"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Müharibə ehtimalı böyük olaraq qalır”-Qüdrət Həsənquliyev

07 Fevral 2026 - 16:09
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:

Bunu da oxuyun

Putindən Yaponiyaya sərt irad

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

-Qüdrət bəy, gözləntilərin əksinə olaraq, Ukrayna ilə Rusiya arasında yenə də razılıq əldə olunmadı. Səbəb nədir?

-Tərəflər müharibədən yorulsalar da, hər iki tərəf müharibənin özü üçün daha əlverişli şərtlərlə yekunlaşmasını istəyir. Həm də tərəflər tam tükənməyib və müəyyən ümidlərlə müharibəni bir müddət də davam etdirmək fikrindədirlər. Putin Trampa və Çinə, Avropa İttifaqındakı agentlərinə, Ukrayna isə Avropa İttifaqındakı vicdanlı insanlara güvənir. Amma insan və hərbi ehtiyatlar tükəndikcə, müharibəni davam etdirmək imkanları azalacaq və Ukraynanın güzəştləri hesabına sülhə nail olmaq daha asan olacaq. Ukrayna və Avropadakı müttəfiqləri müharibədə daha zəif tərəf olduğundan, sonda Ukrayna böyük güzəştlərə məcbur ediləcək. Avropa İttifaqında Avropa xalqlarını, dövlətlərini birləşdirib arxasınca apara biləcək cəsarətli və güclü lider olmadığından Ukrayna ərazi itkisi ilə barışmalı olacaq. Amma hər şey Allahın əlindədir. Bu gün pronozlaşdırılması çətin olan geosiyasi möcüzə də baş verə bilər.

-İran ABŞ danışıqları da uğurlu olmadı. ABŞ İrana hücum edəcəkmi?

-Rusiya prezidentinin ünvanına komplimentlər deməklə Ukraynada müharibəyə son qoymaq istəyən Tramp başa düşür ki, ABŞ-nin qlobal güc imici dağılıb. Venesuela prezidentinin yerli hakimiyyətin dəstəyi ilə oğurlanması da ABŞ-yə münasibətdə beynəlxalq ictimai fikri dəyişə bilmədi. İrana qarşı geniş hərbi əməliyyatlardan isə Tramp çəkinir. Tramp İrandakı etirazçılara müraciət edib deyəndə ki, “dövlət orqanlarını tutun gəlirəm”, görünür inanırmış ki, o gedib çıxana qədər İranda inqilab baş verəcək. İndi tökülən qanda onun da məsuliyyəti var. Artıq tökülən qana görə kimsənin məsuliyyət məsələsi və İranda islahatlar müzakirə mövzusu deyil. Hazırda nüvənin zənginləşdirilməsi və raket proqramının məhdudlaşdırılması müzakirə olunur. Tramp İranın bu istiqamətdə müəyyən güzəştlərə getməsi ilə məsələni qapatmaq istəyir. Düşünür ki, bu yolla İsraili və yaxın ərafındakı yəhudi lobbisini də sakitləşdirə, bunu xalqına böyük qələbə kimi təqdim edə bilər. İran isə ABŞ-nin tərəddüdlərini görür və geri çəkilmək fikri yoxdur. İrandakı hakimiyyətə də görünür müharibə lazımdır ki, problemləri həll edə bilmədiklərini müharibə ilə əlaqələndirsinlər. Çünki böyük islahatlara getmədən, imtiyazlardan imtina etmədən, korrupsiyaya qarşı effektli mübarizə aparmadan, dövlət idarəetməsini təkmilləşdirmədən iqtisadiyyatı dirçəltmək mümükün deyil.

-Bəlkə ABŞ Rusiyanın Ukraynadakı düşdüyü vəziyyəti görüb müharibədən çəkinir?

-Ukraynada xalq orduya və Prezidentə ciddi dəstək verir. Mənfi 16 dərəcə şaxtada işıqsız, istiliksiz qalsa da, yenə də hökuməti müdafiə edir, öz müstəqilliyi uğrunda vuruşur. İranda isə xalq, xüsusilə son qətliamdan sonra, kənardan kömək gözləyir. Xalqla hakimiyyətin birliyi yoxdur. Xalq dəyişiklik istəyir. Ona görə ABŞ və İsrailin güclü hücumları olacaqsa İrandakı rejimin ciddi müqavimət imkanları olmayacaq. Ola bilsin Çin və Rusiya Trampa “təmkinli” olmağı tövsiyə edir. Trampın tərəddüdlərinə rəğmən müharibə ehtimalı olduqca böyük olaraq qalır. Tramp başa düşür ki, aralıq seçkilərində qalib gəlməsi və daxildə gündəmi dəyişmək üçün ona qələbə lazımdır.

Previous Post

Avtomatik qaralama

Next Post

“Barselona” Superliqa layihəsindən ayrıldı

Bənzər yazılar

Putindən Yaponiyaya sərt irad

Putindən Yaponiyaya sərt irad

12 Avqust 2026 - 14:00

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, İkinci Dünya Müharibəsindən sonrakı reallığı əks etdirən beynəlxalq sənədlərdə Kuril adalarının Rusiya ərazisi kimi...

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

Tramp: Danışıqlar məsələsində İrana etibar etmirəm

12 Avqust 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp danışıqlar məsələsində İrana etibar etmədiyini bildirərək dedi: "Mən İrana etibar edən sonuncu şəxsəm. Onlar mənə daim...

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

“Mən heç vaxt heç nədən qorxmamışam” – Putin

11 Avqust 2026 - 15:00

Rusiya prezidenti Vladimir Putin Novosibirskdə işgüzar səfəri zamanı heç vaxt heç nədən qorxmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə...

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

Tehran Kiyevi hədələdi: “Ziyan ödənilməsə, qisas alınacaq”

10 Avqust 2026 - 16:44

Əgər Ukrayna İrana dəyən ziyanı ödəməsə, Tehran Ukrayna Silahlı Qüvvələrinin Xəzər dənizində İran ticarət gəmisinə hücumuna görə Kiyevdən qisas alacaq....

Next Post
“Barselona” Superliqa layihəsindən ayrıldı

“Barselona" Superliqa layihəsindən ayrıldı

Paytaxt və rayonlarda silah-sursat ələ keçirildi

Paytaxt və rayonlarda silah-sursat ələ keçirildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.