"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“MTN işi”ndə zərərçəkən Eldar Mahmudovun müavininin həbsini tələb edir

20 İyun 2017 - 08:43
in XƏBƏR LENTİ
FacebookVatsap

Salman Səfərov: “Hilal Əsədov başda olmaqla, qrupun üzvləri bütünlüklə Akif Çovdarovun yanında oturmalıdır”

Bunu da oxuyun

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi Akif Çovdarov və onunla birlikdə həbs edilən 3 MTN əməkdaşının işi üzrə proses davam edir. Sonuncu məhkəmə iclasında “8-ci kilometr” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsi epizodunun araşdırılması keçirilib.

Prosesdə iş üzrə zərərçəkmiş kimi tanınan Səfərov qardaşlarından biri Salman Səfərov da iştirak edib və orada səslənənlərə etiraz edib.
S.Səfərov deyir ki, bazar onların əlindən qrup şəklində alınıb. Qrup üzvlərinin bir hissəsi həbsə alınsalar da, əksər üzvləri bu gün də azadlıqdadır: “Bizdən bazarı alanda Akif Çovdarov tək olmayıb. İş materiallarından da açıq-aydın bazarı necə əlimizdən aldıqları görünür. Bazarı bizdən Akif Çovdarov, Hilal Əsədov, Akifin yaxın qohumları Elşən Hüseynov, Qulu Cəfərov, Hilalın qayınatası Ənvər Məmmədov və Çingiz Əsədov qrup şəklində, dələduzluqla, hədə-qorxu gəlməklə alıblar.

Ona görə də Hilal Əsədov başda olmaqla, qrupun üzvləri bütünlüklə Akif Çovdarovun yanında oturmalıdır. Akif Çovdarov deyir ki, guya Çingiz Əsədovun şikayəti ilə bazarı bizdən alıblar və Çingizə qaytarıblar. Əgər belə olubsa, bəs bazarı bizdən alıb Qulu Cəfərovun adına niyə rəsmiləşdirirdilər? Çingizə qaytarmaq üçün bazarı bizdən almışdılarsa, elə Çingiz Əsədovun adına rəsmiləşdirərdilər də”.

S.Səfərov deyir ki, A.Çovdarov və dəstə üzvləri bazarı onların əlindən alarkən düşünüblər ki, Səfərovlar şikayət etməyəcəklər: “Qardaşıma MTN-də işgəncələr vermişdilər, hədə-qorxu gəlmişdilər. Düşünürdülər ki, bizlər də işgəncədən qorxub şikayət etmərik. Gördülər ki, yanılıblar, mən ardıcıl olaraq ölkə rəhbərliyinə, o dövrdə nazir olan Eldar Mahmudova teleqramlar vururdum. Şikayətlər yazıb bildirirdim ki, bazarı hədə-qorxu ilə, təzyiq göstərməklə əlimizdən alıblar. Tədbir görülməsini istəyirdim. Bundan sonra Akif Çovdarov başa düşdü ki səhv edib, məcbur olub bazar əlimizdən alınandan 1 ay sonra Çingiz Əsədovun adına keçirdi. Sonradan onun adından Elşən Hüseynovun adına, onun adından isə qızının adına keçirdi. Hilal Əsədov da həmçinin. O da bazarın yarısına sahiblənmişdi. Bazarı qayınatasının adına keçirmişdi. Sonradan arvadının adına keçirdi. Qulu Cəfərov gəlib məhkəmədə deyir ki, guya bizə bazara görə 300 min dollar ödəyiblər, 70 min də banka pul köçürüblər. Eyni zamanda da iddia edirlər ki, guya bazarı biz Çingiz Əsədovdan zorla almışıq. Əgər biz Səfərov qardaşları bazarı Çingiz Əsədovdan zorla almışıqsa, məsələyə Milli Təhlükəsizlik Nazirliyi qarışıbsa və bazarı sahibinə qaytarıblarsa, bəs bizə 300 min dollar niyə ödəyiblər? Bu nağıla özləri inanırlar?”

