Daxili yanma mühərriki ilə krossover “Moskviç” 1,97 milyon rubla başa gəlir
İlk Moskviç avtomobilləri pərakəndə satışa çıxdı.
Elchi.az TASS-a istinadən xəbər verir ki, daxiliyanma mühərrikli “Moskviç 3” krossoverinin qiyməti 1,97 milyon rubl, “Moskviç 3e” elektromobilinin qiyməti 3,5 milyon rubl təşkil edir.
Qeyd edildiyi kimi, bütün dilerlər üçün eyni olan tövsiyə olunan pərakəndə satış qiymətləri istehsalçı tərəfindən müəyyən edilir.
Bundan əlavə, onlar aydınlaşdırıblar ki, yeni elektromobil “Moskviç-3e” adlanır və maşınlar tədricən anbarları doldurmağa başlayır.
Şayəstə