"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Müəllimlərin maaşı artırıla bilər

07 Noyabr 2014 - 09:13
in CƏMİYYƏT, İQTİSADİYYAT
FacebookVatsap

Milli Məclisdə növbəti ilin büdcə müzakirələri davam edir; Vahid Əhmədov: “2015-ci il dövlət büdcəsi əsasən img1655363sosial yönümlüdür”

Bunu da oxuyun

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Noyabrın 5-də 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri Milli Məclisin 6 komitəsi – elm və təhsil, hüquq siyasəti və dövlət quruculuğu, regional məsələlər, mədəniyyət, insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında davam etdirilib.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, 2015-ci ilin dövlət və icmal büdcələrinin layihəsi prezident İlham Əliyevin daim diqqətində olan və dövlətimizin başçısının prioritet hədəf kimi müəyyən etdiyi vəzifələrin uğurla və ardıcıl surətdə həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, respublikamızın hərtərəfli təhlükəsizliyi üçün maliyyə təminatı yaradır. İqtisadi və sosial islahatlar, qeyri-neft sektorunun inkişafı, eyni zamanda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrə dəstək verilməsi ənənəvi olaraq gələn ilin büdcəsinin prioritetləri sırasındadır. Bunların təmin olunması üçün lazım olan maliyyə təminatı 2015-ci il dövlət büdcəsində nəzərə alınıb.
Nazir bildirib ki, dövlət büdcəsi xərclərində sosialyönümlü xərclərin ümumi çəkisi 27,6 faiz olmaqla, 1,1 faiz artıb. Sosialyönümlü xərclərin məbləği 5 milyard 826 milyon manat təşkil edəcək.
Qeyd edilib ki, elm xərclərinə növbəti ilin dövlət büdcəsindən 143 milyon manat vəsait ayrılacaq. Azərbaycanda gələn il dövlət büdcəsi xərclərinin 8,1 faizi təhsil sahəsinə yönəldiləcək.
Təqaüdlər və sosial müavinətlərin ödənilməsi üçün 1 milyard 845 milyon manat vəsait ayrılıb. Bu, cari illə müqayisədə 1,4 faiz çoxdur.
Növbəti ildə sosial ipoteka üçün 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Elm, təhsil, səhiyyə, mədəniyyət, idman sosial müdafiə və sosial təminat sahələri üzrə proqram və məqsədli tədbirlərin maliyyələşdirilməsi üçün növbəti ilin dövlət büdcəsində 805 milyon manat vəsait nəzərdə tutulub. 2014-2018-ci illəri əhatə edən regionların, 2014-2016-cı illəri əhatə edən Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində zəruri sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsinə dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən iri həcmdə vəsait ayrılacaq. Dövlət əsaslı vəsait qoyuluşu investisiya proqramları xərclərinə 6 milyard 930 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Nazir onu da vurğuladı ki, 2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 ABŞ dolları ilə hesablanıb. 2015-ci ilin dövlət büdcəsində müdafiə xərcləri 1 mlrd. 778,5 mln. manat proqnozlaşdırılıb. 2014-cü ilin proqnozunda müdafiə xərcləri 1 mlrd. 637,4 mln. manat təşkil etmişdi.
2015-ci ilin dövlət büdcəsində sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bu da 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 faiz çoxdur.
“Yeni Müsavat”a açıqlamasında, növbəti ilin dövlət büdcəsi haqqında fikirlərini səsləndirən MM-in İqtisadi siyasət komitəsinin  üzvü Vahid Əhmədov bildirdi ki, 2015-ci ilin büdcəsində xərcləri və gəlirləri ilə bağlı hər hansı problem yoxdur: “Təxminən 19 milyard gəlir, 21 milyarda yaxın da xərc nəzərdə tutulub. Neftin qiyməti dövlət büdcəsində 90 dollar nəzərdə tutulub. Bu məsələ daha çox müzakirəyə səbəb olub. Çünki dünya bazarında neftin ucuzlaşma prosesi gedir. Ancaq düşünürəm ki, neftin ucuzlaşması Azərbaycanda neftdən gələn gəlirlərə təsir etməyəcək”.
Vahid Əhmədov onu da bildirdi ki, büdcə əsasən sosial yönümlüdür: “Büdcənin 32%-i investisiya layihələrinə, 21%-i sosial sahə üçün nəzərdə tutulub. Bir sıra məsələlər var ki, bizi narahat edir. Bunlar əsasən əhalinin mənzillə  təmin edilməsi və ipoteka kreditlərinin verilməsi ilə bağlıdır. Biz təklif etdik ki, ümumiyyətlə dövlətin mənzil planı işlənib hazırlansın, əhalinin mənzillə təminatı yalnız Bakıda və mərkəzi şəhərlərdə yox, o cümlədən rayonlarda da həyata keçirilsin. Bu məsələ hazırda müzakirə obyektidir. O cümlədən, müəllimlərin və həkimlərin maaşlarının artırılması məsələsi gündəmdədir. Müəllimlərin maaşlarının artırılması ilə əlaqədar Maliyyə Nazirliyinə məlumat verilib, hazırda bu məsələ razılaşdırılır. Müəllimlərin maaşının artırılması onların iş əmsalına, iş keyfiyyətinə uyğun olaraq nəzərdə tutulur. Sosial müavinətlərin, ehtiyac miqdarının və yaşayış minimumunun artırılması dövlət büdcəsində nəzərdə tutulub. Pensiyaların artırılması ilə bağlı hələ ki müzakirələr getmir. Ancaq dövlət büdcəsindən maliyyələşən qurumlarda maaşların artırılması nəzərdə tutulur”.
Hazırda Azərbaycan hökuməti qarşısında ən əsas məsələnin qeyri-neft sektorundan gələn gəlirlərin artırılması olduğunu deyən  Vahid Əhmədov bildirdi ki, bu məsələ hər zaman gündəmdədir: “Hətta hesablamalara görə, 2018-ci ilin ümumdaxili məhsulun tərkibində 70 faiz qeyri-neft sektorundan əldə olunan məhsulların payına düşür. Bu gəlirlərin artması nəzərdə tutulur. Ancaq 2015-ci ildə dövlət büdcəsinin neftdən asılılığı 65 faizdir. Qeyri-neft sektorunun payı isə 34 faiz təşkil edir. Biz təxminən qeyri-neft sektorunun gəlirlərinin 12 faiz artmasına çalışırıq”.