Yada salaq ki, sonuncu prosesdə Çingiz Əsədov şahid qismində ifadə verib. Deyib ki, bazarı Cəfər Səfərova icarəyə verib, 1 il sonra isə bazarı əlindən alıblar.

“2003-cü ildə Cəfər dedi ki, bazar mənimdir, dedim ki, mən sizə bazar satmışam? Həmin vaxt bazarın ən azı 3 milyon dollar qiyməti vardı. Özü də bu pulu mən özüm qoymuşdum bazara. Bir var sözlə, bir də var əməllə. Sonra mübahisə etdik, bunlar – Səfərovlar məni qovdular. Dedim, neyləmişəm sizə? Çörək vermişəm də…

Mən bunlardan hara şikayət edirdimsə, baxmırdılar. Bir şey olan kimi deyirdilər ki, sənin həyat yoldaşın ayrı millətdəndir. İndi neyləməliydik, özümüzü öldürməliydik? 2005-ci ildə Fərhad Əliyev tutulandan sonra getdim Milli Təhlükəsizlik Nazirliyinə. Orada ərizə yazdım və hər şeyi danışdım, qardaşımı da, evimi də oğurlamaqlarını danışdım. Yoldaşım başqa millətdən olduğundan şikayətlərimə baxılmadığını dedim. Orada məni Akif Çovdarovun yanına apardılar. Mən danışandan sonra təxminən 1 saat başqa otaqda gözlədim, 1 saatdan sonra məni yenidən Akif Çovdarov çağırdı, gördüm ki, kabinetində Cəfər oturub. Akif müəllim mənə dedi ki, sən indi de görüm, bundan nə almısan. Bildirdim ki, ona bazar satmamışam, mənə ancaq 140 min icarə haqqı veriblər, o da hissə-hissə. Bu isə deyirdi ki, guya mənə 240 min pul verib. Cavab verdim ki, vermisənsə, mənə de. Başladıq bir-bir yazmağa. Deməli, 138 minə qədər çatdıq. Cəfər başladı mənimlə qırğına, çünki 2 mini tapa bilmirdi. 3 min, 5 min, 8 min – nə veriblərsə, bircə-bircə yazırdım. Cəmi 138 min çıxırdı. Akif müəllim qayıtdı buna dedi ki, bəs deyirdin Çingizə 240 min vermişəm? Cəfər cavab verdi ki, guya 100 min də qardaşıma – Ələddinə verib. İndi o qardaşım rəhmətə gedib.

Related image

Akif Çovdarov qardaşım Ələddinə zəng edib soruşdu ki, Cəfər sənə 100 min verib? O da telefonda bildirdi ki, nə 100 min?

Həmin vaxt Cəfər üzünü Akif Çovdarova tutaraq dedi ki, o 100 mini çıx. Akif müəllim də dedi ki, sən 2 minə görə saat yarımdı başımızı ağrıdırsan, onda bəs bu 100 mini niyə çıxırsan? Akif Çovdarov sonra soruşdu ki, bunun qardaşını kim oğurlayıb? Cəfər dedi ki, bunun qardaşını “Yeganə”nin yiyəsi Mamed oğurlayıb. Sonra Akif Çovdarov mənə qayıtdı ki, sən dəhlizdə gözlə. 5 dəqiqədən sonra içəri girdim, Akif Çovdarov mənə dedi ki, bu kişi malını sənə geri qaytarır, mən də gördüm malımı geri qaytarır, şikayət vermək fikrimi dəyişdim. Ancaq bircə tələbim o oldu ki, ailəmlə işləri olmayacaq. Cəfər buna söz verdi. Cəfər dedi ki, mənə 300 min pul ver, mən də Akif Çovdarova dedim ki, məndə hardandır 300 min, nəyim var aldılar əlimdən. Akif Çovdarov mənə dedi ki, sənə kömək edərəm, mən də razılaşdım. Sonra da getdik notariusa, 300 mini öz adımdan verdim Cəfərə. Bazardan mənə aylıq 5 min manat maaş ayırıblar, indiyə qədər alıram”.

