Rusiyanın paytaxtı Moskvanın Komsomol meydanında yerləşən anbarlarda güclü yanğın baş verib.
Elchi.az xəbər verir ki, yanğının söndürülməsinə 80 yanğınsöndürən və 20 texnika cəlb edilib.
Yanğının sahəsi 1,9 min kvadrat metr təşkil edir. Yanğının baş verdiyi tikilidən 7 nəfər təxliyə edilib.
İlkin məlumata görə, yanğın zamanı xəsarət alan olmayıb.
***
Yanğın zamanı binada olan 2 nəfər həlak olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
***
Yanğında ölənlərin sayı 5-ə çatıb.
Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.
***
Yanğında ölənlərin sayı 7-yə çatıb.
Bu barədə məlumatı Rusiya FHN yayıb.