"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Mürvət Həsənli: “Aslan İsmayılov vəkil yox, facebook yazarıdır”

16 Oktyabr 2017 - 12:22
in CƏMİYYƏT
FacebookVatsap
“Əli hər yerdən üzülən Aslan İsmayılov indi də Azərbaycan Daxili İşlər naziri cənab Ramil Usubovdan mədəd umur. Onun bir neçə gün əvvəl öz məşhur facebook səhifəsində qələmə aldığı müraciəti bu cür düşünməyə əsas verir”.

Ovqat.com xəbər verir ki, bu sözləri tanınmış iş adamı Mürvət Həsənli əməkdaşımızla söhbətində deyib.

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Mürvət Həsənlinin fikrincə, Aslan İsmayılov bir sıra hüquqi əsası olmayan bəhanələrlə Azərbaycanın dövlət imicinə kölgə salmaq istəyir: “Onun yazdıqlarından belə anlaşılır ki, Azərbaycanda nə Ədliyyə Nazirliyi, nə prokurorluq orqanları, nə də Daxili İşlər Nazirliyi öz fünksiyalarını yerinə yetirir. Bu qurumların hamısı sövdələşib onun haqq işinə zərbə vurmaqla məşğuldurlar. Halbuki, bu adam ermənidən aldığı pulların gətirdiyi iştah qabardıcı duyğularını bir kənara atıb hüquqşünas kimi məsələyə yanaşsa, niyə məhkəməyə buraxılmadığını anlaya bilər”.

İş adamı iddia edir ki, bu yaxınlarda mətbu orqanlarda yayılan xəbərlərə görə, Aslan İsmayılov Hafiz Hacıyevə qarşı qaldırdığı iddianın məhkəmə prosesində hakimlə dalaşmış və bu səbəbdən haqqında cinayət işi açılmışdı: “Baxmayaraq ki, o, özünün trubinasına çevirdiyi facebook səhifəsində yazdığı statusunda həmin iddianı təkzib etmiş, barəsində “qara piar” aparıldığını bildirmişdi. Lakin Aslan İsmayılovun bu hadisədən sonra başqa birinin istintaq prosesində nümayəndə kimi iştirakına izn verilməməsi mətbuatda işıq üzü görən xəbərləri doğrulayır. Axı, özünün barəsində cinayət işi olan bir adamın başqasının nümayəndəsi kimi çıxış etməsi həm hüquqi, həm də etik baxımdan düz deyil. Görünür, Binəqədi Polis İdarəsinin istintaq şöbəsini rəisi Həsrət Aslanovun onu şahidin dindirilməsinə buraxmaması da bundan qaynaqlanır. Aslan İsmayılovun məsələni siyasiləşdirməsinə ehtiyac yoxdur”.

İş adamı tanınmış hüquqşünası haqqında cinayət işi açılmasını etiraf etməyə çağırıb: “Bəs, siz deyirdiniz ki, elə bir hadisə olmayıb. Səmimi olun, niyə istintaq prosesinə, bir şahidin dindirilməsinə buraxılmadığınızın əsl səbəbini açıqlayın”.

Azərbaycanı Avropa hüquq sistemi səviyyəsində görməyi arzulayan Aslan İsmayılovu Qərb ölkələrindəki təcrübələrə baxmağa dəvət edən iş adamı opponentinə vəkil deyil, nümayəndə olduğunu və nümayəndələrin məhkəmə-istintaq prosesində fəaliyyətinin məhdudlaşdırılmasının məhz Avropa İttifaqı tərəfindən tövsiyyə edildiyini xatırlatdı: “Bildiyimiz kimi, 2012-ci ilin may ayında Avropa Birliyi ilə birgə AŞ-nın İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda Azərbaycanda vəkilliyin vəziyyəti ələ alınmışdı. Həmin hesabatda deyilirdi: “Azərbaycanda mülki işlərdə nümayəndəlik istənilən şəxs tərəfindən həyata keçirilə bilər. Bu hal Avropa standartlarına cavab versə də, hüquqi yardımın daha səmərəli şəkildə göstərilməsi üçün ekspertlər təklif edirlər ki, mülki işlərdə nümayəndəliyin daha çox vəkillərin inhisarına verilməsi məsələsinə baxılmalıdır. Özgə vaxt özünü Sorosun tələbəsi, Avropa standartlarında demokratik şəxs sayan Aslan bəyə mənim erməni şirkəti olan “Emre Piliç”lə mübahisəmin də mülki məsələ olduğunu xatırlatmaq istəyirəm. Azərbaycan hüquq mühafizə orqanları bu tövsiyyəni nəzərə alırsa, onların adamı kimi özünü aparan Aslan İsmayılov sevinmək əvəzinə, niyə kimlərəsə məktub yazmağa zaman sərf edir?”

