Ukrayna ordusu ilə separatçılar arasında Donetsk aeroportunda qızğın döyüşlər gedib.
Axar.az xəbər verir ki, bu barədə Anti-terror Əməliyyatı Mərkəzinin mətbuat katibi Vladimir Seleznyov bildirib.
“Bu gün separatçılar növbəti dəfə Donetsk aeroportunu atəşə tutublar. Cavab atəşilə Motorola ləqəbli separatçının rəhbərlik etdiyi 23 döyüşçü məhv edilib. Daha 27 nəfər yaralanıb. Motorolanın özü isə qəlpə yarası alıb”, – Seleznyov deyib.