"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

MTN azərbaycanlı tələbələrin PKK-ya qoşulmasını araşdırır

18 İyun 2015 - 17:48
in XƏBƏR LENTİ
FacebookVatsap

MTN azərbaycanlı tələbələrin PKK-ya qoşulmasını araşdırır

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

“Xarici İşlər, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri Ankaradakı Azərbaycan səfirliyi vasitəsilə Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK sıralarına qoşulmaları ilə bağlı məsələni araşdırır”.
Bunu BBC-nin Azərbaycan xidmətinə Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki təmsilçisi Nəcibə Nəsibova deyib.
İyunun 15-də Youtube şəbəkəsində yayılmış videoçarxda Türkiyədə təhsil alan üç tələbənin Türkiyə və Qərbdə terrorçu qrup kimi tanınan PKK təşkilatının sıralarına keçdiyindən bəhs edilir.
Özlərini “Yıldırım Beyazıt Universitetinin sosioloji bölümündə oxuyan Feremez Azeri”, “Turqut Özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babek Hakır” və “Balıkesir Universitetinin tələbəsi Azad Mirkan” kimi təqdim edən gənclər PKK sıralarına keçmələrinin səbəblərindən danışıblar.
“Tələbələrdən Sənan Güləhmədov və Mobil Tağızadənin valideynləri övladlarının yoxa çıxması ilə bağlı səfirliklə telefon vasitəsilə əlaqə saxlayaraq köməklik göstərilməsini xahiş edib. Buna müvafiq olaraq da səfirlik Türkiyənin müvafiq qurumlarına müraciət edib” – deyə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Elbəy Əliyev bildirib.
Lakin səfirlikdən hadisə ilə bağlı geniş şərh vermək istəməyiblər. Videoçarxda Sənan Güləhmədov özünü Feremez Azeri, Mobil Tağızadə isə Azad Mirkan kimi təqdim edirlər.
Səfirliyin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova isə deyir ki, internet resurslarında yayılmış videogörüntüdə danışan üçüncü tələbənin adı Məhəmmədhüseyn Rüstəmovdur.
O, məlum videoçarxda özünü “Turqut Özal Universitetinin işlətmə fakültəsinin tələbəsi Babek Hakır” kimi təqdim edib. Təhsil müşaviri tələbələrlə bağlı bəzi təfərrüatlardan da bəhs edib.
Nəcibə Nəsibova deyir ki, adiçəkilən hər üç tələbə universitetlərin II kursunda oxuyublar və “dövlət imtahanından keçmədən, özəl təhsil şirkətlərinin xətti ilə Türkiyəyə gəliblər. Onun sözlərinə görə, fəaliyyətinin əsas hissəsi kimi, tələbələrin hamısı ilə məşğul olur.
“Şəhər-şəhər gəzirik, universitetlərə, yataqxanalara gedirik, tələbələrin hamısı ilə görüşür, öz aralarından tələbə təmsilçiləri seçib onlarla sıx əlaqə saxlayırıq. Amma bu tələbələr əvvəldən bizim tələbələrdən uzaq gəzərdilər. Mənə elə məlumatlar gəlirdi ki, onlar siyasi görüşlü tələbələrin arasında olurdu. Tələbələrimizdən soruşurdum ki, onları tanıyırsınızmı, deyirdilər, bizimlə oturub-durmurlar, daha çox kürdlərin arasında olurlar. Bunlar qeyri-dövlət xətti ilə, şirkətlərin vasitəsilə attestatla burda yerləşən tələbələrdir. Bunların heç biri dövlət xətti ilə imtahan verməyib” – Nəcibə Nəsibova deyib.
Təhsil müşaviri PKK sıralarına keçdiklərini bəyan edən tələbələrdən dərs davamiyyəti və qiymətlərinin zəif olan “savadsız tələbə” kimi bəhs edib.
Tələbələrin verdiyi məlumata istinad edən N.Nəsibova deyir ki, Məhəmmədhüseyn Rüstəmov Şamaxıdakı bir axundun oğludur.
BBC müxbiri axundla telefonla əlaqə yaratmağa çalışsa da telefona cavab verən şəxs “mən o adam deyiləm” deyərək telefonu qapadıb.
Təhsil müşaviri tələbələrin PKK sıralarına maraq göstərməsində onların valideynlərinin də məsuliyyətindən danışıb: “Tələbələr itkin kimi qeydiyyata alındıqları ilk vaxtlarda Sənanın (Güləhmədov) anası zəng edib dedi ki, oğlum hardadır, bilmirəm onu hardan tapım, necə edim. Dedim, biz də maraqlanırıq, rəsmi dairələrə yazmışıq. Ağladı ki, onu yəqin öldürüblər. Dedim əgər ölüm hadisəsi olsa, mütləq səfirliyə xəbər verərdilər. Deyir, əgər sağ olsaydı, o, mənə mütləq zəng edərdi. Çünki o, hər gün mənə zəng edirdi, sağ deyil ki, zəng eləmir. Dedim, oğlun hər gün səninlə danışırdısa, bilirsənmi ki, bu ildən heç dərsə getməyib. Deyir, hə, bilirəm. Dedim, yaxşı bəs bilirdinsə, bu uşaq sabah yuxudan durub axşama kimi nə ilə məşğul olduğundan həqiqətən xəbərin olmayıbmı, necə anasan sən… Deyir o, sosioloqdur, sosioloq insanların arasında olmalıdır. Dedim, o zaman küçədə boş-boş gəzənlər sosioloq olsunlar”.
BBC müxbiri Turqut Özal Universiteti iqtisadiyyat və idarəetmə fakültəsinin işlətmə bölümünün rəhbəri Yavuz Kahramanla Məhəmmədhüseyn Rüstəmovun tələbə həyatı barədə danışıb.
Yavuz Kahramanın sözlərinə görə, Məhəmmədhüseyn Rüstəmov universitetdə 2013-2014-cü dərs ilində qeydiyyatdan keçib və burada ödənişli təhsil alıb: “Tələbə ilk ilində dərslərinə normal gəlib, oxuyub. Amma ikinci yarımildə dərsləri çox pis olub. Bir çox dərsindən qalıb, sonra bəzi imtahanlarını verə bilib. Bu dönəmdə isə qeydiyyatdan keçməyib”.
Y.Kahramanın sözlərinə görə, itkin düşmə ilə bağlı məlumatın çıxdığı ilk günlərdə tələbənin ailəsi universitetə gəlib.
“Bizim sistemimizdə qeydiyyatda olan telefonu, e-maili, ünvanının heç biri vasitəsilə onunla əlaqə yaratmaq mümkün olmadı” – Məhəmmədhüseyn Rüstəmovun müəllimi deyib.
Yavuz Kahraman dərsə gəldiyi ilk dövrlərdə tələbənin bilik səviyyəsinin 100 ballıq cədvəl üzərindən 50-60 balla qiymətləndirilə biləcəyini deyib: “O, universitetin ortanın altında olan və ya orta sayıla biləcək tələbələrindən olub”.

 

Previous Post

MTN azərbaycanlı tələbələrin PKK-ya qoşulmasını araşdırır

Next Post

Daha bir medal qazandıq: Taekvando yarışlarından CANLI YAYIM

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Daha bir medal qazandıq: Taekvando yarışlarından CANLI YAYIM

Çində Ramazan ayında oruc tutmaq qadağan edildi

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.