuliyyət xeyli artdı.

– Qələbə qazanmasaydınız, bunu özünüzçün necə, itki sayacaqdınız? 

– Təbii ki, istənilən siyasi prosesdə hər  kəs qələbə çalmağı arzulayır. Ancaq  seçkilərin nəticələri başqa cür olsaydı, bunu böyük siyasi uğursuzluq, faciə kimi qəbul etməzdim.

– Əsas alternativiniz olan Qubad İbadoğlunun qurultay nümayəndələrinin az qala yarıbayarı səsini qazanması sizi narahat etdimi? Sizcə, bu, nəyin məntiqi nəticəsi idi, Arif Hacılının partiya daxilindəki nüfuzu, iş əmsalı ilə bağlıdır, yoxsa deyildiyi kimi, yeni sima görmək istəyənlərin sayının artması ilə əlaqədardır?

– Bu, normal haldır. Ümumiyyətlə, əgər seçkilər tam demokratik keçirilirsə, əsas rəqiblərin tərəfdarlarının sayı təxminən bir-birilərinə yaxın olmalıdır. Məsələn, ABŞ-da keçirilən seçkilərdə adətən, belə nəticələr alınır. Yaxın dövrlərdə Ukraynada keçirilən seçkilərdə buna bənzər nəticə oldu. Əbülfəz Elçibəy demokratik seçkilərdə faiz etibarilə təxminən indi mənim topladığım səslər qədər səs toplamışdı. Adətən demokratik olmayan cəmiyyətlərdə, təşkilatlarda seçkilər keçirilərkən namizədlər arasında çox böyük bir fərq olur.

“Hakimiyyət müxalifətlə normal siyasi münasibətlərin qurulmasını istəsə, müxalifətə yönəlik siyasətini dəyişdirsə, müxalifət tərəfindən bu məsələdə hər hansı bir problem yaradılmayacaq”

– Nəticələr elan olunandan sonra İsa bəy sizi – iddialıları səhnəyə dəvət etdi və əl-ələ verdiniz, mehribanlıqla görüşüb-ayrıldınız. Bundan əlavə, keçmiş namizədlər arasında bizim müşahidə etmədiyimiz narazılıq, narahatlıq varmı? 

– Açığı, biz əvvəlcədən Qubad bəylə və Tural bəylə razılaşdırmışdıq ki, seçkilərin nəticələrinin nə cür olmasından asılı olmayaraq səhnəyə çıxacağıq və birlikdə olmağımız barədə həm Müsavat Partiyasının qurultay nümayəndələrinə, Müsavat Partiyasının bütün üzvlərinə və Azərbaycan cəmiyyətinə mesaj verəcəyik. Bu, çox uğurlu oldu. Bundan sonra da birgə fəaliyyət göstərmək imkanlarımız kifayət qədər yüksəkdir. Bu imkanlardan maksimum istifadə etməyə çalışacağıq.

– Seçkiöncəsi görüşdə yeni başqanın komandasında digər iddialıların yer alması mövzusu da müzakirə edilmişdimi? 

– Bu kimi məsələləri müzakirə etməmişik. Amma mən bütün məsələləri müzakirə etməyə hazıram.

– Siz özünüz necə, komandanızda digər iddialıların təmsilçiliyini istərdinizmi?

– Bu, əsasən onların istəyindən asılı olacaq və bu məsələləri biz hamılıqla Müsavat Partiyasının rəhbərliyində İsa Qəmbərin də iştirakı ilə müzakirə etdikdən sonra qərar verəcəyik. Mən həmişə demişəm, bir daha təkrar edirəm ki, Müsavat Partiyasında kadr seçimində əsas üç kriteriya nəzərə alınacaq: 1. hər hansı vəzifəyə təyin olunan adamın bacarığı; 2. bu işi öz üzərinə götürməyə həvəsi; 3. həmin işi icra etməyə vaxtı olmalıdır. Bu kriteriyalara cavab verən Müsavat Partiyası üzvləri seçki kampaniyasında, digər məsələlərdə Müsavatın ayrı-ayrı liderlərinə qarşı münasibətdə hansı mövqeni tutmalarından asılı olmayaraq, Müsavat Partiyasında yüksək görəv daşıya biləcəklər.

– Mərkəzi İcra Aparatının rəhbəri postunda kimi görürsünüz? 

– Müzakirələr gedir və nəticəsi mətbuata açıqlanacaq.

– Müsavat başqanı olaraq hansı partiyalardan təbrik alıbsınız? 

