"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Moskvadan Kəlbəcərə turist turları – XİN hələ araşdırır…

15 İyun 2016 - 09:53
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi – FOTO

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

 Moskvadan Kəlbəcərə turist turları - XİN hələ araşdırır...İşğal altındakı rayonlarımız elan və reklamlarda Ermənistanın tarixi torpaqları kimi təqdim olunur; hərbi ekspertlər isə belə səfərləri önləməyin ən asan yolunu göstərirlər

Moskvadan Kəlbəcərə turist turları təşkil edilir. Bu barədə moderator.az saytının yaydığı, fakta əsaslanan xəbərdə deyilir. Bildirilir ki, Rusiyadakı bir sıra turizm şirkətləri işğal altındakı Azərbaycan torpaqlarına turizm turları təşkil edir və bu azmış kimi, öz təqdimatlarında, elanlarında həmin bölgələri Ermənistan əraziləri kimi göstərirlər. 
Fakt kimi isə Rusiya paytaxtının mərkəzində, “Belaruskaya” metro stansiyasının yaxınlığında 1-ci Yamskoye Pole küçəsi, ev 10 ünvanında  yerləşən “Svejiy veter”(“Sərin külək”) səyahətçilər klubunun reklam elanları göstərilir. 2010-cu ildə yaradılan, əvvəlcə yalnız ölkə daxilindəki görməli yerlərə səyahətlər təşkil edən qurum artıq bir neçə ildir ki, vətəndaşları digər qonşu ölkələr, o cümlədən Ermənistana da turlara cəlb edir və bu səyahət klubu üçün Ermənistan deyəndə Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ, Şuşa, Laçın, Kəlbəcər kimi əsrarəngiz təbiəti olan Azərbaycan bölgələrini də nəzərdə tutur.
Bu il iyulun 11-dən 15-dək  təşkil edilən Sevan gölünün də daxil olduğu  5 günlük səyahət turunda “Karvaçar” adlandırılan Kəlbəcər torpaqları belə təqdim edilir: “Naməlum Karvaçar. Dağlıq Qarabağın (Ermənistan) ən yüksək dağlıq rayonuna səyahət. Dağlıq Qarabağın ən yüksək dağlıq rayonuna səyahət. Burada  biz coşqun çayların və  qeyzerlərin  arasındakı sərt dərələrdə, 2000 metrdən çox  hündürlüyü olan zirvələrdə  bir neçə gün keçirəcəyik. Karvaçar torpaqları  hətta ermənilərin özü tərəfindən də az tədqiq olunub. Yaxşı ov, qaynar bulaqlardan axan müalicəvi su və Qarabağda ən yaxşı dağ balı – bu bölgə barədə ən geniş yayılmış assosiasiyalar bunlardır…”
“Svejiy veter” klubunun Azərbaycana qarşı daha bir qanunsuzluğu “Kəlbəcər Qarabağ qoşunları tərəfindən azad edilib” yazmasıdır: “Bu diyarın Qarabağ qoşunları tərəfindən azad edilməsi və onun tarixi Ermənistan sərhədlərinə daxil edilməsindən sonra azərbaycanlılar bu torpaqları tərk etmişlər…”  
Bundan sonra  turistlərin səyahət zamanı görəcəyi yerlər sadalanır. Öncə 1900 m hündürlükdə yerləşən, şəffaf və təmiz sulu Göycə (“Sevan”) gölü, onun çimərlikləri  təsvir edilir. Sonra  Kəlbəcərin görməli yerləri sadalanır, Tərtər çayı boyu “Qarabağ və Ermənistanın  ən gözəl yerlərindən biri” olaraq təqdim edilir.  Sonda səyahətin planı göstərilir. 7 nəfərlik qrupda gəzintinin qiyməti bir nəfər üçün 12 min rubldur. Moskvadan İrəvana və əksinə təyyarə ilə uçuş buraya daxil deyil. Səyahətçinin öz hesabınadır.

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərinə, həmçinin Kəlbəcərə bu cür qanunsuz turist səyahətləri təşkil edilməsi və ərazilərimizin Ermənistan ərazisi kimi təqdim edilməsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin hansı addımlar atacağı, məsələnin Rusiya hökuməti qarşısında qaldırılıb qaldırılmayacağı ilə bağlı Xarici İşlər Nazirliyi ilə əlaqə saxladıq.
 
XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu məsələ araşdırılacaq və lazımi tədbirlər görüləcək: “Azərbaycanın işğal olunmuş ərazilərinə bu kimi qanunsuz turist səfərlərinin həyata keçirilməsi ilə bağlı məsələ Ümumdünya Turist Təşkilatının İcraiyyə Şurasının iclasında da Azərbaycan tərəfindən qaldırılıb. İcraiyyə Şurasının  da tövsiyəsi vardır ki, işğal olunmuş ərazilərə və yaxud münaqişə zonalarına turist səfərlərinin təşkil olunmasından turist turları təşkil edənlər çəkinməlidirlər”.
Bir sıra ekspertlər isə hesab edir ki, həmin turist səfərlərinin təşkili Rusiya dövləti tərəfindən həyata keçirilməsə də təşkilatçılar Rusiyanın fiziki və hüquqi şəxsləri olduğu üçün Azərbaycan rəsmi şəkildə Rusiya hökumətinə narahatlığını, etirazını bildirməlidir. Rusiya hökumətindən tələb edilməlidir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turist səfərləri təşkil eləyən və həmin əraziləri də “Dağlıq Qarabağ Respublikasının ərazisi” kimi təqdim edən fiziki və hüquqi şəxslərin bu qanunsuz hərəkətinin qarşısı alınsın.
Hərbi ekspertlər isə bu cür səfərlərin qarşısını almağın ən asan yolunun olduğunu bildirirlər: “Azərbaycan ordusu qanunsuz turist səfərləri təşkil edilən işğal altındakı Kəlbəcərə və digər bu kimi rayonlarımıza raket zərbələri endirsə, bundan sonra heç kim qorxusundan o rayonlara gəlməz”.
Previous Post

Moskvadan Kəlbəcərə turist turları – XİN hələ araşdırır…

Next Post

Azərbaycanda XII sinfi bitirənlər var

Bənzər yazılar

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

18 Noyabr 2026 - 15:08

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxsinin ləğvi üçün komissiyanın yaradılmasını tapşırıb. Elchi.az xəbər verir ki, Baş...

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi – FOTO

Aqil Ələsgər Şimali Kiprdə Prezident və Baş nazirlə görüşlərdə iştirak etdi – FOTO

18 Noyabr 2026 - 13:05

“Yeni Çağ” Media Qrupunun rəhbəri, Türk İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Aqil Ələsgər Şimali Kipr Türk Respublikasına (ŞKTR) işgüzar...

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur

18 Noyabr 2026 - 12:23

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur. Elchi.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan...

Ağdam – xarabalıqlardan müasir şəhərə

Ağdam – xarabalıqlardan müasir şəhərə

18 Noyabr 2026 - 11:39

Vəhşilik və barbarlıq mənəvi tənəzzülün, mərhəmət hissinin yoxluğunun və insan eybəcərliyinin ən ağır növüdür. Bədnam qonşularımız 1993-cü il iyulun 23-də...

Next Post

Azərbaycanda XII sinfi bitirənlər var

Azərbaycanda XII sinfi bitirənlər var

Son xəbərlər

İsrail Kallasla birbaşa əlaqəni KƏSDİ

İsrail Kallasla birbaşa əlaqəni KƏSDİ

18 Noyabr 2026 - 16:00
Kassano: “Ronaldinyonun bu hərəkəti biabırçılıqdır”

Kassano: “Ronaldinyonun bu hərəkəti biabırçılıqdır”

18 Noyabr 2026 - 15:51
Terminallarda yeni qayda vətəndaşlara necə təsir edəcək?

Terminallarda yeni qayda vətəndaşlara necə təsir edəcək?

18 Noyabr 2026 - 15:42
Azərbaycan karateçiləri Avropa çempionatında 4 medal qazanıblar – FOTOLAR

Azərbaycan karateçiləri Avropa çempionatında 4 medal qazanıblar – FOTOLAR

18 Noyabr 2026 - 15:40
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb

“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb

18 Noyabr 2026 - 15:30
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib

Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib

18 Noyabr 2026 - 15:22
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

18 Noyabr 2026 - 15:16
20 yaşlı oğlan dənizdə batdı – VİDEO

20 yaşlı oğlan dənizdə batdı – VİDEO

18 Noyabr 2026 - 15:13
Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

Dövlət Ehtiyatları Agentliyinin ləğvi üçün komissiya yaradılacaq

18 Noyabr 2026 - 15:08
Siyasi komikslər – Asif Adil YAZIR…

Siyasi komikslər – Asif Adil YAZIR…

18 Noyabr 2026 - 15:02
Aİ təzminatlardan istifadə etməklə Ukrayna üçün kredit hazırlayıb

Aİ təzminatlardan istifadə etməklə Ukrayna üçün kredit hazırlayıb

18 Noyabr 2026 - 15:00
Prezident təqaüdü alanların SAYI

Prezident təqaüdü alanların SAYI

18 Noyabr 2026 - 14:53
Almaniyanın xarici işlər naziri Ermənistana gedib

Almaniyanın xarici işlər naziri Ermənistana gedib

18 Noyabr 2026 - 14:44
Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

Dövlət qulluğu imtahanlarında dəyişiklik: İki fənn ləğv edilir, yenisi əlavə olunur

18 Noyabr 2026 - 14:30
Şahin Babayev: “BakuBus”da 800 sürücüyə ehtiyac var”

Şahin Babayev: “BakuBus”da 800 sürücüyə ehtiyac var”

18 Noyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.