"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Moskvadan Bakıya jest – Kreml Paşinyanı yenə pərt etdi

02 May 2019 - 12:25
in DÜNYA
FacebookVatsap

Ermənistanın baş naziri Nikol Paşinyan inqilabdan keçən 1 ildə Rusiyaya çoxsaylı sədaqət andları içib reveranslar eləsə də, o sırada vəd etdiklərinin əksinə olaraq, işğalçı ölkəni Rusiya siyasi-hərbi orbitində saxlasa da, hələ ki prezident Vladimir Putinin rəğbətini qazana bilməyib. Kremldə bu gün də ona – öz komandasını “Qərbin uşaqları”ndan qurmuş Paşinyana yad kimi, şübhəli nəzərlərlə baxır, tam etimadın yaranması üçün sonuncudan əlavə nələrsə gözləyirlər.
Məsələn, Rusiya liderinin dostu, sabiq prezident, Xocalı hərbi canilərindən olan Robert Köçəryan Putinin xahş-minnətinə rəğmən, hələ də həbsdə saxlanılır. Onun buraxılması isə Kreml başçısını bəlkə bir az yumşaldardı. O da gözlənilmir.
*****
Təbii ki, Paşinyan da Moskvanın ona qarşı Serj Sərkisyan qədər isti olmadığının fərqindədir. Nikol eyni zamanda, Avropa Birliyinin, ABŞ-ın Ermənistanın indiki rəhbərinə artıq bel bağlamadığını bilir. Yəni Paşinyan əlini Qərbdən üzmüş kimidir. Odur ki, vəziyyəti öz xeyrinə dəyişmək, Rusiyanın tam dəstəyini almaq üçün əlindən gələn edir. Rusiya baş naziri Dmitri Medvedyevin bu günlərdə İrəvanda olduqca isti qarşılanması, Paşinyanın onu hətta öz evinə qonaq çağıraraq, xüsusi lütfkarlıq göstərməsinin tək səbəbi də onun Medvedyev vasitəsilə Putinə növbəti sədaqət mesajını çatdırmaq istəyi olub. Yəni “artıq mən də sizdənəm, cənab Putin, buna şəkk eləməyin”.          
Ancaq nə qədər qəribə də olsa, Rusiya baş naziri ölkəsinə qayıdar-qayıtmaz, Moskvadan Qarabağ məsələsi ilə bağlı Paşinyanı pərt edən açıqlama gəlib. Özü də ölkənin baş diplomatından.   

Bunu da oxuyun

Zelenski Türkiyəyə səfər edib

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

paşinyan putin ile ilgili görsel sonucu

“Rusiya münaqişə zonalarında etimadın yaradılması üçün əsirlərin və girovların ”hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırır”. Bu sözləri srağagün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirdiyi mətbuat konfransında deyib. 
“Biz daim belə situasiyalarda tutarlı humanitar həllərin tərəfdarıyıq: cəsədlərin dəyişdirilməsi, hərbçilərin, girov saxlanılan şəxslərin ”hamının hamıya” prinsipi üzrə dəyişdirilməsi. Biz hesab edirik ki, belə addım münaqişə zonalarında etimad mühitinin yaradılmasına xidmət edəcək, istər Yaxın Şərqdə olsun, istər Dağlıq Qarabağda, istər Ukraynanın cənub-şərqində”,- deyə Rusiya XİN başçısı qeyd edib.
*****

