Səhər Moskvanın üç hava limanında – Vnukovo, Domodedovo və Şeremetyevoda azı 20 reys gecikib və ya ləğv edilib.
Elchi.az xəbər verir ki, bu barədə rus mediasında məlumat yayılıb.
Məlumata görə, məhdudiyyətlər qar yağması ilə bağlıdır:
“Moskva vaxtı ilə saat 08:50-yə (Bakı vaxtı ilə 09:50) olan məlumata görə, Vnukovo hava limanında beş reys gecikib, iki reys təxirə salınıb, Domodedovo hava limanında 15 reys gecikib, Şeremetyevo hava limanında dörd reys gecikib, ikisi ləğv edilib”.
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb
İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...





















Son şərhlər