"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Moskva – Ankara gərginliyi Azərbaycana sıçradı

11 Dekabr 2015 - 11:19
in XƏBƏR LENTİ
FacebookVatsap
Moskva – Ankara gərginliyi Azərbaycana sıçradı

Kreml Bakının Türkiyəyə verdiyi “nəfəsini” qapatmaq istəyir; Rusiya İctimai Palatasının sədr müavin Xəzərdən daşınan türk mallarının qarşısını almağa çağırdı; Azərbaycan hakimiyyətinin qardaş ölkəyə xüsusilə yüklərin daşınmasında göstərdiyi dəstək, Bakı-Aktau-Bakı istiqamətləri üzrə tarifləri aşağı salması Kreml bərk qıcıqlanıb; şimal qonşumuz çalışır ki, ölkəmizin bu davada türklərə tərəf olmasını loyallaşdırsın…

Bunu da oxuyun

Vətən müharibəsinin başlamasından altı il ötür

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik artdıqca, bu olaylar Azərbaycana da sürətlə sirayət etməkdədir. Məlumdur ki, dekabrın 1-dən Kreml administrasiyası Türkiyəni cəzalandırmaq üçün bu ölkəyə iqtisadi sanksiyalar tətbiq edib, qardaş ölkədən ixrac olunan əksər məhsullara qadağa qoyub. Amma bununla da sakitləşməyən Rusiya türkiyəli iş adamlarının başqa ölkələrə apardığı məhsullara da ciddi əngəl yaradır. Belə ki, Türkiyəyə məxsus yük maşınları Gürcüstandan Rusiyaya keçə bilmirlər.
Türkiyə xarici işlər nazirinin və baş nazirinin Bakıya səfərlərində Azərbaycan hakimiyyətinin  qardaş ölkəyə xüsusilə yüklərin daşınmasında göstərdiyi dəstəyin, prezident İlham Əliyevin Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tariflərini  20%-dək aşağı salmasına göstəriş verməsinin Kremli qıcıqlandıracağı gözlənilən idi. Türkiyəyə baş nazirinin Bakı səfərində Putinə “ağıllı ol” kimi yozulan mesajlarından dərhal sonra “Günəşli” neft yatağındakı qəza bəzi şübhələrə yol açıb. Qarabağ cəhbəsindəki son günlər artan gərginliyi də Rusiyanın Bakıdan narazılığının göstəricisi kimi izah edənlər var.
Dekabrın 10-da isə məlum olub ki, Rusiya Türkiyə TIR-larının Bakı limanından Orta Asiyaya və Avropaya  getməsindən narahatdır. Rusiyanın “İzvestiya” qəzeti xəbər verir ki, bu ölkənin dövlət qurumları Azərbaycan və Qazaxıstan ərazisindən tranzit kimi istifadə olunaraq türkiyəli sahibkarlara məxsus meyvə-tərəvəzin ölkəyə gətirilməsinə daha ciddi nəzarət edəcək.
 