 

Previous Post

Müəllimlərin maaşı artırıla bilər

Next Post

Unutmağa haqqımız yox !

Bənzər yazılar

Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14

"Azərbaycan bankları müştərilərinə işsizlikdən sığorta xidmətini məcburi qaydada təqdim edəcək". Elchi.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının...

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07

Son illərdə dünya təhsil sistemində, xüsusilə də yeniyetmələrin bioloji ritmləri və sağlamlığı nəzərə alınmaqla, dərslərin başlama saatının gecikdirilməsi müzakirə olunan...

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51

Azərbaycanda kartdan-karta pul köçürmələri üzrə gündəlik əməliyyat sayına tətbiq olunan limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir. Elchi.az xəbər verir ki, bu...

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

15 Oktyabr 2026 - 13:41

Məktəblərdə vahid geyim qaydalarının tətbiqi təhsil mühitində bərabərliyin təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin ön plana çıxmasının qarşısının alınması və...

Next Post

Unutmağa haqqımız yox !

İki diplomu var, amma işsizdi...

Son xəbərlər

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

Mask Zelenskini İSTEFAYA ÇAĞIRDI

15 Oktyabr 2026 - 16:00
Pezeşkian sabah Ermənistana səfər edəcək

Pezeşkian sabah Ermənistana səfər edəcək

15 Oktyabr 2026 - 15:53
Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

Paşinyan: Ermənistanın Rusiya ilə heç vaxt sərin münasibətləri olmayıb

15 Oktyabr 2026 - 15:44
Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

Fidan: COP31-in iqlim ədalətinin gücləndirilməsi üçün fürsətə çevrilməsini istəyirik

15 Oktyabr 2026 - 15:30
Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

Azərbaycanın iki şahmat klubu Avropa Kubokunda çıxış edəcək

15 Oktyabr 2026 - 15:16
Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

Mertsdən Ukrayna ilə bağlı Aİ-yə MÜRACİƏT

15 Oktyabr 2026 - 15:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.