Misirin keçmiş prezidenti Hüsnü Mübarək barəsində başlanan məhkəmə prosesinin bu gün başa çatacağı gözlənilir. Teleqraf.com itar-tass.com-a istinadən xəbər
verir ki, 2011-ci ilin yanvar ayında keçirilən nümayişdə etirazçıların öldürülməsində şübhəli bilinən Mübarəkin məhkəmə prosesi sentyabrda başa çatmalı olduğu halda, bütün sənədlərin prosesdə dinlənilməməsi səbəbi ilə təxirə salınıb. “Əsrin prosesi” adını almış məhkəmə iclasında Mübarəkin işi üzrə müzakirə olunan sənəd 160 min səhifədən ibarətdir. Ölkə qanunlarına görə, hökm bütün prosessual məqamlar başa çatanadək elan edilə bilməz. Qeyd edək ki, 2012-ci ilin iyununda məhkəmənin çıxardığı ölüm hökmü ilə bağlı qərara etiraz olaraq 2013-cü ilin aprelində Mübarək apellyasiya şikayəti verib və eks prezidentin şikayəti təmin olunub.
Xəzərlə bağlı bu davam edərsə, nəticələr fəlakətli ola bilər
Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir ki, davam edir. Təəssüf ki,...



















Son şərhlər