Rusiyanın İctimai Palatasının Ailə, uşaq və anaya dəstək Komissiyası sədrinin birinci müavini Pavel Sıçyov bununla bağlı Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyova, Federal gömrük xidmətinin sədri Andrey Belyaninova və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Federal Xidmətinin rəhbəri Anna Popovaya müraciət edib.(APA). 
Müraciətdə bildirilir ki, türkiyəli sahibkarlar məhz Azərbaycan və Qazaxıstan ərazisindən istifadə edərək öz məhsullarını Rusiyaya çatdırır. “Məndə olan dəqiq məlumata görə, Türkiyədən olan sahibkarlar öz məhsullarını Rusiyaya çatdırmaq üçün yollar axtarır və bunun üçün adıçəkilən ölkələrin ərazisindən istifadə olunur. Bu, azərbaycanlı təchizatçıların Rusiya bazarında mövqeyini genişləndirmək üçün də yeni imkanlar yaradır. Burada müxtəlif variantlardan istifadə oluna bilər. Bunun qarşısı alınmalıdır” deyə, P. Sıçyovun müraciətində qeyd edilir.
***
Aydindır ki, Türkiyədən son dərəcə qəzəbli olan Rusiyada indilikdə kimsə cəsarət edib hansısa  türk məhsullarını ölkəyə keçirməsinə risk edə bilməz. Bu, birbaşa Putinin iradəsinə zidd addım sayılar, buna şərait yaradanlar ən ağır şəkildə cəzalana bilər. İnandırıcı deyil ki, türk iş adamlarının da Rusiyadan çıxarıldığı bir vaxtda hansısa biznesmen öz malını şimal ölkəsinə, həm də qaçaqmal yolu ilə keçirməkdə həvəsli olsun.
Bu səbəblərdən də Rusiya rəsmisinin bu mövqeyi əslində narazılığı əsl mahiyyəti gizlətməyə hesablanıb. Rusiya istəyir ki, Türkiyənin hər tərəfdən “boğulmasını” təmin etsin və bu sırada nə qədər əcaib səslənsə də, Bakını da görmək istəyir. Bu mümkünsüz olsa da, Rusiya arzu edir ki, heç olmasa yüklərin Bakı vasitəsilə daşınmasının qarşısını alsın, Azərbaycanı bu davada tərəf olmasını loyallaşdırsın.   
***
Orta Asiya respublikalarına Rusiyadan keçməklə gedən Türkiyəyə məxsus yük maşınları bir neçə gündür ki,  Azərbaycandan keçməklə öz məhsullarını digər ölkələrə çatdırılar. Beynəlxalq Yükdaşımalar Birliyininin icraçı direktoru Fatih Şener  bir neçə gün əvvəl Azərbaycan prezidentinə bu dəstəyə görə minnətdarlığını bu ifadələrlə bəyan edib: “Azərbaycan əlacsız vəziyyətdə qalmış yük maşınlarımıza sahib çıxdı”.
 
O  bildirib ki, Orta Asiya, Qafqaz və Türkiyəni bir-birinə bağlayan bu dəhlizin həmişə işləməsini arzu edirlər.
 
Rusiya mənbələrinin yazdığına görə, 1 konteynerin Rusiyadan keçməsi təxminən 10 min dollara başa gəlir və 10 sutkaya qədər çəkir. Amma dəniz yolu ilə yüklər 20-30 günə gedir və üstəlik indi daha ucuz…
Rəsmi Bakı Qazaxıstanın Aktau və Türkmənistanın Türkmənbaşı limanlarına istiqamətlənmiş iritonnajlı yük avtonəqliyyat vasitələri üçün tranzit gediş-gəliş xərcləri təqribən 40% aşağı salınıb. Eyni zamanda, Bakı-Aktau-Bakı istiqamətləri üzrə dəniz yolu ilə daşıma tarifləri də 20%-dək aşağı salınıb və hər iki istiqamət üzrə birlikdə 2100 ABŞ dolları həcmində müəyyənləşdirilib. Bununla da, hər bir iritonnajlı yük avtonəqliyyat vasitəsi üçün hər gediş-gəliş tranzit xərcləri hər iki istiqamət üzrə birlikdə təxminən 2600 ABŞ dolları təşkil edir. 
 
***
Türkiyəli  iş adamlarının öz yükdaşımalarını daha çox Azərbaycan ərazisi vasitəsilə daşıması ölkəmiz üçün həm də əlavə gəlir deməkdir. Ona görə də Azərbaycan yükdaşımaların həcminin artmasında birmənalı şəkildə maraqlıdır. Prezident bu məqsədlə oktyabrın 21-də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradıb. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Koordinasiya Şurasına nəqliyyat nazirinin müavini Musa Pənahov, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev də daxildir.
Əslində, yükdaşımalar Azərbaycan üçün qeyri-neft sektorunun inkişafında əsas istiqamətdir. Nəzərə alaq ki, Ələtdə xüsusi port yaradılır və Bakı-Tiflis-Qars dəmiryolu xətti istifadəyə verildikdən sonra yükdaşımaların artması Azərbaycan üçün qeyri-neft sektorunda əsas prioritet istiqamətlərdən biri olacaq. Bu isə dövlət büdcəsinə daxil olan vəsaitlərin həcminin artmasına imkan verəcək. Yeri gəlmişkən, prezident İlham Əliyevin Çinə səfərində əsas məqsədlərdən biri gələn il istifadəyə  veriləvək Bakı-Tiflis-Qars dəmiryolu  vasitəsilə  yaxınlarda istifadəyə  Çin mallarının Azərbaycan üzərindən Avropaya daşınmasıdır.
Rusiya Xəzərdən Suriyanı raketlə vurması, dəniz hövzəsində təlimlərin ard-arasının kəsilməməsi Kremlin xəzəryanı ölkələrə hədəsi kimi də başa düşülür. Rusiya indi çox aqressivdir və hər tərəfə “od püskürür”,  digər dövlətlərin maraqlarını sanki qəbullana bilmir. Azərbaycan Gürcüstanın iqtisadi sanksiyalara məruz qalanda da, Türkiyə məsələsində də müstəqil dövlət maraqlarından çıxış edir. Bu isə Rusiyanı qəzəbləndir və son bəyanat bunu bir daha göstərir…
 