Növbəti şahid qismində prosesdə Ənvər Məmmədov ifadə verdi. Qeyd edək ki, Ə.Məmmədov keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun qayınatasıdır. Şahidin sözlərinə görə, ona məlumat verilib ki, Çingiz Əsədov bazarı satır: “Mənə bildirildi ki, bazar 450 min dollara satılır. Elşənlə şərikli girdik bu işə. Hərəmiz 225 min dollar verdik və bazarı aldıq. Elə orada Çingiz Cəfərə bildirdi ki, pulun gəldi, götürə bilərsən”.

Image result for Salman Səfərov

Dövlət ittihamçısının suallarını cavablandırarkən şahid bildirib: “Kürəkənim Hilal zəng etdi ki, bazar satılır, mənim pulum yoxdur, istəyirsənsə al. Mən də pulu düzəltdim. Heç mənim də pulum çatmırdı, qızımgilə getdim, qızım mənə dedi ki, 70 m

in dollar pulumuz var – yeməyimiz də budur, içməyimiz də, dolanışığımız da. Həmin məbləği pulun üstünə qoydum, bazarın yarısını aldım”.
Şahid qismində ifadə vermiş Əsədova Nüşabə bildirdi ki, keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşıdır. Şahidin sözlərinə görə, bazarı atası alıb və günlərin birində yaşlı olduğunu bildirərək, öz payının böyük hissəsini N.Əsədovanın adına keçirib. Bundan sonra bazarın 49 faizi N.Əsədovaya məxsus olub, 1 faizi isə Ə.Məmmədovun payında qalıb.

S.Səfərov deyir ki, əgər Çingiz Əsədovu qorxudub bazarı əlindən alıblarsa, qardaşını oğurlayıb ona təzyiq ediblərsə, niyə həbs olunmayıblar?
“Bizi Akif Çovdarovun, Hilal Əsədovun gur-gur guruldadıqları bir vaxtda MTN-ə aparmışdılar. Cinayət etmişdiksə, adam oğurlamışdıqsa, niyə adam oğruları kimi məsuliyyətə cəlb etməyiblər? Üstəlik, mən israrla şikayətlər edirdim və Akif Çovdarov bundan əsəbiləşirdi. Mənə üzbəsurət deyirdi ki, bir iynə vurdurub səni iflic etdirərəm, maşınından tank çıxartdıraram. Yəni ən kiçik səhvimə görə məni uzun illər həbsə göndərə biləcək qədər səlahiyyətli idi. Biz adam oğurlasaydıq və ya kiməsə hədə-qorxu gəlsəydik, Akif Çovdarov bizi həbsə göndərməzdi? Bazarı əlimizdən almaları üçün adımızı Fərhad Əliyevin adamları qoymuşdular. Guya Fərhad Əliyevə güvənib bazarı Çingiz Əsədovun əlindən almışıq. Həmin dövrdə də Fərhad Əliyev həbsdə idi. Onunla əlaqəmizi təsdiqləyəcək bir fakt olsaydı, bizi də həbs edərdilər.

Biz cinayət etmişdiksə, güvəndiyimizi bildirdikləri Fərhad Əliyev həbs olunmuşdusa, bizi MTN-dən açıb buraxardılar? Hardadır bunların məntiqi? Adlarını general qoyublar…”

S.Səfərov deyir ki, MTN generalları vaxtilə törətdikləri cinayəti ört-basdır etmək üçün Çingiz Əsədovu qabağa veriblər və onun heç bir əsası olmayan ifadələrinin arxasında gizlənməyə çalışırlar: “Çingiz Əsədov gəlib məhkəmədə deyir ki, arvadım qeyri-millətin nümayəndəsidir, guya buna görə də ona təzyiq edib bazarı əlindən almışıq. Bu qədər yalan olmaz. Arvadının erməni və ya qeyri-millət olmasını biz haradan bilərdik? Çingiz bazarı satanda dedi ki, şəriklərim Abdulla Səftərlə üzülüşüb gedirəm Moskvaya. Orada qayınlarının yaşadığı deyirdi. Pulları götürüb onların yanına gedəcəyini deyirdi. Elə də oldu. Çıxdı getdi və bir müddət sonra qayıdıb gəldi. Bu günlər Hilal Əsədov Çingiz Əsədovun ümidinə qalıb, ondan kömək istəyir”.