– Məncə, bu suala cavab vermək hələ tezdir. Çünki gün yeni başlayıb və təbriklərlə bağlı suala yəqin ki, bir neçə gün ərzində cavab vermək daha düz olar.

– Son aylara qədər Müsavatın yaxın müttəfiqi olan AXCP-dən sizin başqan olmağınızı istəyənlərin mövqelərini müşahidə etdik. Belə olan təqdirdə bu iki partiya arasında müttəfiqlik münasibətləri necə qurulacaq?

– Mən AXCP-dən olan tərəfdarlarımın və əleyhdarlarımın sayı barədə məlumata malik deyiləm. Dünən və bu gün AXCP-dən bir çox tanınmış adamlar bizi uğurlu qurultaya, keçirdiyimiz demokratik seçkilərə görə təbrik ediblər. Mən AXCP ilə müttəfiqlik münasibətlərinin tərəfdarıyam. Bu günə kimi bizim müttəfiqlik münasibətlərimizin olmamasının günahkarı Müsavat deyil. İndiki şəraitdə AXCP ilə müttəfiqlik münasibətlərinin qurulmasına bir daha cəhd etmək niyyətindəyəm.

– Qubad İbadoğlunu müdafiə edən bəzi müsavatçıların seçkinin gedişatı ilə bağlı bəzi iradları, saxtakarlıqlarla bağlı sosial şəbəkələrdə fikirləri ilə rastlaşırıq…

– Ola bilər ki, hansısa qüsurlar olub, amma mən ciddi iradlarla rastlaşmamışam…

– Rəsul Quliyev Müsavat qurultayı və sizin başqan seçilməyinizə çox kəskin reaksiya verib, ittihamlar irəli sürüb. Bu barədə nə deyə bilərsiniz? 

– Rəsul Quliyevin açıqlaması ilə tanış deyiləm və bəlkə də uzun illərdir ki, onun açıqlamalarına reaksiya vermirəm. Odur ki, onun açıqlamalarına şərh vermək niyyətim yoxdur.

– Bəs, YAP funksioneri Siyavuş Novruzovun reaksiyasını necə qarşıladınız? Müsavatı dərnək adlandırıb…

– Müsavat ölkənin ən nüfuzlu partiyasıdır. Son proseslər bunu bir daha təsdiq etdi.

– Qurultayda İsa Qəmbərin 2018-ci il prezident seçkilərində Müsavatın namizədi olaraq irəli sürülməsi fərqli reaksiyalar doğurub. Hesab olunur ki, prezident seçkilərinə uzun müddət qaldığı bir dönəmdə bu barədə qərar vermək tələskənlikdir. Siz bu qərarı necə əsaslandırırsınız? 

– Mən hələ qurultaydan əvvəlki müsahibələrimdə bu suala cavab vermişəm. Hesab edirəm ki, indiki siyasi şəraitdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyində keçiriləcək seçkilərdə Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər olmalıdır. Çünki İsa Qəmbər öz siyasi təcrübəsinə, seçicilərdən səs almaq imkanlarına, siyasi qüvvələrin daha geniş spektrini birləşdirmək imkanlarına görə digər siyasətçilərdən üstün vəziyyətdədir.

– Bu günün əsas suallarından biri də odur ki, Müsavatın Arif Hacılı dönəmində əsas diqqət yetirəcəyi istiqamət nələr olacaq? Bu müddətdə yeni xətt, yeni baxışlar sisteminin bərqərar olması gözləniləndirmi, yoxsa ənənəvi siyasi fəaliyyətə üstünlük veriləcək?

– Müsavat Partiyası 103 il bundan əvvəl yaradılmış bir partiyadır. Müsavat Partiyasının konkret ideoloji-siyasi xətti var. Partiyanın hamımızın əməl etdiyimiz təməl prinsipləri var. Müsavat Partiyası məhz bu ideoloji-siyasi xətt əsasında fəaliyyət göstərəcək. Ancaq biz daim yeni siyasi texnologiyalar tətbiq etmişik, çox güclü seçki kampaniyaları, kütləvi aksiyalar keçirməyə nail olmuşuq. Partiya quruculuğu sahəsində bir sıra yeniliklər tətbiq etmişik. Yəqin ki, bundan sonra da yeni siyasi texnologiyaların tətbiq edilməsi ilə partiyanın resurslarının artırılmasına çalışacağıq.

– Başqan olaraq, yəqin, sizin də fikriniz nəzərə alınacaq, eks-başqan İsa Qəmbərin hansı statusda fəaliyyət göstərməsini istərdiniz?