“Yeni Müsavat”
Previous Post

Moskva – Ankara gərginliyi Azərbaycana sıçradı

Next Post

FHN-dən itkin düşənlərin axtarışı ilə bağlı AÇIQLAMA

Bənzər yazılar

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00

Bu gün Vətən müharibəsinin başlamasından altı il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur. Altı il əvvəl Azərbaycan Ordusu...

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51

Bu gün Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Azərbaycan-Çexiya gənclərinin birgə təşəbbüsləri” adlı layihəsi çərçivəsində Çex...

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07

Vətəndaş Həmrəyliyi Partiyası 27 Sentyabr- Anım Günü ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şərəf və mübarizlik...

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

Konqoda hərbi təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb

25 Sentyabr 2026 - 23:28

Konqo Demokratik Respublikasında hərbi təyyarənin qəzaya uğraması nəticəsində 13 nəfər, o cümlədən ordunun 3 zabiti ölüb. Elchi.az "Reuters" agentliyinə istinadən...

Next Post

FHN-dən itkin düşənlərin axtarışı ilə bağlı AÇIQLAMA

FHN-dən itkin düşənlərin axtarışı ilə bağlı AÇIQLAMA

Son xəbərlər

Vətən müharibəsinin başlamasından altı il ötür

Vətən müharibəsinin başlamasından altı il ötür

27 Sentyabr 2026 - 00:00
Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

Rusiya ordusunun Sumının mərkəzinə endirdiyi zərbə nəticəsində ölən və yaralananlar var

26 Sentyabr 2026 - 17:00
ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

ASGA Praqada növbəti tədbirə imza atdı – AGENTLİYİN DƏSTƏYİ İLƏ (FOTOLAR)

26 Sentyabr 2026 - 16:51
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxırlar

26 Sentyabr 2026 - 16:37
FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

FHN-in strukturlarında Anım Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

26 Sentyabr 2026 - 16:19
Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İnvestisiya Forumunda iştirakına dair video paylaşılıb – VİDEO

26 Sentyabr 2026 - 15:58
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR müxtəlif şirkətlərlə sənədlər imzalayıb

26 Sentyabr 2026 - 15:40
Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

Əliyev Yeltsinlə niyə görüşmüşdü? – Vaşinqtonda verilən cavab və BMT-nin xilası

26 Sentyabr 2026 - 15:02
Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

Baş nazir Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye naziri ilə görüşüb

26 Sentyabr 2026 - 13:49
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb

26 Sentyabr 2026 - 13:33
“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

“Formula 2”də ikinci əsas yarışın qalibləri mükafatlandırılıb

26 Sentyabr 2026 - 13:13
Bakı ərazisində vulkan püskürüb

Bakı ərazisində vulkan püskürüb

26 Sentyabr 2026 - 13:00
Anım gününün hava proqnozu açıqlanıb

Anım gününün hava proqnozu açıqlanıb

26 Sentyabr 2026 - 12:47
Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

Qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub

26 Sentyabr 2026 - 12:22
27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

27 Sentyabr- milli iradənin, birliyin və qəhrəmanlığın rəmzi

26 Sentyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.