Azərbaycan siyasi iradəsinin Avropa Birliyinin sözügedən tövsiyyələrini nəzərə alıb son zamanlar nümayəndəlik institutunu məhdudlaşdırmağa başlamasını təqdirlə qarşılayan Mürvət Həsənli bunun səbəbini Aslan İsmayılov kimi şəxslərin onlara verilmiş səlahiyyətdən sui-istifadə etməsiylə əsaslandırdı: “Nümayəndələrin vəkillərdən fərqli olaraq, müvəkkilləri və istintaq prosesi qarşısında heç bir məsuliyyətləri yoxdur. Onlar da bundan istifadə edərək, həm müvəkkillərini aldadır, həm də müxtəlif sosial media vasitəsilə məhkəməyə təsir göstərirlər. Hüququn aliliyini, hakimlərin tərəfsizliyini qorumaq üçün nümayəndələrin məsuliyyətsiz fəaliyyəti mütləq məhdudlaşdırılmalıydı və bu istiqamətdə ardıcıl işlər aparılır. Bir müddətdən sonra Aslan İsmayılov kimi sosial şəbəkə vasitəsilə hakimlərə təzyiq göstərən hüquqşünaslar ümumiyyətlə bu fəaliyyətdən uzaqlaşdırılacaqlar”.

Öz fecebook səhifəsində Aslan İsmayılovun Avropa Şurasının hüququn aliliyinin təmin edilməsi tövsiyyələrini yerinə yetirən Azərbaycan hakimiyyətinin bu addımlarını pislədiyini də xatırladan iş adamı opponentinə müəyyən tövsiyyələrdə də bulundu: “Siz, ən yaxşısı, elə facebook yazıçılığı ilə məşğul olun. Sizin təxayülünüzün sərhədlərinə ən yaxşı yaraşan da elə facebook yazarlığıdır, vəkillik deyil”.

Aslan İsmayılovun bütün əqli qabiliyyətini ermənilərin müdafiəsinə sərf etdiyini deyən Mürvət Həsənov vəkilin, deyəsən, həqiqətən də Azərbaycan xalqının ağılsız olduğuna inandığını və bundan istifadə edib hər kəsi aşağılamaq istədiyini bildirdi: “Aslan İsmayılov təkcə bu ermənipərəst mövqeyinə görə Azərbaycan xalqı və hüquq qarşısında cavab verməlidir.

Qeyd edək ki, vəkil bir neçə gün əvvəl facebook səhifəsində bu məzmunda status paylaşmışdı:

“Hakimiyyət onu tənqid edənlərin hamısına ermənilərə işləyir deyir. Mən də soruşuram, axı deyirsiniz Ermənistan acından ölür, biz isə analoqu olmayan inkişafdayıq!? İndi mənə cavab verin, necə olur ki, onlar sizdən güclü oldular? Deməli sizdən ağıllı və bacarıqlıdırlar.

P.S. Avropaya kürü, torba ilə pul daşımaqla tərəfdar toplamağın sonu da belə olmalı idi.”

Görünür, iş adamını da qəzəbləndirən həmin status olub.

Elchi.az

Previous Post

Mürvət Həsənli: “Aslan İsmayılov vəkil yox, facebook yazarıdır”

Next Post

Yol polisi sürücülərə müraciət etdi – “Ehtiyatlı olun!”

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Elchi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti...

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29

Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib. Elchi.az xəbər verir ki, bu barədə “Sea...

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bakı...

Next Post

Yol polisi sürücülərə müraciət etdi - “Ehtiyatlı olun!”

Yol polisi sürücülərə müraciət etdi - “Ehtiyatlı olun!”

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.