“Müasir dövrdə layihələrindən asılı olmayaraq bütün binalar etibarlıdır. Son on ildə Fövqəlaə Hallar Nazirliyi yarandıqdan sonra yaxşı mənada sərt qaydalar tətbiq olunub. Bu vaxta kimi olan dövrdə isə, yəni müstəqilliyimizi əldə etdikdən sonrakı ilk beş on ildəki tikililərdə sərt qaydaların olmaması və əsas nəzarətçi bir qurumun olmaması müstəvisində necə gəldi inşaat işlər aparılırdı”. Bu sözləri Elchi.az-a açıqlamasında
Türkdilli Ölkələrin Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,
Roma şəhərinin Fəxri alimi,
memar Cahid Həsənov deyib.
O, həmçinin əlavə edib:”İndiki dövrdə tikilən binanın hər mərtəbəsinə baxış olur və standartlara cavab verirsə növbəti mərtəbələrin davamına icazə verilir. Belə proseslər aparılır deyə heç bir MTK bu standartlardan qaça bilmir”.
Havar Şəfiyeva