kreml ile ilgili görsel sonucu

Yada salaq ki, rəsmi Bakı bir neçə dəfə Ermənistanı əsir və girovların “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə çağırıb. Ermənistan hökuməti isə konkret olaraq, Dağlıq Qarabağda girov saxlanılan Kəlbəcər köçkünləri Şahbaz Quliyev və Rusiya vətəndaşı olan Dilqəm Əsgərovu təhvil verməyəcəyini bildirir – baxmayaraq ki, erməni cəmiyyətində də əsir və girovların dəyişdirilməsi ilə bağlı Bakının təklifi müsbət qarşılanıb. Hətta məsələ ilə bağlı Paşinyana təzyiq üçün ölkədə etiraz aksiyaları keçirilib, yollar bağlanıb.
Bununla belə, Moskva israr edərsə, bu dəfə vəziyyət dəyişə bilər. Ola bilsin, Paşinyan da Moskvadan elə bu xahişi gözləyir ki, həm Kremlə xoş gəlib öz yerini yaxşı eləsin, həm də daxili auditoriya qarşısında öz sifətini saxlasın və siyasi opponentləri sakitləşdirərək bəyan eləsin ki, “ortada Kremlin iradəsi var, Moskva israra elədi, biz də razı olduq”.
“Yeni Müsavat” onu da yada salır ki, Azərbaycan və Ermənistan rəhbərlərinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə bu lilin martında Vyanada keçirilən ilk rəsmi görüşündə də humanitar məsələlər, o cümlədən əsr və girovların dəyişdirilməsi diqqət mərkəzində olub.
*****
Aydındır ki, böyük sülh anlaşması yolunda ilk addım humanitar tədbirlərdən ibarət olmalıdır. Bəs Rusiya bu yöndə real addım atarmı?     
Sirr deyil ki, Moskva əlində unikal imkanlar ola-ola, Dağlıq Qarabağ məsələsinin həllinə tələsmir, işğalçı tərəfə təzyiq eləmək istəmir. Bu da Azərbaycanda haqlı narazılıq doğurur – rəsmi Bakı bəzi mülahizələr səbəbindən bunu açıq büruzə verməsə də.
Kremldə bunu bilməmiş deyillər. Fakt budur ki, Rusiya lideri Vladimir Putin 19 ildir ölkənin sükanı arxasında olsa da, Qarabağ konfliktinin dinc və ədalətli həllinə ciddi töhfə verməyib. Əksinə, 2016-cı ilin aprelində Azərbaycan Ordusunun ərazilərimizin azad edilməsi üçün başladığı uğurlu əməliyyatları erməni tərəfin xahişi ilə dayandırıb.  
Ancaq Kreml səmimi şəkildə istəsə, heç olmasa, Lavrovun dediyi kimi, Bakının zaman-zaman irəli sürdüyü, əsir və girovların “hamını hamıya” prinsipi üzrə dəyişdirilməsinə nail olar. Bununla da problemin həllində maraqlı olduğu görüntüsü yaradar. Məhz “görüntü”, çünki bu, avtomatik şəkildə konfliktin həllində dönüş anlamına gəlməyəcək.
Ancaq o da var ki, hələ ki konfliktin həllində yox, onun idarə edilməsində maraqlı olan Moskva atəşkəs rejiminin sonsuzadək sürməyəcəyini, işğal rejiminin isə potensial müharibə riski daşıdığını yaxşı bilir. Müharibə isə Rusiyanın regionla bağlı strateji maraqlarına cavab vermir. Ən azından son illər münasibətlərin xeyli dərinləşdiyi Türkiyə ilə Qarabağ məsələsi üzündən toqquşmaq, Türkiyə və Azərbaycanı itirmək riskinə görə.
Başqa yandan, bəllidir ki, artıq ABŞ Qarabağ məsələsində patronajlığı ələ almaq üçün diplomatik səylərə başlayıb. Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici illər nazirlərini görüş üçün Vaşinqtona dəvət edib. Bunun ardınca prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan da Amerikaya dəvət ala bilərlər.              
Bu və digər səbəbdən hazırda Rusiyanın özünün xüsusən də Azərbaycan qarşısında inam-etimadını artırması bir imperativ kimi görünür. Bundan ötrü isə Bakının təklif elədiyi “hamını hamıya” prinsipinə real dəstək olmaq Kremlin yaxın perspektiv maraqlarına tam uyğun olardı. Ən azından, məsələdə hansı vasitəçi dövlətin söz sahibi olduğunu dünyaya göstərmək baxımından…(musavat.com)

Previous Post

Moskvadan Bakıya jest – Kreml Paşinyanı yenə pərt etdi

Next Post

İcra başçılarının xanım müavinləri: onlar kimlərdir?

Bənzər yazılar

Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. Elchi.az xəbər verir ki, Volodimir Zelenski bu barədə sosial media hesabında məlumat yayıb. Zelenskinin...

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15

İran xarici işlər naziri Abbas Əraqçi Tehranın müharibə ehtimalını istisna etmədiyini və bütün ssenarilərə hazır olduğunu bildirib. Elchi.az xəbər verir...

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00

Polşa xarici işlər naziri Radoslav Sikorski Konstitusiya Məhkəməsi (KM) ətrafında baş verən hadisələri “xoşagəlməz, amma zəruri addım” kimi qiymətləndirib. Elchi.az...

Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13

Polşa Prezident Parlamentarilər Şurası axşam saatlarında təcili iclas keçirəcək. Elchi.az xəbər verir ki, bu barədə Parlamentarilər Şurasının sədri Marçin Xorala...

Next Post
İcra başçılarının xanım müavinləri: onlar kimlərdir?

İcra başçılarının xanım müavinləri: onlar kimlərdir?

İcra başçılarının xanım müavinləri: onlar kimlərdir?

İcra başçılarının xanım müavinləri: onlar kimlərdir?

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.