– İsa bəy Müsavat Partiyasından 2018-ci ildə keçiriləcək prezident seçkilərinə namizəddir. Eyni zamanda Müsavat Partiyasının bəzi rəhbər şəxslərinin daxil olduğu Düşüncə Mərkəzinin sədridir. Hesab edirəm ki, İsa bəy öz şəxsi keyfiyyətləri vasitəsilə də həm Müsavat Partiyası daxilində, həm də bütövlükdə demokratik düşərgədə öz təsir imkanlarını saxlayacaq.

– İsa Qəmbərin partiyada olduğu şəraitdə, obrazlı yanaşsaq, onun “kölgəsi”ndə qalmağınız sizi narahat etməyəcək ki?

– Mən 25 ildir ki, İsa bəylə birlikdə fəaliyyət göstərirəm. Bu, mənə heç vaxt maneçilik yaratmayıb. Hesab edirəm ki, əksinə, İsa bəylə birlikdə olmağım mənim siyasi fəaliyyətimi daha da asanlaşdırılır.

– İqtidarla münasibətləri necə qurmağı düşünürsünüz?

– Biz Azərbaycanın ümummilli məsələlərində bütün qüvvələrlə əməkdaşlıq etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik, bu mövqeyimizdə hər hansı bir dəyişiklik baş verməyib.

– Bu yaxınlarda YAP-dan bildirilmişdi ki, əgər yeni başqan dialoq istəyəcəksə, qarşı tərəfdən problem olmayacaq. Siz iqtidar-müxalifət münasibətlərindəki buzun əriməsi üçün nə təklif edirsiniz?

– Təəssüf ki, Azərbaycan hakimiyyəti tərəfindən irəli sürülən dialoq təklifləri bir çox hallarda deklorativ xarakter daşıyır. Mən Müsavat Partiyasının yeni başqanı olaraq  bəyan edirəm ki, Müsavat Azərbaycanın ümummilli məsələlərində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi qüvvələrlə əməkdaşlığa və bu məsələləri bütün siyasi qüvvələrlə müzakirə etməyə hazırdır.

– Hakimiyyətdən gələn bir mövqe də müxalifətin iqtidarı legitim saymaması ilə bağlıdır. Hesab olunur ki, qarşılıqlı təmasların olmamasının əsas səbəbi budur. Sizin dönəminizdə iqtidara baxışda dəyişiklik ola bilərmi ki, ənənəvi münasibətlər sistemindən kənara çıxılsın?

– Ənənəvi münasibətlər sisteminin yaranmasında müxalifət günahkar deyil. Azərbaycanda fəaliyyət göstərən əsas aparıcı müxalifət partiyaları daim ölkə Konstitusiyası, qanunlarına, Siyasi partiyalar haqqında qanuna uyğun olaraq fəaliyyət göstərir.

Bu baxımdan ölkədə radikal müxalifət yox, radikal hakimiyyət mövcuddur. Azərbaycan hakimiyyəti müxalifəti ölkənin ümumi siyasi sisteminin tərkibində görmək istəmir və bütövlükdə müxalifəti siyasi sistemdən sıxışdırıb çıxartmaq xətti götürüb. Odur ki, bu məsələdə seçim iqtidarın tərəfindədir. Hakimiyyət müxalifətlə normal siyasi münasibətlərin qurulmasını istəsə, müxalifətə yönəlik siyasətini dəyişdirsə, müxalifət tərəfindən bu məsələdə hər hansı bir problem yaradılmayacaq.

– Yeni başqanın kabineti harda olacaq?

– Bu, texniki məsələdir. Məncə, bu məsələ mətbuatda müzakirə olunmağa layiq deyil…

Previous Post

Müsavat başqanı Arif Hacılının ilk müsahibəsi

Next Post

Meksikada 3 futbolçu güllələndi

Bənzər yazılar

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər

09 Oktyabr 2026 - 15:16

Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

Prezident MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub

09 Oktyabr 2026 - 13:34

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edən digər dövlət və hökumət başçıları...

Bakıda NATO-nun təlim kursu keçirilir

Bakıda NATO-nun təlim kursu keçirilir

09 Oktyabr 2026 - 12:13

Bakıda Azərbaycan və NATO arasında “Sülh Naminə Tərəfdaşlıq Proqramı” çərçivəsində “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü” təliminin 3-cü görüşü və 1-ci...

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq – Paşinyan

08 Oktyabr 2026 - 15:53

Əgər Azərbaycan əsgəri atəş açmasaydı, biz onu həmin gün geri qaytarardıq. Elchi.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol...

Next Post

Meksikada 3 futbolçu güllələndi

Meksikada 3 futbolçu güllələndi

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.