"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

10 İyul 2026 - 11:23
in İQTİSADİYYAT
FacebookVatsap

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.

Bunu da oxuyun

Azərbaycanın xarici dövlət borcu 8% azaldı

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.

Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

– düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

– hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

– coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Previous Post

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

Next Post

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Bənzər yazılar

Azərbaycanın xarici dövlət borcu 8% azaldı

Azərbaycanın xarici dövlət borcu 8% azaldı

10 İyul 2026 - 14:13

2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına bərabər olub. Elchi.az xəbər verir ki, bu barədə...

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

10 İyul 2026 - 12:28

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb. Elchi.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Qanun...

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

10 İyul 2026 - 12:16

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək. Elchi.az xəbər verir ki, 14 vaqon propan və 5 vaqon gübrə...

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur, tanınma nişanı olacaq

10 İyul 2026 - 11:20

Avtonom nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər qoyulur. Elchi.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə...

Next Post
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

10 İyul 2026 - 14:22
Azərbaycanın xarici dövlət borcu 8% azaldı

Azərbaycanın xarici dövlət borcu 8% azaldı

10 İyul 2026 - 14:13
ABŞ Ukraynaya yardımın nəticələrindən narahatdır

ABŞ Ukraynaya yardımın nəticələrindən narahatdır

10 İyul 2026 - 14:00
Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

Bakcell və Gənclər Fondu təqaüd proqramının qalibləri ilə görüşdü

10 İyul 2026 - 13:47
FHN: Taxıl zəmilərində bunlar qadağandır – Video

FHN: Taxıl zəmilərində bunlar qadağandır – Video

10 İyul 2026 - 13:30
Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı müraciət edib

10 İyul 2026 - 13:14
Putinin reytinqi aşağı düşüb – SORĞU

Putinin reytinqi aşağı düşüb – SORĞU

10 İyul 2026 - 13:00
Süni intellekt üçün internet Bakcelldən

Süni intellekt üçün internet Bakcelldən

10 İyul 2026 - 12:45
“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

“Toxumçuluq haqqında” yeni qanun layihəsi hazırlanıb, Reyestr yaradılacaq

10 İyul 2026 - 12:28
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək

10 İyul 2026 - 12:16
Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

Zelenski Trampın Ukrayna ordusuna münasibətini açıqladı

10 İyul 2026 - 12:09
Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

Çində daşqından zərər çəkmiş fermadan təxminən 900 ilan qaçdı

10 İyul 2026 - 11:57
İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

İspaniyada baş verən meşə yanğınında 11 nəfər həlak olub

10 İyul 2026 - 11:51
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub

FHN “İçərişəhər” qoruğunda təlim keçirəcək

10 İyul 2026 - 11:42
Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

Qumar oyunlarının virtual formada təşkili ilə bağlı cəzalar sərtləşdirilir

10 İyul 2026 - 11:29
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.