Bir yaşlı körpədə xoşxassəli şiş aşkarlanıb
Bir yaşlı qızında xoşxassəli şiş aşkarlanan müğənni ötən gün yenə səhnəyə çıxıb.
ANS PRESS-in məlumatına görə, Türkiyənin ən sevilən müğənnilərindən biri olan, Azərbaycanda da böyük heyran kütləsinə sahib olan Demet Akalın konsertdən sonra qızı haqqında açıqlama verib.
O, “İnstagram” səhifəsində yazdıqlarının gerçək olduğunu bir daha təsdiqləyib. Müğənni 1 yaşlı Hirada şiş aşkarlandığını deyib. D.Akalın qızının müalicəsinin artıq başlandığını da qeyd edib.
Xatırladaq ki, ifaçı bir necə gün öncə qızının bir yaşını qeyd edib. Hiranın fotolarını yaymaması isə izləyiçiləri arasında birmənalı qarşılanmayıb. Bəziləri onu ailəsi ilə reklamda ittiham edib. Müğənni isə ittihamlara sərt cavab verib.
“Mən gündəmdə olan insanam. reklama ehtiyacım yoxdur. Hira yei doğulanda bir neçə ay fotolarını paylaşdıq. Sonra onda xoş xassəli şiş aşkarlandı. Biz də bunun nəzərlə əlaqəli olduğunu düşündük və fotoları yığışdırdıq. Pis ittihamlarınızı övladımın üzərindən çəkin!”.
ANS PRESS