S.Salmanov deyib ki, bazarı 1999-cu ildən 2002-ci ilə qədər icarə müqaviləsi əsasında işlədiblər. 2002-ci ilin əvvəlində Çingiz Əsədovdan bazarın 50 faizini, ortasından isə daha 50 faizini alıblar: “Nə deyiriksə dediklərimiz rəsmi sənədlərə, notariat qaydada təsdiqlənən sənədlərə əsaslanır. Bazarın 100 faizini aldığımız zaman Çingiz Əsədov, onun həyat yoldaşı, ailə üzvləri də notariusa gəliblər, orada hazırlanan alqı-satqı sənədlərinə qol çəkiblər. Bundan sonra Abdulla, Səftər, Çingiz, qardaşı Şipi və qardaşım Cəfər ”Xan bağı” restoranına gedib çörək yemişik, halallığını almışıq. Dediklərimi Çingiz Əsədovun şərikləri Abdulla, Səftər təsdiqləyə bilərlər. Notariat kontorunda tərtib olunan alqı-satqı müqaviləsi də işin içində var. Bu adamlar bizə qarşı cinayətlərini ört-basdır etmək üçün yalan danışırlar”.

Previous Post

“MTN işi”ndə zərərçəkən Eldar Mahmudovun müavininin həbsini tələb edir

Next Post

Dolların bu günə olan məzənnəsi açıqlandı (RƏSMİ)

Bənzər yazılar

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

01 Oktyabr 2026 - 14:52

Oktyabrın 1-də Yeni Azərbaycan Partiyasının VIII qurultayının nümayəndələri Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, YAP-ın yaradıcısı, Ümummilli Lider Heydər...

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33

“Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə...

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir

01 Oktyabr 2026 - 09:27

Xocavənd rayonunda “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçirilir. Elchi.az xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr...

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Next Post

Dolların bu günə olan məzənnəsi açıqlandı (RƏSMİ)

Dolların bu günə olan məzənnəsi açıqlandı (RƏSMİ)

Son xəbərlər

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

Himalayda dəhşətli uçqun: Ölənlərin sayı 15-ə çatdı

01 Oktyabr 2026 - 18:23
Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda külək güclənəcək – XƏBƏRDARLIQ

01 Oktyabr 2026 - 18:15
“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

“Birliyin Gücü – 2026” birgə hərbi təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib

01 Oktyabr 2026 - 17:59
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib

01 Oktyabr 2026 - 17:53
Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

Hikmət Hacıyev: Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır

01 Oktyabr 2026 - 17:47
Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

Aİ-nin dörd ölkəsində Rusiya pasportlarının qəbulu məhdudlaşdırılıb

01 Oktyabr 2026 - 17:35
AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

01 Oktyabr 2026 - 17:27
FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi – FOTO

01 Oktyabr 2026 - 17:20
Tramp: İrana bombardmanlar bərpa oluna bilər

Tramp: İrana bombardmanlar bərpa oluna bilər

01 Oktyabr 2026 - 17:12
Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

Almaniyada inqilabi qərar: Elektromobillər evləri elektrik enerjisi ilə təmin edəcək

01 Oktyabr 2026 - 17:06
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb

01 Oktyabr 2026 - 17:00
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi

01 Oktyabr 2026 - 16:54
Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

Ermənistanla bağlı mühüm çağırışlar: Azərbaycan nümayəndəsi BMT-də çıxış etdi

01 Oktyabr 2026 - 16:49
Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

Azərbaycan “Avroviziya 2027″də iştirakını təsdiqlədi

01 Oktyabr 2026 - 16:48
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

Azərbaycanın U-17 millisi Kosovaya uduzdu

01 Oktyabr 2026 - 16:42
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.